Sirkin rəhbərliyi kağız üzərində sirkdəki heyvanlar üçün külli miqdarda dərmanlar alır …
Haqqında bəhs edəcəyimiz Bakı Dövlət Sirki ilə bağlı qısa bir tarixi ekskurs edək.
Deməli, 1890-cı illərdə Nikitin qardaşları Bakıda daimi Sirk-heyvanxana açdılar, 1904-cü ildə isə sirk-teatr binasında azərbaycanlı Fərrux müxtəlif heyvanlar təlimçisi kimi şöhrət qazanmışdı. Amma bu professional sirk kollektivi deyildi. Professional Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər.
Daha sonra 1967-ci ildə “Bakı Dövlət Sirkinin binası istifadəyə verilən zaman öz dövrü üçün çox unikal sayılırdı. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında ərsəyə gəlib. O vaxt buz, su manejləri vardı, hansı ki, xüsusi avadanlıqlar vasitəsilə yığılırdı.
Deməli, uzun illər Azərbaycan tamaşaçılarına xidmət edən Bakı Dövlət Sirki ötən əsrin 90-cı illərindən sonra əvvəlki şöhrətini itirdi. Hətta tamaşaçıları toplaya bilmədi. Yəni Bakı Dövlət Sirkinin binası müasir tələblərə cavab vermirdi. Ona görə də, Bakı Dövlət Sirkində uzun illərdən sonra ilkin olaraq zəruri təmir - bərpa işləri görülməyə başlanıldı. Restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.
Təsəvvür edirsiniz, tamaşa zamanı istifadə üçün 170 tonluq su hovuzu qurulmalıdır. Bu hələ harasıdır..? Bir veterinar-baytarlıq apteki işlədən dostumuz deyir ki, sirkin rəhbərliyi kağız üzərində bizdən sirkdəki heyvanlar üçün külli miqdarda dərmanlar alırlar….amma hamısı kağız üzərindədir…sadəcə, pullar silinir…
Bəli, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin dövründə Bakı Dövlət Sirkininin təmirinə ayrılan külli miqdarda dövlət vəsaiti kimlərinsə cibinə getdi. Məlumdur ki, Bakı Dövlət Sirki Mədəniyyət Nazirliyinin balansındadır. Və dövlətin ayırdığı vəsait nazirliklə Sirk rəhbərliyi arasında bölüşdürülüb.
Təsəvvür edirsiniz, dövlət tərəfindən bu qədər vəsait ayrılmasına baxmayaraq Bakı Dövlət Sirkinnin divarlarındakı 5 manatlıq emussiyadan başqa heç bir təmir-bərpa-restavrasiya hiss olunmur… Bu hələ harasıdır..? Bakı Dövlət Sirki üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir. Hətta Bakı Dövlət Sirkinin tamaşaçılara satdığı biletlər də saxtadır. Sirkin rəhbərliyi guya şəhid və qazi ailələrinin uşaqlarına biletlərin pulsuz olduğunu elan edərək özlərini reklam edirlər. Adama deyərlər ki, dövlətin təmir üçün ayırdığı yüz minləri necə mənimsəmisiniz..?
Təsəvvür edirsiniz, Bakı Dövlət Sirkində heyvanların saxlanılması üçün nə qədər dövlət vəsaiti silinir. Hətta atların və digər heyvanların adına silinən pullar var.
Bizim üçün maraqlıdır ki, dövlət qurumları Bakı Dövlət Sirkində baş verən bu qanunsuzluqları görmürlər..?
Növbəti sayımızda oxuyacaqsınız: Bakı Dövlət Sirkinin nəzdində olan torpaq sahələri, maşınlar, texnikalar, işçi sayları, şişirdilmiş elektrik enerjisi, qaz, su sərfiyyatı, bölgələrə ezamiyyələr və digər məsələlər.
Bakı Dövlət Sirkində tükürpədən maxinasiyalar... - Bakı Dövlət Sirkinin təmirinə ayrılan dövlət vəsaiti kimlərin cibinə gedib..?
24
may
11:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakı Dövlət Sirkindən unikal PROQRAM: 20 ildə İLK DƏFƏ
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
Bakı Dövlət Sirkinin direktoru dəyişdi
Sirk məşqçisi pələngin hücumuna məruz qaldı - VİDEO
Ayı sirkdə qadına hücum etdi - VİDEO
Bakı Dövlət Sirkində yeni təyinat
Bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır - SİYAHI
Bakıda güllələnən şəxsin qardaşı danışdı - Video
Dəhşət: Fillər təlimatçının belini qırdılar
ADNSU-nun kollektivi Xocalı abidəsini ziyarət edib - FOTOLAR
Bakı Dövlət Sirkində AÇIQ SOYĞUN... - GİLEY
MİDA Bakının bu ünvanlarında 815 güzəştli mənzili satışa çıxarır
Qəzada xəsarət alan Əməkdar artist özünə gəlib, amma... - SON DURUM
Üzeyir İspaniyada hər kəsi heyrətləndirdi
Atışmada yaralanan ATU-nun tələbəsidir - RƏSMİ
Sirkdə həyəcanlı anlar: Şirlər qəzəblənib... - VİDEO
Ekspert Bakı metropoliteninin fəaliyyətini tənqid etdi
Qəzaya düşən Əməkdar artistin son vəziyyəti açıqlandı
Rusiyada sirkdə faciə: 14 yaşlı uşaq fənd göstərərkən ip qırıldı - VİDEO
Zeynəb Xanlarova 85 yaşında
Şuşada “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş etdirilib
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
Şahin Bağırov Səfər Mehdiyevin daha bir kadrını ÇIXDAŞ ETDİ
Yüksək vəzifəli məmurun oğlu İcra Hakimiyyətinin 600 minlik tenderini uddu
Nazirlik Sədərək Ticarət Mərkəzini məhkəməyə verib - 7 dəfə təxirə salınıb
Bu gün Rəşid Behbudovun doğum günüdür
“Lider” TV-nin binası partiyalara VERİLDİ
Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür - FOTO
Əməkdar incəsənət xadimi vəfat etdi (FOTO)
Gömrük Komitəsində daha bir general işdən çıxarıldı - Dosye
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib