Cənab təhsil naziri Emin Əmrullayevin tələbə yataqxanalarından xəbəri varmı..?
Tələbə yataqxanalarından söhbət düşən kimi hamı ağız-ağıza verib deyir ki, 1 milyondan çox qaçqın və məcburi köçkün axınından sonra tələbə yataqxanaları bərbad hala düşdü. Sovet dövründə tələbə olmuş biri kimi deyə bilərəm ki, bu kökündən yanlış fikirdir. Biz 80-ci illərdə ADU-da (indiki BDU) oxuyanda tələbə yataqxanaları bərbad durumda idi.
Çox üzr istəyirəm, yataqxanaya girən kimi iyrənc iyi-qoxu adamı vururdu, tualetlər, mətbəxlər antisanitar vəziyyətdə idi. Həmin illərdə özüm ADU-dan tələbə elmi konfransında iştirak etmək üçün Litva Respublikasındakı Kapsukas adına Vilnüs universitetinin yataqxanasında qalmalı oldum. Gördüklərimdən dəhşətə gəlmişdim. 2 nəfərlik yataqxana otaqları bizdəki mehmanxanalar ( indiki otellər ) kimi idi. Təmizlik, səliqə, tələbələr üçün hər cürə şərait, kitabxana, televizor otağı, hamam və s...bir sözlə lüks şərait.
Yəni sözümün canı odur ki, Azərbaycandakı mövcud tələbə yataqxanaları ilə bağlı problemləri qaçqın və məcburi köçkünlərin üzərinə atmaq düzgün deyil. Bəlkə, Azərbaycandakı ali məktəblərdə və kolleclərdəki ən yüksək ödəniş haqqını da məcburi köçkünlər edib..?
Hamıya məlumdur ki, postsovet dövlətlərindən ən böyük tələbə ödəniş haqqı Azərbaycandadır. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırıblar. Amma cənab Elm və Təhsil naziri Emin Əmrullayev bu məsələ barədə bircə dəfə də danışmayıb.
İndi təsəvvür edin ki, yazıq valideyn həm tələbə övladı üçün yüksək ödəniş etməlidir və üstəlik övladına ev kirayələməlidir. Bu rəqəmin də üstünə gəlin bu gün Bakıda olan gündəlik ərzaq və qida məhsullarının qiymətini.
İndi gördünüzmü, bir tələbəni oxutmaq valideynə neçəyə başa gəlir..? Ona görə də çoxları haqlı olaraq düşünür ki, xarici ölkədə tələbə oxutmaq, Azərbaycandan daha ucuz başa gəlir..? Buna şübhəniz varmı?
Milli Məclisin son iclaslarında deputatlar haray salır ki, qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə dərman preparatlarının qiyməti bizdən 4-5 dəfə ucuzdur. Bəli, xarici ölkələrdə təhsil haqqı bizdən ucuzdur, üstəlik tələbəyə çox aşağı faizlə kredit verilir. Bizim bankların kredit fazilərinin isə dünyada bərabəri yoxdur. Hətta deputatlar deyir ki, bu kredit deyil, soyğunçuluqdur. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gəlin problemi qaçqının, məcburi köçkünün, yaxud kiminsə üzərinə atmaqdan əl çəkək. Ortaya vacib sual çıxır: Tələbələrin ödədiyi milyonlarla təhsil haqqı hara gedir..?
Təsəvvür edirsiniz, minlərlə tələbəsi olan Azərbaycan Dillər Universitetinin nümayəndəsi deyir ki, yataqxanamızda 100 otaq var. Bəs qalan tələbələr nə etməlidir..? Siz elə bilirsiniz yataqxanadakı mövcud otaqları tələbələrə pulsuz verirlər..? Ay-hayy...tələbə hər ay yataqxanaya pul ödəməlidir. Bəs onda bu qədər ödəniş-təhsil haqqı nəyə lazımdır..? Ey təhsil haqqında düşünən cənablar ! Bəs “Ali təhsil haqqında” Qanun qəbul ediləndə deyirdiniz ki, tələbələr üçün sosial yataqxanalar yaradılacaq, hər cür şərait-filan... Bəs nə oldu, verdiyiniz vədlər..? Cənab nazir, Emin Əmrullayev, bu problemləri biz kənardan görürüksə, siz niyə görmürsünüz..?
Tələbə həm təhsil haqqı, həm də kirayə pulu ödəməlidir cənab Emin Əmrullayev...? - Xaricdə təhsil almaq bundan ucuz başa gəlir...
24
may
11:04

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Kredit almaq üçün bal aşağı salındı - Tələbələrə şad xəbər
Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək
Azərbaycanlı tələbə qız qrup yoldaşını bıçaqladı - SİQARETƏ GÖRƏ
Təhsil naziri tələbələri təbrik edib
Bu tələbələr də təhsil krediti ala biləcəklər
Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq - VİDEO
Tələbə kreditinin verilməsi üçün əlavə vəsait ayrılacaq
Özəl universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Emin Əmrullayevin GECİKƏN ƏMRİ... - Tələbələr NARAZIDIR...
Bakıda DƏHŞƏT: Tələbə qız canına qəsd etdi - Səbəbini rəfiqəsi AÇIQLADI (FOTO)
Azərbaycanda 15 yaşlı qız tələbə oldu
Peşə məktəblərinə tələbə qəbulu başlayıb
Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq - Diqqət!
“Karyerdə daş atıb, 10 manat alırdım” - Siyavuş Novruzov
Burada tələbə olmaq da BİR AYRI İŞGƏNCƏDİR... - NARAZILIQ VAR!
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Kredit almaq istəyən tələbələrə mühüm xəbər
Yol qəzasında ölən tələbə BDU-da oxuyurmuş
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Müəllim və tələbə arasında əlbəyaxa dava – VİDEO
Türkiyədə tələbə avtobusu qəzaya uğradı - 16 yaralı
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub - Diqqət!
Bu tələbələr ödədikləri təhsil haqqını geri ala biləcəklər
Tələbə rəssamın sənət əsərini yedi
"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra işləsinlər" - Siyavuş Novruzov
BDU-nun şəhid olan tələbə və məzunları - FOTO
İranda azərbaycanlı tələbə vəfat etdi
Emin Əmrullayev TƏHSİLİMİZİ hara aparır ?- Nazir Emin Əmrullayev təhsil haqları barədə niyə danışmır ?
670 balla ADA-ya qəbul olan tələbə Qusardakı yanğında həlak olub
Rusiyalı tələbələr Çexiyada təlimdən qovuldu
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib