GDU-nun dekanı rektoru necə aldadıb? - Moskvada və aylıqdakı tələbələr...
12-11-2020, 11:25
160

GDU-nun dekanı rektoru necə aldadıb? - Moskvada və aylıqdakı tələbələr...

Gəncə Dövlət Universitetinin (GDU-nun) rektoru Yusif Yusifovun "Fizika və Texniki fənnlər" fakultəsinin dekanı Muğan Quliyev tərəfindən aldadılmasına, sonuncunun yüksək etimada dönük çıxmasına dair ciddi iddialar var. Belə ki, bu günlərdə "Demokratik.Az"-a daxil olan və sensasiya doğura biləcək məlumatları incələdikdə aydın olur ki, GDU-nun adıçəkilən fakültəsinin "rəsmxət və təsviri incəsənət" ixtisasının bir neçə tələbəsi dekanın maddi maraqları müqabilində əyani təhsilalma qaydalarından yayındırılaraq dərsə davamiyyəti pozublar. Əsasən, xanım tələbələrin ilboyu dərsə gəlməmələri bir yana, bir neçəsinin hətta Rusiyada olmaları, ailə qurduqdan sonra semestr boyu təhsil ocağında bir dəfə də olsun görünməmələri, lakin asanlıqla qaibsiz qiymətlər almaları rəzalət yaradıb.
Aldığımız məlumatlarda qeyd olunur ki, fakültədə sonuncu kursda təhsil alan elə tələbələr var ki, polis polkovnikinin, hansısa icra başçısının və ya hansısa varlının övladı olmaqla xüsusi imtiyazlarla tələbəçilik edir. Dekan və ətrafı tərəfindən "yola verilənlər"ə özəl münasibət digər tələbə yoldaşlarında isə haqlı ikrah hissləri oyadıb, əksəriyyətinin təhsilə marağını azalda bilib.
"Qiyabiçi-ərköyün" tələbələrdən biri - Aişə Namazovanın (ad şərtidir) 2018-19 tədris ilindən bu yana ümumiyyətlə Rusiyanın Moskva şəhərində yaşadığı, lakin asanlıqla kursdan-kursa keçirlidiyi iddia edilir. Ümumiyyətlə həmin fakültədə bir çox tələbənin aylığa buraxıldığına dair iddialar bütün universitetdə danışılır.
Qruplar üzrə kurskom və tyutorlar vasitəsilə maxinasiyaları ört-bas edənlər rüşvət mexanizmini bir neçə şəxsin adına olan bank kartları vasitəsilə nizamladıqları da ciddi ittihamlar arasında yer alır.
Xatırladaq ki, hələ ötən il bir neçə saytda oxşar ittihamlar yer almışdı. Qrup və kurslar üzrə hansı tələbələrin maddi maraqlar müqabilində "aylıq"da olması sadalanmışdı. Və təkzib edilməmişdi!
İddialarla bağlı fakültə dekanı Muğan Quliyevlə əlaqə yarada bildik. Dekan isə deyilənləri yalan və əsassız adlandıraraq heç bir tələbənin aylığa buraxılmadığını, bu halın müxtəlif səbəblərdən ümumiyyətlə mümkünsüz olduğunu qeyd etdi. Pandemiya dönəmini əsas götürərək tələbələrin onsuz da universitetə aylardır gəlmədiyini yada saldı. Dekan hər vəchlə əvvəlki illərin söhbətini qapatmağa, faktları yalanlamağa çalışdı.
Məlumatlı mənbəmiz isə faktların doğruluğunda israrlıdır. Adının çəkilməsini istəməyən mötəbər şəxsin dediyinə görə, dekan yalan danışır və öz əməllərini xüsusilə rektordan gizlətməyə çalışır. Ona görə də fakültənin fəaliyyətinin ümumiyyətlə dərindən araşdırılmasına, tələbələrin ötən illərdəki davamiyyətinin hüquq mühafizə orqanlarının da iştirakı ilə incələnməsinə ehtiyac var. Ölkədə olanları anladıq, axı hansısa tələbənin Rusiyada olmasını gizlətmək zatən mümkün deyil. Yetər ki, Dövlət Miqrasiya Xidmətinə müraciət olunsun, vəssalam!..
Mövzu diqqətimizdədir, əlavə məlumat verəcəyik...

Oxşar xəbərlər

Kollecdə saxtakarlıq: jurnalı dəyişdirib imtahana buraxılmayan tələbələrə diplom veriblər
“İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
GDU-da tələbə təqaüdü üçün düzülən "100"lüklər nə dərəcədə əsaslıdır?- İTTİHAM
GDU rektoru postunda elə-belədir... - İTTİHAM
Rusiyada tələbələrə məktəblərdə dərs demək hüququ verilir
Göygölün başsız icra hakimiyyəti "qonaq evi"ni talayaraq satmaq istəyir - Özbaşınalıq
Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı - VİDEO
GDU-da nələr baş verir? - İDDİA
Sabiq icra başçısı barədə yayılan xəbərlərə REAKSİYA - Elmar Vəliyev ağlını itirib?
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR - Şok telefon danışığı...
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Tədris əyani, yoxsa onlayn olsun?
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Kasıb rektorun milyonluq villaları, bahalı maşınları,dəbdəbəli həyatı haqda..
Tələbələrin köçürülməsinin nəticələri məlum olub
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Koronavirus Azərbaycan təhsilinin belini qırıb?
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Səriştəsiz GDU rektoru və onun ŞÜBHƏLİ ƏTRAFI - İTTİHAM
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
Azərbaycanda universitetin mətbuat katibi işdən çıxdı
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
ADAU-da məmurlara maaş necə yazılıb və ayrılan pullar hansı cibə girib? - Sənəd