Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY
13-11-2020, 11:00
39

Asif Ağayev kimi icra başçısı olmaqdansa... - GİLEY

Beyləqanın Allahyarlı kəndinin sakinləri kəndlərində sosial problemlərin bərbad vəziyyətdə olmasından və aidiyyəti qurumların bu kəndin acınacaqlı durumuna biganə yanaşmasından beziblər.

DİA.AZ bildirir ki, Məhəmməd Təhməzov facebook səhifəsində Allahyarlı kəndinin sakinləri adından prezident İlham Əliyevə müraciət ünvanlayıb. Mürciəti olduğu kimi dərc edirik. Hörmətli prezdent İlham Əliyev cənabları! Biz, Beyləqan rayon Allahyarlı kəndinin sakinləri çox acınacaqlı bir durumdayıq. Kəndin sosial problemləri artıq kənd sakinlərini bu kənddə yaşamaqdan canını boğaza yığıb. Siz dəfələrlə demisiniz ki, bütün kənd, qəsəbə və şəhər yolları asfaltlanacaq, əsaslı təmir olunacaq. Təəssüflər olsun ki, həll olunacaq problemlərdən həmişə Allahyarlı kəndi kənarda qalır. Yəni, aidiyyəti orqanlar, yerli İcra hakimyəti kəndin talehinə çox biganə və düzünü desək düşmən mövqeyindədilər. Sözü gedən kəndin yolu çox bərbat vəziyyətdədir. İnanın getdiyiniz müqəddəs həcc ziyarətinə ki , hansısa bir hadisə üçün kəndə gedib gəlmək mümkün deyil. Artıq qarşıdan qış mövsümü gəlir, yağışda, qarda keçmiş dağ kəndliləri kimi məcburuq atla, dörd ayaqlı ilə gedib gələk. Kənd sakinləri dəfələrlə yerli icra hakimyətinə, aidiyyəti orqanlara müraciət ediblər. İllərdi məsələ həllini tapmır, hər dəfə söz verirlər, amma nəticə yoxdur. Parlament seçkilərində YAP dan namizəd olan və hazır ki, milli məclisdə Beyləqan rayonunu təmsil edən Şahin İsmayılov sakinlərlə görüş zamanı yolun nə qədər dözülməz vəziyyətdə oduğunu, torpaqların şoranlaşmasının şahidi oldu və söz verdi ki, yaxın vaxtda bütün problemləriniz həllini tapacaq, amma heç bir nəticə yoxdur. Səbəbini bilmək istəyirik! Bu kənd camaatının günahı nədir ki , yerli icra hakimyəti və aidiyyəti orqanlar bizə bu qədər ögey münasibət bəsləyir? Bu kəndin camaatı 1- ci Qarabağ müharibəsində ən ön xətdə olmağına baxmayaraq, hansı əziyyətlər çəkdi, ancaq 1- metr də olsun kənddən çıxmadı, arxa cəbhə olaraq, hərbiçilərimizə dayaq oldular. Bunlara Ulu Öndər, rəhmətlik Heydər Əliyev cəbhə bölgəsinə səfəri zamanı Allahyarlı kəndində şəxsən özü şahid oldu və kənd camaatının fədakarlığını yüksək qiymətləndirdi. Amma sizin təyin etdiyiniz Beyləqan icra başçıları Allahyarlı kəndinin əsaslı problemlərinin həllini arxa plana atıblar. Əsas səbəbi də camaatın sakit, tərbiyəli, qanunlara hörmət qoymağı, təmiz, saf Azərbaycanlı olmasıdır ki, ondan da istifadə edirlər ki, onsuzda heç kim səsini çıxarası deyil. Cənab prezdent, əgər aidiyyəti orqanlar, yerli icra hakimyəti bizim kəndin problemlərini həll etməyə çətinlik çəkirlərsə, həll etmək istəmirlərsə, Allahyarlı kəndinin Beyləqan rayonundan ayırılmasına qərar verin. Ya Füzuli rayonuna, ya da qonşu Xocavənd rayonunun tərkibinə keçirin. Bəlkə camaat ağ günə çıxar. Çünki heç bir çıxış yolumuz yoxdur. Baxımsızlıqdan və məmur biganəliyindən kənd təsərüfatı batıb, torpaqlar şorlaşır, günü gündən məhv olur, min hektarlarla əkin sahələri artıq sıradan çıxıb. Artıq camaatın ümidi və səbri tükənib, qəlblərdə inamsızlıq hökm sürməyə başlayıb. Səbəbi də illərlə icra başçılarının və aidiyyəti orqanların yalan vədləridir. Cənab prezdent, son ümidimiz sizsiniz. Xahiş edirik, Allahyarlı adlı kəndin camaatının problemlərinin həllinə göstəriş verin. Ümidləri sınan camaatın yenidən ümidlərinin bərpası yalnız prezdent İlham Əliyevin göstərişlərindən asılıdır və güvənirik ki, problemlərimiz həll olunacaq.

İddia olunanlarla bağlı DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər

"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu – Foto
Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Qaçaq Nəbinin kəndi işğaldan azad edildi Qaçaq Nəbinin kəndi işğaldan azad edildi
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
2021-ci il “Qarabağ ili” olsun - “DAVAM” sədrindən təklif
Astarada narazılıq yaradan kimlərdir? - GİLEY
Yasamal sakinləri Samir Şərifovu İTTİHAM ETDİ - “Nazirlə icra başçısı pullarımızı mənimsəyib”
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
İmişlidə Rəsullu sukanalı adlanan ərazidə əcaib mənzərə - satılan kanal, tikiliən obyektlər, yayılan xəstəliklər(VİDEO)
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Şəkidə əlili incidən kimdir? - GİLEY
Soyqırımın ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
Ermənilər Tərtəri artilleriya atəşinə tutdu, evlər dağıldı
İşğaldan azad edilən Əmirxanlı kəndinin görüntüləri yayılıb - Video
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Televizor oğruları tutuldu - FOTO