"Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?" - GİLEY
16-11-2020, 10:48
63

"Bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi?" - GİLEY

“Texnika almaq üçün banka pul köçürdüm, bu günədək nə pulumu ala bilmişəm, nə də texnikanı. “Bank müflis olub, sizə verməyə pulu yoxdur”, - deyirlər. Mən anlayıram, amma texnikanın 40 faiz pulunu ödəmək üçün borc aldığım insanlar bunu anlamır. Çox pis durumda qalmışam”. DİA.AZ bildirir ki, Ucarın Məlikballı kəndinin sakini Eyvaz İbrahimov belə deyir. O, 2019-cu il dekabrın 24-dən bu yana başına oyun gədiyini, altından çıxa bilmədiyini söyləyir:

““Aqrolizinq” ASC-yə müraciət etmişdim. Yeni traktor almaq istəyirdim. İstəyim qəbul edildi. Qanunla həmin texnikanın dəyərinin 40 faizini mən, 40 faizini dövlət, yerdə qalan 20 faizini isə bank verməli idi. Sonra mən həmin 20 faizi aybaay banka köçürəcəkdim. Nə isə məni Bakıya, “Aqrolizinq” ASC-yə dəvət etdilər”.

Şikayətçi deyir ki, orda 4 bankın stendi olub. Ona işini bu banklardan biri ilə həll etmək lazım olduğunu deyiblər: “Yəni birinin vasitəsilə kreditlə texnika götürə bilərdim. Orada mənə ilk yaxınlaşan “NBC Bank”ın işçisi oldu. Sənədləri yazdı, hər şeyi həll etdi. Dekabrın 27-də zəng etdi. Dedi “2 nəfər zamin götür gəl”. Getdim. Sənədləri hazırlamışdı. Mən də imzalayıb, “NBC Bank”ın Nəsimi filialına 10 min 292 min manat pul köçürdüm”.

Ödənişdən sonra Eyvaz İbrahimova deyilib ki, yanvarın 7-dək ona zəng edəcəklər. O da kəndə dönüb və bankdan zəng gözləyib. Deyilən vaxtdan günlər keçib, ancaq zəng gəlməyib: “Fevralda özüm maraqlanmalı oldum. Dedilər ki, dövlət tərəfindən güzəşt edilən 40 faizlik məbləğ hələlik, köçməyib. Ancaq Kənd Təsərrüfatı Nazirliyindən elektron ərizəmə cavab gəlmişdi ki, həmin güzəşti ödəyiblər. Bunlar dirəndi ki, yox, yalan demirik, ödənməyib. Sonra koronavirus dövrü başladı. Bakıya gediş-gəliş çətinləşdi. Aprelin 24-də birtəhər Bakıya getməyə nail oldum. Yenə sənədlər yazdılar, ödəniş qrafiki müəyyən etdilər. Hətta sığorta ödənişi də etdim. Sonra mənə traktorun bütün sənədlərini verdilər. Hətta may ayı üçün nəzərdə tutulan aylıq ödənişi də aldılar. Bir neçə gün sonra mənə zəng gəldi ki, bank bağlanır, sistem dayandırılır. Ondan sonra mənimlə əlaqə saxlamadılar”.

Eyvaz İbrahimov deyir ki, sonra çox çətinliklə də olsa yenə Bakıya gedib. Bu zaman bank ona texnikanı vercəkləri ilə bağlı sənəd imzaladıb. Ancaq bu günədək nə pulunu, nə də texnikanı ala bilib: “Öyrəndim ki, bağlanan banklarda əmanəti olanların pulları geri qaytarılır. Sevindim. Zəng etdim, dedilər, “sənin pulun əmanət kimi yox, lizinq yolu ilə texnika almaq üçün yatırılıb. Geri qaytara bilmirik, çünki pulumuz yoxdur”. Axırda da dedilər ki, qaytarılan pulları Əmanətlərin Sığortalanması Fondu verir. Mənə aid deyil”.

Eyvaz İbrahimov çıxılmaz durumda olduğunu deyir. Ödədiyi pulun çoxunu borc aldığını və borcluların qapısına dirəndiyini söyləyir: “Anlaya bilmirəm, əgər bank müflis durumdaydısa, “Aqrolizinq”lə niyə işləyirdi? Yəni onu dövlətin proqramına kim qoşmuşdu? Əlimlə pulumu ödədim, bütün sənədlərim var, sübutlarım var, ancaq geri ala bilmirəm. Heç pulu da istəmirəm, işi başqa banka versinlər, texnikamı alım. Sonra aylıq krediti də ödəməyə hazıram. Ancaq etmirlər. Uzlaşmaq üçün hər hansı addım atılmır”.

Şikayətçi bu yaxınlarda sonuncu dəfə bankın keçmiş əməkdaşı ilə əlaqə saxlayıb. “Bank bağlanıb, sənin ödədiyini geri verməyə pulumuz yoxdur”, - cavabını alıb: “Bir sözlə, əlimlə pul vermişəm, ayağımla düşmüşəm dalınca - ala bilmirəm. Aidiyyatı qurumlara müraciət etmişəm, işə yaramır. Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fonduna qədər - hər yerə yazmışam. İşimə baxmırlar”.

Eyvaz İbrahimovun 2-ci qrup əlilliyi var. Deyir, ailəsini təsərrüfatla dolandırır. Başqa heç yerdə çalışmır: “Mən illərin traktor sürücüsüyəm. Kənddə insanların işini görür, özüm əkin-biçin, heyvandarlıqla dolanıram. Köhnə traktorum istismar müddətini çoxdan başa vurub, artıq istifadə ediləsi durumda deyil. Məcbur qalıb, borcla-xərclə yenisini almaq qərarına gəldim. Nədir ki, bir tikə çörəyimi qazana bilim. Onun da axırı belə oldu. İndi nə edim, kimə şikayətlənim bilmirəm”.

Eyvaz İbrahimov artıq nə edəcəyini bilmədiyini söyləyir: “Şokdayam, belə çıxır ki, məni aldatdılar, pulumu aldılar, ortada isə nə pul var, nə də texnika”.


Oxşar xəbərlər

Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Fond sahibkarların pulunu “özəlləşdirmək” istəyir? - “Özbaşına qalsa, bankların olan-qalan əmlakının da “başına daş salacaq””
Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
"Belə ədəbsizcəsinə kartıma müdaxilə edib,xarici saytları bəhanə gətirməyin. " - "Kapital Bank"dan şikayət var..FOTO
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Kapital Bank-dan təqaüdçülərə güzəşt
“Günay Bank”a yeni sədr təyin edildi
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
"Nədir bu banklardan çəkdiyimiz?" - GİLEY
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Bağlanan bank və sığorta şirkətlərinin rəhbərləri - HARADA İŞLƏYƏ BİLƏR?
Deputat “Kapital Bank”dan şikayət etdi: - “Əziyyət verməkdən həzz alırlar”
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır