Çinarə Atayevaya "ANALIQ" edənlər və ya təhsilimizin QARAYARASI...
17-11-2020, 15:39
56

Çinarə Atayevaya "ANALIQ" edənlər və ya təhsilimizin QARAYARASI...

Çinarə Atayeva...Bu ad və soyad ilk baxışdan oxucuya heç nə deməsə də, bizim diqqətlərimizə o qədər nüfuz edib ki...

Çinarə xanım Abşeron rayon, Ceyranbatan qəsəbəsi 1 saylı məktəbin direktorudir(?), daha doğrusu, direktor əvəzidir, nə az, nə çox, düz üç ildir. Düz üç ildir məktəb direktorlarının seçim imtahanlarından başıaşağı çıxan Atayeva rəhbərlik etdiyi kollektivdə elə ab-hava yaradıb ki, sanki hakimi-mütləqdir.

Çinarə Atayevaya "ANALIQ" edənlər və ya təhsilimizin QARAYARASI...

...İnsafən, Atayevanın 1-ci sinfə qəbul vaxtı valideynləri dişinə vurmasından, yuxarı sinif şagirdlərinin nəyinsə müqabilində repititor yanına getməsindən, millətimiz və dövlətimiz üçün həssas məqamda müqəddəs rəmzlərimizi alver predmetinə çevirməsindən bəhs etmək fikrimiz yoxdu. Adamın üstündə Allah var, görməmişik, şahidi olmamışıq, sadəcə eşitmişik. Eşitmək isə hələ o demək deyil ki, Atayeva doğrudan da rüşvətxorluq və ya "şirinlik" mərəzinə tutulub. Əsla...

Atayevanın Ceyranbatan məktəbinə direktor əvəzi kimi gəlməsinə qədər keçdiyi yol çox "keşməkeşli" olub desək, yanılmarıq. Keçmiş Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin rəğbətini qazanmaqdan tutmuş indiki müdirənin qoltuğuna sığınmağa qədər...
Adam bu dünyanın bütün ləzzətlərindən dadmaq üçün yaşamağın düzümünü öz aləmində çox doğru seçib. Ondan ötrü təhsil işçisi olub da mədəniyyətimizə və mənəviyyatımıza zidd olan əməllər etmək ayıb sayılmır. Niyə də ayıb sayılmalıdır, insan bir dəfə dünyaya gəlir və istədiyini etməlidir. Necə ki, əcnəbi musiqisi sədaları altında şəxsi maşınında oturub mimikalarını uyğun şəkildə oynadaraq Yutubda nümayiş etdirmək, yaxud rəfiqələri ilə kef-damaqdan sonra böyük zövq alırmış kimi şəkil çəkdirib sərgiləmək Atayevadan ötrü ayıb zad deyil. Zarafat deyil, adam soyadına uyğun ATamanlıq etməyi sanki özünə hobbi bilir. Elə ATın üstündə "şahanə" durumu da dediyimizin isbatıdır.

Çinarə Atayevaya "ANALIQ" edənlər və ya təhsilimizin QARAYARASI...

Atayevanın üç ildir Ceyranbatan 1 saylı məktəbdə direktor əvəzi işləməsini təbii ki, Təhsil nazirliyində bilməyən yoxdu. Maraqlıdı ki, niyə indiyə qədər əsl direktor olmağa layiqli bir namizəd tapılmayıb fikri aktual olsa da, sən demə Atayevaya analıq edənlərin "möhkəmliyi" hələ də qəhrəmanımızın yerini isti edir. Heç şübhəsiz, Atayeva analıq qayğısı göstərənlərin başında Abşeronun İcra başçısı İradə Gülməmmədova durur. Sirr deyil ki, başçının qızı ilə Atayeva necə yaxındısa, bu mehribançılıq ona hər yerdə yaşıl işıq yandırır. Amma ona olan qayğıkeş münasibətin başında yox, ayağında duran daha biri də var-Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova. Nazilə xanım Atayevanın nazıyla oynayır, onun bütün "şıltaqlıqlarına" göz yumur, başqa birisinin adı çəkilən məktəbə direktor təyin olunmasına bütün varlığıyla mane olur. Əslində düz də edir, Atayevadır də, əl quzusu kimidir, biz ona dözək, o da istəyimizi yerinə yetirsin...



Böyük bir məktəbin direktoru funksiyasını yerinə yetirən biri üçün bildiklərimizin və ya eşitdiklərimizin çox cüzi bir hissəsini söylədik. Xub, yəqin ki, bəzi qurumlar, daha doğrusu, təhsilimizə cavabdeh olanlar ölçü götürmək üçün baş sındırmalı olacaqlar. Düzdü, Abşeronun Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədovaya bunun heç bir aidiyyatı olmaya da bilər. Çünki müdirənin də o qədər "keçiçıxmaz qayaları" olub ki...Məsəlçün, onun Rafiq Hacıyevlə bağlı işdəcəkləri illərin sınağında necə yer tutubsa, hələ də yaddaşlarda bərq vurur. Silib atmaq elə bilirsiniz asandır???
Amma biz çalışarıq silib ataq, mütləq...Baxmayın da, milçək bir şey deyil, ürək bulandırır. Rubrika.az

Oxşar xəbərlər

Məcburi köçkün ailəsi çətin durumda... - dəfələrlə müraciət etsə də...
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Abşeronda avtomobil qadını vuraraq öldürüb
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
199 minlik «direktor əməliyyatı» - İDDİA
Zeynəb Xanlarovanın bacısı oğlu HƏBS EDİLDİ
Məktəb direktoru əsgərimizə görün nə arzu etdi – “ƏCƏLİ TEZ GƏLSİN, AY ALLAH!!!”
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
MƏKTƏBDƏN MƏKTƏBƏ ŞAGIRD KÖÇÜRMƏSI NEÇƏYƏ BAŞA GƏLIR
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır
Azərbaycanda orta məktəb bağlandı
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Xan Şuşinski adına Ağdam Musiqi Məktəbinin direktoru Xətayə xanım xətayə yol verir -Məktəbdə dərs saatları satılır...
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
Məhəbbət Vəliyeva: "Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir"
İşçisindən Mikayıl Cabbarova şikayət - "Rauf Qarayev buranı öz əmlakına çevirərək..."