Gundelik-baku.com-a daxil olan məlumata görə, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov başqasının adına çıxarışı olan torpaq sahəsinə saxta sənəd kimi hesab edilən bələdiyyə sənədi verib. Bu məsələ ilə bağlı hüquq eksperti ilə əlaqə saxladıq. Ekspert bildirdi ki, bu kimi qanunsuzluqlar olduğu təqdirdə, cinayəti törədən vəzifəli şəxs cinayət məcəlləsinin 308,309,311,312-ci maddələri ilə ittiham olunmalı və Azərbaycan Respublikasının qanun məcəlləsinə görə 14 ilə qədər azadlıqdan məhrum edilməlidir.
Telman Süleymanovun etdiyi digər qanunsuzluqlarla bağlı ciddi araşdırma aparırıq və daha geniş yazı dərc edəcəyik. Bizi izləyin….