Mövzuya giriş olaraq onu qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aşağıdakı ərazi vahidləri aiddir. 
1. Ağcabədi rayonu 
2. Ağsu rayonu 
3. Astara rayonu 
4. Beyləqan rayonu 
5. Biləsuvar rayonu 
6. Cəbrayıl rayonu 
7. Cəlilabad rayonu 
8. Füzuli rayonu 
9. Hacıqabul rayonu 
10. Xocavənd rayonu 
11. İmişli rayonu 
12. Kürdəmir rayonu 
13. Laçın rayonu 
14. Lerik rayonu 
15. Lənkəran rayonu 
16. Masallı rayonu 
17. Neftçala rayonu 
18. Saatlı rayonu 
19. Sabirabad rayonu 
20. Salyan rayonu 
21. ŞİRVAN ŞƏHƏRİ  
22. Ucar rayonu 
23. Yardımlı rayonu 
24. Zərdab rayonu. 
Deməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri  aşağıdakılardır: 
Süleymanov Elxan Xasay oğlu - sədr
Cəlilov Oruc Yusif oğlu     
Quliyev Nizami Fərzi oğlu     
Məmmədov Müşfiq Vaqif oğlu      
Nəbiyev Cəlil Cabbar oğlu    
Nuriyev Xamməd Abış oğlu     
Əliyev Əli Abdulla oğlu     
Səfərli Cavid Şamil oğlu     
Hüseynov Nahid Nəsir oğlu     
Məmmədov Neymət Hüsən oğlu. 
Siyahıdan göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsi də Lənkəran Ağır Cinayətlər məhkəməsinin yurisdiksiyasına aiddir. Bu uzun izahatı nə üçün veririk..? 
Xeyli müddətdir haqqında bəhs etdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin 
narkotacirlər, adam öldürməyə cəhd edənlər, yeyintiyə yol verənlər, nə isə kimin adamı, pulu varsa Vəli Abdullayevin adamlarının vasitəsilə cinayət məsuliyyətindən canlarını qurtara bilirlər. 

Bir müddət öncə, Vəli Abdullayevin rəhbərlik etdiyi Şirvan Apellyasiya Məhkəməsində narkobaronlar İqbal Mikayılovun və Samir Qasımovun azadlığa buraxılması ilə bağlı qalmaqallı qərarı gündəmi zəbt etmişdir. Uzun müddət medianın gündəmində qalan bu hadisə ölkənin savadlı şıxsləri tərəfindən qınaq obyektinə çevrilmişdir. Hətta sosial şəbəkələrdə pul alıb Samiri, İqbalı həbsdən azad edən şəxslərin ünvanına ailə, uşaq söyüşləri söyülürdü. Bu bizim işimiz deyil, söyəndə özü bilər, söyüləndə.
Qısa xatırlatma üçün qeyd edək ki, ötən yazılarımızda xəbər verdiyimiz kimi, Şirvan polisi min bir əzab-əziyyətlə, riskə gedərək bölgədəki məşhur narkotacirləri, İqbal Mikayılovu, Samir Qasımovu həbs edərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda Şirvan  
Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq, (narkotik satışının) fəaliyyətlərinin davam etdirmələrinə şərait yaradır.  
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim Əhmədov İsmayıl hər iki narkotaciri açıb azadlığa buraxıb. Bu olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Və ən təəccüblüsü odur ki, dövlət ittihamçısı bu qərara etiraz etməyib. Bildirilir ki, dövlət ittihamçısının bu halda etiraz etmək hüququ yoxdur. Çox gözəl, bəs onda narkobaronların öz işlərini düzüb qoşmaq üçün onlara kim şərait yaradıb? 
Sual olunur Samir Qasımov nəyin müqabilində azadlığa buraxılıb? 
234.4.3 maddəsi narkotik ticarəti üçün ən ağır maddədir. 10 tonlarla narkotik vasitələrin dövriyyəsi deməkdir. Görəsən, narkotacir Samir Qasımovu hansı əllər müdafiə edib ki, tonlarla dövriyyəsi olan narkotacir azadlığa buraxılıb. Bunu biz demirik aaa, Prokurorun, Polisin, Yerli Məhkəmənin üçünün biryerdə həbs qətimkan qərarında göstərilən 234.4.3 maddəsi göstərir.
Cənab Daxili İşlər Nazirimiz, Baş Prokurorumuz, Ədliyyə Nazirimiz min bir əzab-əziyyətlə bu qurumların işlərinin daha mükəmməl olması üçün əllərindən gələni əsirgəmirlər, gecə-gündüz yatmırlar, yerlərdə isə, elə bilirlər ki, Mərkəzdə onların törətdiklərindən heç kimin xəbəri olmayacaq. Biz bir dəfə demişik ki, biz atdığımız addımların hər birini dövlətimiz üçün, xalqımız üçün, dövlətçiliyimiz üçün, Prezidentimiz üçün edirik. Kiminsə "loxması" üçün yox.

İndi gəlin Vəli Abdullayevin haqqında deyilən növbəti xəbərlə tanış olaq. Nadirov Spartak Abı oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 126.1 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bəzi dostlarının köməkliyi ilə məhkəmənin bitməsindən aylarla vaxt keçməsinə baxmayaraq, bir neçə gün öncə, Nadirov Spartak Abı oğlu Kürdəxanıda yerləşən 1 saylı müvəqqəti saxlanma təcridxanasına gətirilib. Spartak Nadirovu tanıyanlar bilir ki, o dəhşətli cinayətlərin iştirakçısıdır, həmişə cinayətkar qruplaşmaların üzvü olub, amma nədənsə onu sehrli əllər qoruyur. 
Hətta məlumatlı şəxslər onu da bildirirlər ki, Spartak Nadirov ona hökm oxunan vaxt üzünü prokurora tutaraq bildirib ki, siz məni həbs edə bilməzsiniz, sizə 100 minlərlə pul vermişəm. Hakimin və bəzi şəxslərin ünvanına ağır təhqiramiz ifadələr işlədən Spartak Nadirov indi də bildirir ki, mən 20 gündən sonra Şirvan Apellyasiya Məhkəməsinin vasitəsilə azadlığa çıxacağam. 50 min pul göndərmişəm, məni buraxacaqlar. Mənim qarşımı heç kim ala bilməz. 
Görəsən Spartak Nadirov, 50 min göndərmişəm, məni buraxacaqlar deməklə növbəti cinayət hadisəsinə imza atmağını düşünmürmü? Amma kimin haqqında söyüş söyübsə, bizdə olan məlumata görə, həmin şəxs nöqtə, vergülünə qədər, həmin söyüşləri onun doğmalarının üzünə söyləyiblər. Biz bu məsələlərin hər birinə öz məqamında yazılar hazırlayacağıq. Amma biz inanmırıq ki, Spartak Nadirovun Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev haqqında dediyi "Mən Vəli Abdullayevə 50 min göndərmişəm, məni buraxacaq" fikri doğru olsun. 
Mövzunu diqqətdə saxlayacağıq.