“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM
20-11-2020, 13:13
97

“Qaçqınkom” məcburi köçkünlərin sayını azaltmaqla “status dəyirmanı”na “su tökür” - İTTİHAM

"Torpaqlarımızı yaxın və uzaq xaricdəki havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal edən erməni faşistlərinin son 26 ildə dədə-baba yurdlarımızda yaxın -uzaq xaricdən insanabənzər “haydaşlar”ını yerləşdirmələri artıq bütün dünyaya bəllidir. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının bir milyona yaxın qaçqın, məcburi köçkün “qazanması” da gizlin deyil". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Di gəl, işğalçı erməni faşistlərinin “qaçqınkomu” Azərbaycan torpaqlarına Livandan, Suriyadan, Amerikadan və digər yerlərdən erməniləri “məcburi” yerləşdirib, işğalçı “vətən”daş(nak)ları”nın sayını artırıb, yerli Azərbaycan “Qaçqınkom”u isə məcburi köçkünlərin sayını süni surətdə azaltmaqla məşğuldur. Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkünlük illərində doğulan uşaqlara “məcburi köçkün” statusunu verməkdən imtina edir! (?)

2-ci dərəcəli Qarabağ əlili Elçin Əfqan oğlu İbrahimov bu günlərdə doğma Qarabağdakı viran qalmış yurduna qayıtmaq üçün ,necə deyərlər, “çamadan ovqatı”ndadır. İki oğul atası Qarabağ qazisi 16 yaşlı atasının adını qoyduğu Əfqanı “qarabağlı” edə bilməyəcəyindən nigarandır. Doğulandan atasının doğulduğu kəndə pasport qeydiyyatına alınan, “məcburi köçkün” statusu daşıyan qazi oğlu İbrahimov Əfqan Elçin oğluna “Qaçqınkom” “məcburi köçkün” vəsiqəsini verməkdən imtina edir . Komitənin Tariyel adlı əməkdaşı Qarabağ köçkünü, qazinin ali dövlət hakimiyyəti orqanlarından daxil olan şikayətlərinin də faydasız olduğunu bildirərək məhkəməyə müraciət etməyi məsləhət görür. Məcburi köçkün Qarabağ qazisi də çaşıb qalıb : məhkəməyə status verilməsindən imtina edildikdə müraciət oluna bilər, onun oğlu isə 16 ildir “məcburi köçkün” statusuna malikdir! Belə çıxır, vəsiqənin verilməsinin təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmalıdır? Bu tələbi isə inzibati qaydada da təmin etmək hüquq – mühafizə orqanlarının görəvidir. Artıq Qarabağ qazisi bununla bağlı Daxili İşlər Nazirliyinə , Baş prokurorluğa müraciət edib. Ümumiyyətlə, statusu olan şəxsə müvafiq vəsiqənin verilməsindən imtina edilməsi ciddi qanun pozuntusudur və özbaşınalıqdan özgə bir şey deyil.

Görəsən, köçkünlərin sayını azaltmaqla “Qaçqınkom” nəyə nail olmaq istəyir? Yoxsa, işğalçıların “status” havadarlarının “dəyirman”ı susuzluqdan “soyqırım üyüdə” bilmir?"

Məğrur Bədəlsoy

P.S. Bu gün – 20 noyabr 2020-ci ildə Ağdam da, Seyidli kəndi də işğalçılardan qurtuldu. Gözümüz aydın! Qarabağda görüşərik !

Oxşar xəbərlər

Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Məcburi köçkünlərə verilən evlər geri alınacaqmı? - Açıqlama
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
“Kür-Araz Şirkəti” MMC son bir ildə Fonddan 18 milyonluq tender udub
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Prezidentdən Qarabağa qayıdışla bağlı açıqlama - Yeni tvit
Düşmən Tərtərdə məcburi köçkünlərin qəsəbəsinə top mərmiləri atdı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Məcburi köçkünlərin qayıdış prosesi necə təşkil olunacaq – Proqram hazırlanır
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Dövlət Komitəsi müəmmalı tenderlərə niyə aydınlıq gətirmir?
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Monrealda erməni terroruna etiraz edilib
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
"Qaçqınkom"da etiraz-  Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur
Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT
Məcburi köçkün ailəsi çətin durumda... - dəfələrlə müraciət etsə də...