Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
21-11-2020, 18:45
71

Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..

Azərbaycanda dövlət satınalmalarında xeyli şübhəli məqamlar var. Əsas şübhəli məqamlardan biri də eyni şirkətin müvafiq dövlət qurumlarının keçirdiyi tenderlərdə davamlı olaraq qalib gəlməsidir.

Belə şirkətlərdən biri də 2016-cı ilin mart ayında dövlət qeydiyyatına alınmış "Star Construktion-12” Qapalı Səhmdar Cəmiyyətidir. MMC kimi yaradılan sözügedən şirkət 2018-ci ilin avqust ayında təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğlu olan şirkət Mədəniyyət Nazirliyinin və Milli Arxiv Fondunun keçirdiyi tenderlərin də əksəriyyətini qazanır.

Araşdırmalar zamanı məlum olub ki, yarandığı 2016-cı ildə qazandığı tenderlərlə diqqətləri özünə çəkən şirkət təkcə cari ilin noyabr ayının iki ongünlüyündə 8 satınalmanın qalibi olub:

- Şirkət noyabrın 5-də Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon MKTB-nin keçirdiyi Binəqədi rayon ərazisində yerləşən park və küçələrdə aparılacaq abadlıq işlərinin satınalınmasını qazanıb – tenderin məbləği 183062.27 AZN.

- noyabrın 13-də "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (Bakı şəhəri Həsən bəy Zərdabi küçəsi 593 ünvanında) aparılacaq kommunal-kommunikasiya xətlərinin çəkilişi işləri”nin satınalınması - 95615.75 AZN.

- noyabrın 17-də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində (Bakı şəhəri Ziya Bünyadov prospekti 3 və Həsən bəy Zərdabi küçəsi 593 ünvanında) aparılacaq cari təmir işləri"nin satınalınması - 166111.57 AZN.

- noyabrın 17-də Mədəniyyət Nazirliyinin Sabirabad Regional İdarəsində cari təmir işlərinin satınalınması - 179756.98 AZN.

- noyabrın 19-da M.F.Axundov adına Milli Kitabxanada kommunal və kommunikasiya işlərinin satınalınmas - 135324.76 AZN.

- noyabrın 19-da M.F.Axundov adına Milli Kitabxanada cari təmir işlərin satınalınması - 209310.64 AZN.

- Noyabrın 19-da Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsinin maşın və avadanlıqların satınalınması - 29181.4 AZN.

Rəsmi məlumatlara görə, çox profilli şirkət 2019-cü ilin avqust ayının 10-da Azərbaycan Milli Arxiv İdarəsi asaslı təmir işlərinin icrasına dair 888 min 155 manat məbləğində müqavilə imzalayıb.

"Star-Construktion-12” MMC ilə bağlı Azadlıq radiosunun araşdırmasında da şübhəli məqamlar üzə çıxıb:

2016-cı ilin martında yaradılan "Star-Construktion-12” MMC həmin ilin 3-4 ayı ərzində Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş Ucar rayon mədəniyyət idarəsinədək çoxsaylı dövlət qurumlarının keçirdiyi 27 tenderdən qalib ayrılıb. Cəmi 3 ay əvvəl yaradılan bir şirkətin hansı resurslarla ölkənin ən müxtəlif yerlərində eyni vaxtda təmir, abadlıq, mal və avadanlıqların təchizatını həyata keçirdiyi çox maraqlıdır.

"Star Construktion-12” MMC ilə eyni gündə yaradılan "Kontakt-F” MMC-nin bir-biri ilə bağlılığı məlum olmasa da, dövlət satınalmalarında sinxron iştirak etdikləri faktdır. Satınalmalara dair müsabiqələrin yekun protokollarına görə, «Kontakt-F» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb.

"Star Construktion-12” MMC də bu dövrdə (2016-cı ilin ilk 6 ayında) müqavilə sayına görə (27) "Kontakt-F” MMC-yə yaxınlaşsa da, onların məbləğinə görə xeyli geridə qalıb - cəmi 4 milyon 983 min 944 manatlıq.

2017-ci ildə aparılan araşdırmada deyilir ki, "Star Construktion-12” MMC Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub...

qaynarinfo.az

Oxşar xəbərlər

Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
"Azərtranss” MMC indi də Tovuzdan boylandı... - İLGİNC MƏQAM
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Səfər Mehdiyev milyonları "Progress"ə asta-asta ötürür... - ŞÜBHƏ!
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Ağcəbədidə dövlət tenderlərini KİMLƏR UDUR? - Ən çox tenderi icra hakimiyyəti keçirib
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Dövlət agentliyi 2.2 milyonluq sifariş verib
Avtobus sürücüsünü döyən şirkət müdirini “Azərkosmos“-a nə bağlayır?
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Azərbaycanda görünməmiş “tender müəmmasi” – Şirkət 3 gün sonra niyə imtina etdi?
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Yeni yaradılan şirkət ləğv olunur
Məmur oğlu Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)