İsfəndiyar Möhbalıyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bir müddət əvvəl Qaradağ rayon polis şöbəsinin rəisi vəzifəsindən öz ərizəsi ilə işdən çıxaraq, başqa bir təşkilatda işə düzəlmişdir. Hal-hazırda İsfəndiyar Möhbalıyev yeni vəzifəsində işə başlayıb.

Xatırladaq ki, İsfəndiyar Möhbalıyev Milli Məclisdə ən yaşlı Millət vəkili olan, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu olmaqla yanaşı, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qızının həyat yoldaşıdır. O Əli Həsənov ki...