"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar
15-01-2021, 17:05
38

"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - Əlil maşınlarına kəsilən cəzlar

Teref.az yazır ki, dövlətimiz həqiqətən əlillərin qayğısına qalır. Ən azından qanunlar qəbul etməklə. Binaların tiklişində, yolların salınmasında, səkilərdə, tunellərdə və yeraltı keçidlərdə əllillərin rahatlığı üçün bir çox işlər görülür.
Qanunla avtomabil sürən əlillərin parkovka məsələsidə həll olunub. Amma bu qanun kağızda qalıb.Buyurun gedin maşın dayanacaqlarına baxın orda əlillər üçün işarələnmiş bir yer tapsanız bu bir möcüzə olar.
Ancaq əlillırin ən böyük problemlərindən biri qanunun onlara icazə verdiyi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndidir. Bu qanunda nə deyilir?
"“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndinə əsasən 3.2, 3.8-3.30 qadağan işarələrinin qüvvəsi ƏLİLLİYİ OLAN ŞƏXS TANINMA NİŞANINA MALİK AVTOMOBİLLƏRƏ ŞAMİL EDİLMİR. " Lakin BNA-da bunu deyəsən bilən yoxdur.
Bu qanun əlillərin şikəst olduqlarını nəzərə alaraq onlara DAYANMA, DURMA qadağan olunan yerlərdə maşınlarını saxlamağa və işlərini görməyə icazə verir. Bu bütün dünyada qəbul olunmuş bir praktikadır. Çünki təbii olaraq şikəst adam maşınını 1 km uzaqda saxlayıb, aptekə, mağazaya və ya hər hansı bir ehtiyacı üçün gedə bilməz. Qanun bunu nəzərə alaraq qəbul edilib. Lakin görün möhtərəm BNA bunu sayır? ƏIlillərin maşınlarına (təbii olaraq qabaq və arxa şüşələrində tanınma nişanları olanlardan söhbət gedir)dalbadal 20 manatlıq cəzlar gəlir. Etdiyiniz şikayətlərə isə 1 cavab var.
"Şikayətinizə 10 iş günü müddətində baxılacaq!?
Bizi isə 1 sual düşündürür. Axı niyə bu əlil qanun pozmadığı halda ona cəza kəsilməlidir və o da məcbur olub şikayət etməlidir?
Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?
Lalə

Oxşar xəbərlər

Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Deputatlar bu gün toplaşır
Konstitusiya Məhkəməsi qərar verdi
Deputatlar bu gün toplaşır
Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milii Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin növbəti plenar iclası başladı
Deputatlar toplaşır - 16 məsələ müzakirə olunacaq
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
Milli Məclis 10 məsələyə görə yeni iclas çağırdı - GÜNDƏLİK
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Yeni orden və medallar təsis olunacaq
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclis bu gün toplanır
Yol polisləri qaydaları belə pozdu - VİDEO
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
ATV və Lider TV-nin yayımı dayandırılacaq
İlham Əliyev Türkiyə millət vəkilini mükafatlandırdı
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi
Nazirlik bazarın fəaliyyətini dayandırıb -
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Bu qanun ləğv edildi
Dayanma qadağan deyil, lakin BNA cərimə yazır