Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto
15-01-2021, 19:45
40

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Bakı sakini Elmir Novruzova məxsus qeyri-yaşayış sahəsi Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus “AZ İmport” MMC tərəfindən sökülüb və vətəndaşa bununla bağlı təzminat verilməyib.

Şikayətçi E. Novruzovun oğlu Faiq Novruzov “Qafqazinfo”ya müraciətində iddia edib ki, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925 kv.m-lik qeyri-yaşayış sahəsinin söküntüsünə görə 2014-cü ildən bəri sahibinə dəyən zərər ödənilməyib.Şikayətçi dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, amma nəticənin olmadığını deyir:

“2014-cü ildə bizə xəbər verdilər ki, həmin obyekti sökürlər. Doğrusu, əvvəlcə buna inanmadıq. Necə ola bilər ki, mülkiyyətçiyə xəbər vermədən, onunla razılıq əldə etmədən, kompensasiya ödəmədən əmlakı sökürlər? Sonradan bizim tərəfimizdən aparılan araşdırma zamanı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin həmin məhkəmə orqanına ünvanladığı məktubundan məlum oldu ki, Birinci Avropa Oyunları ərəfəsində həmin qeyri-yaşayış sahəsi sökülüb və yerində park salınıb.

Bu ərazi də əvvəllər “Azərmetal”a aid olub, sonra atam tərəfindən özəlləşdirilib. 2004-cü ildən 10 il ərzində bizdə olub. Bir müddət kafe kimi işlətmişik, sonra təyinatını dəyişmək istəyirdik və istifadəsiz qalmışdı. Rayondan gələn qohumlar xəbər verdilər ki, sizin obyekt yoxdur. Əlimizdə texniki pasport, “Çıxarış” var. O vaxtdan da araşdırırıq, heç söküntünü kimin apardığını bilmirik ki, gedib ona müraciət edərdik. Ancaq şifahi şəkildə bildirilib ki, tikinti işlərinin sifarişçisi ARDNŞ-nin Sosial İnkişaf İdarəsi və podratçı isə adı ancaq vətəndaşlara məxsus əmlakı söküb, vətəndaşlara dəyən zərəri ödəməyən və buna görə dəfələrlə məhkəməyə verilmiş “AZ İmport” MMC-dir”.

F. Novruzovun sözlərinə görə, həmin qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə atası Novruzov Elmir Qaçay oğluna məxsusdur. Bu barədə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilib və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılıb.

Novruzovlar ailəsi 2014-cü ildən başlayaraq bu işin qanuni araşdırılması və kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyatı qurumlara müraciətlər ünvanlayıb:

“Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin IV-cü hissəsində göstərilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Dövlət ehtiyacı”nın mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir. Park-bağ kompleksinin-istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir və istənilən halda qanunvericiliklə dövlət ehtiyaclarının müəyyən edilməsi və həmin ehtiyaclara görə mülkiyyətdən məhrum edilməyə yönələn səlahiyyətlər Bakı şəhər İH Başçısına verilməyib. Mülki Məcəlləsinin 157.9.-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər”.

Şikayətlə bağlı Səbail rayon İcra Hakimiyyətinə və SOCAR-a müraciət etdik. Hər iki qurumdan şikayətin müvafiq şöbədə araşdırıldığını və tezliklə cavab veriləcəyini dedilər.

Qeyd edək ki, bu, sözügedən şirkətlə bağlı ilk şikayət deyil. Zərərçəkmiş şəxslər tərəfindən dəfələrlə mediada Rəşad Məmmədova məxsus “AZ İmport” MMC haqda şikayət materialları yer alıb.

"BakuPost"un əldə etdiyi məlumata görə, mülk sahibi zərərin ödənilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə cavabdeh şəxsin tapılmadığını "əsas" gətirərək iddianı rədd edib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsindədir. Həmin mülk 3 milyon manat qiymətində dəyərləndirilir.
Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

Oxşar xəbərlər

“Rayondan gələnlər xəbər verdi ki, Bakıda obyektinizi söküb park salıblar” - GİLEY
73000000  manat  oğurlayan  Vidadi Zeynalov kimi dələduz necə azadlığa çıxdı ?- O,  indi də qohumu Ceyhun Cəfərovu həbsdən qurtarmaq istəyir
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
"Qala" Sığortadan yeni oyunbazlıq... - GİLEY
BNA 2.8 milyonluq “zapçast” alır
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Gəncəlilər Fikrət Məmmədovdan kömək istəyir - "İcra məmurlarının özbaşınalığından bezmişik!"
““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər”
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı – İddia + Səs yazısı
Əli Həsənov “40 pillə” kafesini kimə satıb? - İLGİNC
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
31 obyektdə pozuntular aşkarlandı
"İdeal İnşaat" pulunu ödədiyim mənzili başqasına satıb - GİLEY
Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - SİYAHI
“Sipark” Əli Həsənova necə verilib?
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
"Lakin müraciətlərim nəticəsiz qalıb..." - GİLEY
Əlillərin demək olar ki, çoxuna mənzil verilibdir, amma... - İTTİHAM
Gəncədə məhkəmə məzhəkəsi... - ETİRAZ
Əli Həsənovun 2 milyard manatlıq gizlin səltənəti - SİYAHI