AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
25-09-2020, 14:55
51

AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ərtoğrul” teleserialını yayımlayacaq.
AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Yeni Sabah”a daxil olan xəbərə görə, TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına başlanılıb.
Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.
Qeyd edək ki, 2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ərtoğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.
Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub.
“Diriliş Ərtoğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir.

Oxşar xəbərlər

Prezident Administrasiyasına dəvət olunan Ərtoğrul Kamalova yeni vəzifə verildi
Ərtoğrulun BNA ilə bağlı satirik VİDEOSU
Özgü Namal 6 il sonra ekranlara qayıtmağa qərar verdi
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
AzTV-nin əməkdaşına VƏZİFƏ VERİLDİ
DİN AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yaydı
Pərvin Abiyevanın müəllimi ondan danışdı: “Bilmirəm indi nə edir, nə işlə məşğuldur”
AzTV sədrinin gizli ləğvetmə əməliyyatı - "Azərbaycantelefilm" nəyin qurbanı oldu?
AzTV-də yeni təyinatlar - SİYAHI
«AzTV sədri «Həftə» proqramına görə özünə 5 min manat qonorar yazır»-QALMAQAL
“Aidiyyəti qurumlar hara baxır?!“ - Tanınmış aparıcı
MTRŞ AZTV ilə bağlı məhkəməyə müraciət etdi
Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
Məhkəmədən rədd cavabı alan Cemin sevgilisi yeni görüntülərini yaydı - FOTO
Tələbə adı qazanan JURNALİST ÖVLADLARI - FOTOLAR
"Qonağına “Dimedrol” iynə vurdurur..." - Efirdə Xoşqədəm, Nanə və Hüsniyyə haqda elə sözlər deyildi ki... + VİDEO
Azərbaycanda “Görünməyən düşmən” adlı film yayımlanacaq – VİDEO
“Fitch” Türkiyənin kredit reytinqi üzrə proqnozunu pisləşdirib
“Şampiyon” serialı yenidən çəkilişlərə başlayıb
Hollivud ulduzu UFC döyüşçüsünün onun sümüklərini sındırmasından danışdı - FOTO
Pişik dişləyən aktrisa xəstəxanalıq oldu
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Samirə Mustafayevanın yeni görünüşü izləyiciləri heyrətə saldı - FOTO
Fuad Axundov AzTV-də veriliş aparacaq - VİDEO
Amerikada yaşayan azərbaycanlı model yataqda və cakuzidə görüntülərini paylaşdı - FOTO
“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
AzTV-nin bədii rəhbəri Xalq artistini tənqid etdi: “Tünzalə qatıldığı tədbirlərdə hər şeyi diktə edir” - VİDEO
Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu