82 yaşlı müsəlman xanım  2020-ci ilin ən nüfuzlu 100 adamından biri oldu...-FOTOLAR
25-09-2020, 15:09
63

82 yaşlı müsəlman xanım 2020-ci ilin ən nüfuzlu 100 adamından biri oldu...-FOTOLAR

Amerikanın məşhur  “Taym” “("Time”) jurnalı  Yeni Dehlidən(Nyu-Dehli) olan 82 yaşlı hindistanlı bir müsəlman qadını 2020-ci ilin ən nüfuzlu 100 adamından biri adlandırıb. 

Moderator.az  sözügedən nəşrə istinadla xəbər verir ki, Hindistanda Bilkis adlı ahıl bir qadın müsəlmanları bu ölkədə yaşamaq hüququndan məhrum edə biləcək mübahisəli “Vətəndaşlıq dəyişikliyi qanunu”na etiraz olaraq Xalqın Səsi olub. 

82 yaşlı bu mömin xanım  üç aydan çox  oturaq etiraz aksiyasında iştirak edib. Delhdəki bir etiraz düşərgəsində əyləşən Bilkis bir əlində təsbeh, digər əlində isə dövlət bayrağı tutub.

"Bilkis vətənlərində yaşamaq hüquqlarını müdafiə etdikləri üçün dəmir barmaqlıqlar arxasına atılan müsəlman fəallara və tələbə liderlərinə ümid və güc, ölkə daxilindəki dinc etirazlara ilham verdi" -deyə hind jurnalisti Rana Ayub “Time” jurnalında “xalqın səsi” haqqında yazdığı məqalədə vurğulayır. 

Ağbirçək müsəlman qadın jurnalistə "Bu ölkənin və dünyanın uşaqlarının ədalət və bərabərlik havasıyla nəfəs alması üçün qan damarlarımdan axana qədər burada oturacaq, mübarizə aparacağam" -deyib.
Qeyd eədk ki, ABŞ-ın “Taym” jurnalı 2020-ci ildə dünyanın ən nüfuzlu 100 insanı siyahısını hazırlayıb.
Yeni reytinq cədvəli 5 kateqoriya bölünüb: “Titanlar”, “Novatorlar, “İncəsənət xadimləri”, “Liderlər” və “Kumirlər”.
“Liderlər” sırasına ABŞ-ın İnfeksion Xəstəliklər və Allergiya Milli İnstitutunun direktoru Entoni Fauçi, ÜST direktoru Tedros Qebreyesus, ABŞ Prezidenti Donald Tramp və rəqibi Cozef Bayden, ABŞ vitse-prezidentliyinə namizəd Kamalə Harris, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ABŞ Baş prokuroru Uilyam Barr, Çin lideri Si Szinpin, Almaniya kansleri Angela Merkel, Braziliya Prezidenti Jair Bolsonaru, Hindistan Baş naziri Narendra Modi, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Paris meri Ann İdalqonun adı daxil edilib.
“Titanlar” sırasında “Quql” direktoru Sundara Piçai, Çin epidemioloqu Çjun Nanşan, milyarder Cef Bezos, “Formula -1” çempionu Luis Hemilton və digərlərinin adları yer alıb.
Sultan Laçın

Oxşar xəbərlər

Ərdoğanın xanımı dünyanın ən nüfuzlu 10 müsəlmanından biri oldu....-FOTOLAR
Polis rəisi kürsüsündə hicablı qızın görüntüləri Hindistanı qarışdırdı...-FOTO
Karantinə etiraz edən qadın çılpaq şəkildə polis maşınının üstünə çıxdı – VİDEO
Əlində qızının kəsilmiş başı ilə çılpaq halda tutuldu – FOTO/VİDEO
Türkanda 2 ahıl qadını "öldürüb" torpaqlarını ələ keçirdilər - dəhşətli cinayətin izi ilə...
55 müsəlman kəndi yerlə-yeksan edilib - Gizli soyqırımın üstü açıldı
Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü
Rusiyada kişi “İlin qadını” seçildi - FOTO/VİDEO
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
Müsəlman tələbə qızlar KOVİD-19 virusuna qarşı mexaniki tənəffüs cıhazı hazırladı
Dəsrlər başladı, dərhal on minlərlə tələbə və müəllim koronavirusa yoluxdu - QORXUNC VƏZİYYƏT...
70 yaşlı Hollivud ulduzu üçüncü dəfə ata oldu
Belarusda minqilərdə nə qədər insan iştirak erdib? - Memar dəqiq rəqəmlər açıqladı
ABŞ-a görə 70 min pakistanlı öldü – İmran Xan
Türkanda 2 ahıl qadını kimlər necə “öldürdü” - yeni adlar
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Bu məşhur sevgilisi ilə Bodrumda GÖRÜNTÜLƏNDİ (FOTOLAR)
“Lotu Quli”nun varisi elan edildi...
Zaur ona ev bağışlayan məşhur iş adamından danışdı - VİDEO
Paraqvayda ölü qadın "dirilib"
Xanım sədr kişiləri müdafiəyə qalxdı: - “Qadınlarımız da dinc dayanmırlar”
Qadınlarımız Cümhuriyyət mübarizəsində…
Telefon "zaryadka"da ikən yuxuya getdi, səhər cəsədi tapıldı - Daha bir ölüm
Azərbaycanda nişanlı qız intim fotoları ilə şantaj olunur — FOTO
Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
Bu erməni qızı Beyrutdan gəlib  Kəlbəcərin kəndində müəllimlik edir...-FOTOLAR...
Müğənni 67 yaşlı qocanı döydü - Video
72 yaşlı kişi evinə gələn qonaqları baltaladı
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?
Qazaxda 28 yaşlı qadın qaçırıldı