Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
26-04-2020, 11:00
242

Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 112 il keçir.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, "Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.
Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib”.
Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.
Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.
Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

Oxşar xəbərlər

Biləsuvarda rüşvətsiz iş keçmir... - GİLEY
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Bakıda gənc qonşusu tərəfindən qətlə yetirildi
Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Qadınlarımız Cümhuriyyət mübarizəsində…
COVID-19-dan sağalan həkim Cavid Paşayev evə buraxılıb - Foto
Tramp bunu da etdi - Bəyəndiyi 3 sənət əsərini...
Mehriban Əliyeva üçün özəl gün
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
"Şəkillərdə sənə yaxın durmaq üçün yekə-yekə kişilər bir-birlərinin belinə çıxırdılar..."
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı
Tarixdə iz qoyanlar: Hüseynova bacılarından biri… - VİDEO
Deyişməyə kim qaldı ki?...
Qızına qarşı əxlaqsızlıq edən ata həbs edildi
Saatlıya təyin olunan icra başçısı kimdir?
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
“Prezident belə biabırçılığa dözən adam deyil”
Nitsşe qayıdır - Firuz Mustafa yazır
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
Kitabını özü satan yazarlar: - “Onlar Məhəmməd Hadidən artıq deyillər”
İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI
Prorektor "Tərəqqi" medalı ilə təltif edildi
Mikayıl Cabbarovdan yeni təyinat
Baş infeksionistdən vətəndaşlara kafe və restoranlarla bağlı müraciət