Fəxri adsız qalan məşhur aktyor: “Camaata ev verirlər, mən isə evimi satmalıyam ki, yaşayım”
4-05-2020, 23:00
229

Fəxri adsız qalan məşhur aktyor: “Camaata ev verirlər, mən isə evimi satmalıyam ki, yaşayım”

“Səhhətim sözümə baxmır. Əksinə, daha da geriləyir. Bunlara baxmayaraq, müalicəmi davam etdirirəm. Bir saat olar ki, həkimdən evə gəlmişəm. Bir az həyəcanlanan kimi bədənim əsməyə başlayır. Çox pis xəstəliyə düçar olmuşam”.
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində məşhur aktyor Allahverdi Yolçuyev deyib.
Parkinson xəstəliyindən əziyyət çəkən sənətkar işləmədiyini və bu çətin dövrdə bir çox məşhurların ona etdiyi ərzaq yardımlarından söz açıb:
“Heç bir yerdə işləmirəm. Bu, karantindən öncə də belə idi, indi də. Evdə də heç kim işləmir. Dövlətin karantin müddətində vətəndaşlar üçün ayırdığı 190 manatlıq yardımı almaq üçün aidiyyəti quruma müraciət etsəm də, cavab almadım. Qaynar xətlərinə də dəfələrlə zəng vurub 190 manatla bağlı yardım haqqında informasiya almaq cəhdlərim fayda vermədi.
Zaur Baxşəliyev, Saleh Bağırov, Hacı Nuran, Aşıq Namiq, Lamiyə Ələkbərova ərzaq yardımı etdilər. Elə onlarla dolanırıq, bir az qalıb”.
A.Yolçuyev hələ də fəxri ada layiq görülmədiyini dilə gətirib: 
“40 ildir ki, ömrümü bu sənətə həsr etsəm də, fəxri adım yoxdur. Heç kim mənimlə maraqlanmır. Yəqin, nəzərdən kənardan qalmışam”.



Teatrdan uzaqlaşan, işsizlikdən gileylənən aktyor aylar öncə “Xəzər TV”də fəaliyyət göstərən dublyaj redaksiyasından 25 manat pul aldığını söyləyib:
“Gənc Tamaşaçılar Teatrından çoxdan ayrılmışam. Sonuncu dəfə orada 60 illik yubileyimlə əlaqədar “Türk əsəri” tamaşasında çıxış etdim. Biz aktyorlarla heç kim maraqlanmır. Aktyor heç kimə lazım deyil. Tək mən deyiləm. Aktyora pul verməklə deyil. Onun həyatı səhnədir. Aktyor səhnəyə gəlib, orada da ölməlidir. Aktyoru təqaüdə çıxararlar? Bu, dünyanın heç bir ölkəsində yoxdur.
Təqaüd almıram. Heç təqaüd yaşım da deyil. Qapı-qapı gəzməyi sevmirəm. İndi dublyaj da yoxdur. “Xəzər TV”nin dublyajına ara-sıra gedirdim. İndi karantinə görə ora da fəaliyyətini dayandırıb. Heç bilinmir, nə zaman açılacaq. Həftədə bir-iki dəfə gedirdim. 20-25 manat pul verirdilər”.
Maddi baxımdan sıxıntı çəkən A.Yolçuyev yaşamaq və ailəsini saxlamaq üçün mübarizə etdiyini və vəziyyətinin pis olduğunu bildirib:
“İnsanlara bacardığım qədər kömək olmuşam. Onları bu sənət yolunda önə çəkmişəm. Efirə çıxarmışam. Amma heç kimi qınamıram. Heç kimi də məcbur etmirəm ki, mənə yardım etsin. Hamımız ölüb gedəcəyik bu dünyadan. Öləndən sonra tərifləyib, göyə qaldırırlar. Sağlığında insana dəyər və qiymət vermək lazımdır.
Evimi satışa çıxarmalıyam ki, ailəmi dolandırım? Camaata ev verirlər, mən isə evimi satmalıyam ki yaşayım...”

Oxşar xəbərlər

Məşhur hind aktyoru Rişi Kapur vəfat edib
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Bürol Ünel vəfat etdi
Daha bir tanınmış aktyor dünyasını dəyişdi
Zaur ona ev bağışlayan məşhur iş adamından danışdı - VİDEO
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Zaur Baxşəliyev xəstəxanaya yerləşdirildi
Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Məşhur aktrisaya gözlənilməz təklif - FOTO
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?
“Uşaqpulu” ilə bağlı açıqlama: 7-8 yaşadək...
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
"Oğluna deyib ki, tüfəngi gətir..." — Mikayıl məşhur gitara ifaçısının ÖLÜMÜNDƏN DANIŞDI
58 yaşlı Tom Kruzdan çəkiliş zamanı təhlükəli fənd – Foto, Video
“Mənə dedilər ki, köməklik ediləcək” - Deputatın köməkçisi Qarabağ qazisinə zəng vurdu...
Xızı polisi yaşlı rayon sakinlərinin qonağı oldular
Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Azərbaycanda koronavirusla bağlı daha iki xidmət yaradıldı
“Aidiyyəti qurumlar hara baxır?!“ - Tanınmış aparıcı
"Sevinirəm ki, indi heç kimin toyu yoxdur"
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
Kerem Bursinin Demetlə sevgili olduğu iddia edilir