“Bu məsələdə birbaşa günahkarlar Nuşirəvan Məhərrəmli və Əli Həsənovdur”
13-05-2020, 10:30
95

“Bu məsələdə birbaşa günahkarlar Nuşirəvan Məhərrəmli və Əli Həsənovdur”

Son illər Azərbaycan telekanallarında yayımlanan yerli seriallarda mafiya, “yeraltı aləm”, kriminal mövzulara tez-tez müraciət olunur. Lakin hamıya məlumdur ki, Azərbaycanda əlisilahlı dəstələrin bu seriallarda göstərildiyi kimi açıq-aşkar dolaşması və gündəlik törətdikləri mafiya cinayətləri həqiqətə uyğun deyil. Hüquq mühafizə orqanlarının bu sahədə olduqca ciddi əmək sərf etməsinə rəğmən, son illər çəkilən Azərbaycan serialları ölkədə mafiyaların tüğyan etdiyi göstərir.
 
Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparatının rəhbəri Fazil Novruzovun AYNA-ya dediyinə görə, Şuranın buna müdaxilə etmək ixtiyarı yoxdur: “Biz insanların yaradıcılığına və peşə fəaliyyətlərinə qarışa bilmərik. Əgər hər hansı qanun pozuntuları olarsa, yalnız o vaxt müdaxilə edə bilərik. Televiziyaların kontent cəhətdən nə verdiyi bizi maraqlandırmır. İstəyir, mafiya versin, istəyir, dövlət başçısından xəbər versin, istəyir də, uşaq verilişləri versin. Biz qanunvericiliyə əməl olunmasına nəzarət edirik, mövzunun necə olmasına dair heç nə deyə bilmərik”.

MTRŞ rəsmisi belə müdaxilənin senzura hesab olunduğunu deyib: “Əgər bu mövzular kimisə narahat edirsə, telekanalın özünə müraciət ünvanlaya bilər. Çünki bu tip şikayətlərə baxılması tamamilə telekanalın ixtiyarındadır. Bu mövzular sizi narahat edə bilər, amma başqasının maraq dairəsindədir. Əgər cinayət əməllərini, zorakılığı, qəddarlığı, narkotik maddə istifadəsini təbliğ edərlərsə, bu zaman MTRŞ müdaxilə edə bilər. Buna bizdə Monitorinq şöbəsi baxır və hər hansı qanun pozuntusu hələlik aşkar edilməyib”.
 
Hüquqşünas Nicat Gözəlov isə AYNA-ya şərhində bildirib ki, bu, cəmiyyəti uçuruma aparan məsələlərdəndir: “Bunlar qanunla tənzimlənmir. Qanunvericilikdə kino yaradıcılığı və digər yaradıcılıq növlərində bu məsələ ilə bağlı hər hansı bir norma yoxdur. Sadəcə, bu, cəmiyyət üçün təhlükədir və gənclərin də psixologiyasına da mənfi təsir edir. Bu, kriminal aləmə meyilliliyin artmasına gətirib çıxarır. Bunları nəzərə alıb xəbərdarlıq vermək olar ki, müəyyən səhnələrdə frazaların işlədilməsində, hansısa silahların və narkotik maddələrin göstərilməsində onların simvolik göstərilmə metodlarından istifadə edilsin. Ancaq təəssüflər olsun ki, bu məsələdə konkret qadağa qoyula bilməz”.

Hüquqşünasın sözlərinə görə, MTRŞ bununla bağlı tövsiyə xarakterli müraciət ünvanlaya bilər: “Şura bununla bağlı telekanallara və həmin serialların yaradıcı heyətinə tövsiyə xarakterli məktub göndərə bilər. Məktəblilərdə kriminal aləmə meyillilik daha çox görünür. Son dövrlərdə hərənin özü üçün “Polad Ələmdar dəstəsi”, “Çakır dəstəsi” düzəltməsi, Elina cinayətinin özü də buna bir misaldır. Bunlar hamısı televiziyada kriminal aləmin açıq-aşkar göstərilməsinin nəticəsidir. Mən özüm də bununla bağlı bir layihə hazırlamışam, lakin pandemiya məsələsi ilə əlaqədar bu layihənin həyata keçirilməsi yubanmaqdadır”.
 
“Bu məsələdə keçmiş MTRŞ sədri Nuşirəvan Məhərrəmli və Prezidentin keçmiş köməkçisi Əli Həsənov birbaşa günahkardırlar. İstənilən halda, belə mafiyalar varsa, amma biz görmürüksə, gənclər də görmürlər. Niyə qabardıb ortalığa çıxarırıq ki? Bu gün Azərbaycanın əleyhinə fəaliyyət göstərən mənbələrin maliyyələşdirdiyi telekanallar Azərbaycanı dünyaya üç sifətdə tanıdıb – Azərbaycan xalqının hamısı cinayətkardır, Azərbaycan xalqının hamısı xəstədir və Azərbaycan xalqının əksər hissəsi əxlaqsızlıqla məşğuldur. Nuşirəvan Məhərrəmli kimi “muşketyorların” və Əli Həsənov kimi “Dartanyan”ın dövründə bütün televiziyanın və informasiya vasitələrinin fəaliyyəti buna yönəlib. Təəssüf ki, vaxtında qarşısı alınmayıb, artıq o qatar yola düşüb və indi onu geri çəkmək üçün xeyli işlər görülməlidir”.

Oxşar xəbərlər

Milli Televiziya və Radio Şurası son qərarları ilə bağlı açıqlama yayıb
MTRŞ AZTV ilə bağlı məhkəməyə müraciət etdi
Azərbaycanda əcnəbi teleserialların yayımı bərpa olunur
ATV-nin yayımı bir saatlıq dayandırıldı
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi
Əli Həsənovun oğlunun yenicə pöhrələnən korrupsiyası..
Gürcüstan hökuməti Saakaşvili ilə bağlı Ukraynadan zəmanət istəyir
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir
Milli Məclisin payız sessiyası başlayır
ATV və Lider TV-nin yayımı dayandırılacaq
ŞOK: Tacikistanda 3 yaşlı qıza təcavüz edildi - Cinayət işi nəzarətə götürüldü
“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
MTRŞ-ya yeni üzv təyin edildi
"Əgər hadisələr cığırından çıxarsa, Azərbaycan-Türkiyə hərbiçiləri istənilən hədəfi nişan alacaqlar"
MTK rəhbərlərindən növbəti fırıldaq: Sakinləri üzvlüyə dəvət edirlər
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq
Bakı sakinləri sosial yardımdan imtina edib, uşaq pulu istəyir - VİDEO REPORTAJ
Hikmət Hacıyev Türkiyədə səfərdədir
DYP-nin “şortiklə mübarizəsi” cəmiyyətdə necə qarşılanır – Sorğu
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
Tapılan əşyanın sahibini tanımırıqsa bu əşya bizə halaldırmı?
Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Təhsil nazirliyində Ceyhun Bayramov saxtakarlıqları: qeyri-qanuni “Təchizat idarəsi” və "qara kassa "xaloğlu Rəşad
Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”