Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”
15-05-2020, 23:00
113

Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”

“Gənc qızların gözəlləşmək üçün bıçaq altına uzanmalarını qəbul etmirəm. Buna çox pis baxıram və əleyhinəyəm. Onları bu addımlarına görə, o qədər döyərəm ki…”
Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Nüşabə Ələsgərli deyib.

Gənc xanımların plastik və estetik cərrahiyyə əməliyyatı “sevdaları” bəzən uğurlu, bəzən də ağır fəsadlarla, ölümlə nəticələnə bilər. Belə ki, bir neçə gün öncə 24 yaşlı Turanə Musazadə keçirdiyi omba əməliyyatı zamanı dünyasını dəyişib.
Gözəlləşmək üçün ən təhlükəli yolu seçən gənc xanımları Əməkdar artist tənqid edib:
“Hamınız əməliyyat olunmaq üçün sıraya düzülmüsünüz. Cavanlıq özü bir gözəllikdir. Gəncsiniz, gözəlsiniz, bu addımı atmağa ehtiyac yoxdur. Əgər ehtiyac yaranarsa, anadangəlmə qüsur olarsa, o zaman əməliyyata getmək olar. Mən bu qızları başa düşmürəm, düşmək də istəmirəm.
Mənim yaşımda olan xanımlar plastik əməliyyat oluna bilər. Üzdəki qırışları, göz kənarındakı artıq ətləri aradan qaldırmaq yaşlı xanım üçün normal haldır”.

Blefaroplastika əməliyyatı keçirən N.Ələsgərli inyeksiyalardan qorxduğunu və bu cür estetik prosedurlara müraciət etmədiyini bildirib:
“Plastik əməliyyatı yalnız üzümdə etdirə bilərəm. Bir neçə il öncə blefaroplastika əməliyyatı keçirmişəm. Piy aldırma əməliyyatı o qədər ağırdır ki, çox qorxuram. Ağrıya dözümsüz insanam. Adicə üzə vurulan inyeksiyalara dözümüm yoxdur. Ona görə belə prosedurlara getmirəm. İnsanlar ağızlarını bağlasalar, arıqlaya bilərlər. Heç əməliyyata da ehtiyac qalmaz. Buna sübut elə özüməm. Kifayət qədər arıqlamışam”.

Oxşar xəbərlər

Əməkdar artist gənc müğənniləri məsxərəyə qoydu: “Hamısının burnu kəsik, dodağı silikondur”
Gözəllik qurbanları: “Pula görə istədikləri əməliyyatı edirlər” – Həkimdən həmkarlarına İRAD
Karantindən istifadə edib bıçaq altına yatdılar - FOTOLAR
Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı
“Bu qızların üzündən oğlanlar evlənmir“ - Xalq artisti
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
Əməkdar artist: “Əsəbimdən pulları pilləkənlərə səpdim” - VİDEO
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
Elnarə Abdullayeva karantin qaydaların pozdu - Bölməyə aparıldı
Nadir ağlaya-ağlaya yardım istədi - Video
Əməkdar artistin vəziyyəti pisləşdi - Heç kimi tanımır
“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam”
“Tolikdən bunu gözləməzdim” - Xalq artisti
Nüşabə Ələsgərli də qızına toy etdi - VİDEO
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Əməkdar artistdən gözlənilməz etiraf: “Dərdimdən ölən var” - FOTO
Əməkdar artistin ailəsində koronavirus xofu
Röya Mirşahinə təşəkkür etdi
Məşhur musiqiçinin başında şiş aşkarlandı
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR
Dilarə Əliyeva nənə oldu
Günel ikinci dəfə burun əməliyyatı etdirdi - Foto
"Fotoşopdan qapı da əyilib" - Könül Kərimova tənqid edildi
O parodiyadan sonra bəzi siyasətçiləri işdən azad ediblər - VİDEO
Nadir Qafarzadə karantin toyunda – VİDEO
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Könül Kərimova karantin qaydalarını pozdu - Video
“Teatrın direktoru aktyorların qanını içir”
“Bu müğənnilər xalqını, vətənini sevə bilməz“ - Sevda Ələkbərzadə + Video