“Sizi narahat edən sovet poeziyasının marşalıdır”
13-06-2020, 22:00
312

“Sizi narahat edən sovet poeziyasının marşalıdır”

Modern.az Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunla (1906-1956) bağlı əhvalatları təqdim edir:
Xanım, sizi narahat edən sovet poeziyasının marşalıdır!
Səməd Vurğun Bakı-Moskva qatarında içkili halda gözəl bir rus qadına söz atır. Qadın onu tanımadığı üçün hirslənir:
- Ərim generaldır. Moskvada düşən kimi zəng edəcəm, gəlib sizə başa salacaq ki, general xanımına söz atmaq nə deməkdir?
Səməd Vurğun gülür:
- Xanım, sizi narahat edən sovet poeziyasının marşalıdır!
***
Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:
- Siz də şair-mairsiniz?
- Şair nədir, mair nədir? - müştəri suala sualla cavab verir.
Bərəçi ah çəkir:
- Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar...
Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:
- Səməd Vurğunla nə danışırdın?
- Nə Səməd Vurğun? - bərəçinin gözü kəlləsinə çıxır.
- Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.
Bərəçi yerində donub qalır.
***
Uşaqlarını Üzeyir Hacıbəyovla görüşə aparır və onlardan Üzeyir bəyin əlini öpmələrini istəyir. Sonralar bunun səbəbini soruşan oğlu Yusifə deyir:
- Üzeyir bəy musiqimizin peyğəmbəridir. Peyğəmbərə biyət etmək üçün əlini öpməlisən.
***
Hansısa tərcümə işə ilə bağlı şairlər arasında mübahisə düşür. Bir misrada hecanı doldurmaq mümkün olmurmuş. Birdən Səməd Vurğun gülüb deyir:
- Cavid əfəndi olsaydı, bura bir "Həp" artırardı, məsələ həll olunardı.
***
Cavan bir şair ev problemi ilə bağlı onun qəbuluna gəlir. Bu vaxt yanında başqa bir tanınmış şair də varmış. Cavan oğlan deyir:
- Mənzilimiz çox darısqaldır, yaşaya bilmirik, mümkünsə bizə kömək edin.
Səməd Vurğun ağzını açmamış tanınmış şair dillənir:
- Ay bala, hələ cavansan, niyə tələsirsən? Mən otuz beş yaşımacan ailəmlə birlikdə nəm bir zirzəmidə yaşamışam...
Səməd Vurğun üzünü tanınmış şairə tutur:
- Ona görə yazdıqlarından kif iyi gəlir!
***
Sabit Rəhmanla ova gedibmişlər. Bərk susayırlar. Meşənin içindəki tək evə yaxınlaşıb su istəyirlər. Ev yiyəsi hirslənir:
- Mənim ovçulara verəcək suyum yoxdur! Siz təbiəti məhv edirsiniz!
Səməd Vurğun heç nə demədən Sabit Rəhmanı da götürüb israrla adamın evinə gedir, dəvətsiz-filansız qonaq otağına daxil olur. İçəri girəndə ikisi də donub qalır; otağın baş tərəfində Səməd Vurğunun nəhəng portreti asılıbmış. Ev yiyəsi gələn qonağın "divardakı kişi" olduğunu biləndə ayağının altında qoç kəsir.
***
Dostlarına qonaqlıq verirmiş. Məclis o qədər böyüyür ki, Səməd Vurğun cibindəki pulun hesaba çatmayacağını yəqin edir və Hüseyn Arifi pul üçün imkanlı bir dostunun yanına göndərir. Həmin adam Hüseyn Arifə xeyli pul verib, deyir, Səməd Vurğuna bunun yarısını ver, qalanını məclisdən sonra verərsən. Hüseyn Arif səbəbini soruşanda şairin tədbirli dostu cavab verir:
- Versən, hamısını xərcləyəcək!
***
Tanınmış el şairi Borsunlu Məzahirin Sibirdə sürgündə olduğunu eşidəndə SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevi də götürüb onun ziyarətinə gedir. Tərs kimi həmin vaxt Borsunlu Məzahirin də daxil olduğu dustaq dəstəsini qərargahdan xeyli uzağa ağac qırmağa aparıblarmış. Görüş baş tutmur. Borsunlu Məzahir geri qayıdanda həbsxananın rəisi onu yanına çağırıb deyir:
- Mamed, deyəsən sən böyük adamasan! Sənin dalınca bilirsən kim gəlmişdi? Bizim Saşa! (Aleksandr Fadeyevə belə deyirdilər) "Gənc qvardiya"nı yazan Saşanı deyirəm eee! Təsəvvür edirsən?! Yanında da qıvrımsaç bir adam vardı. Deyəsən, qafqazlı idi. Üşüyürdü. Çox qalın geyinmişdi...
***
Küçədə Əliağa Vahidi hər görəndə maşını saxlayıb düşür, onun cibinə pul qoyub təkrar yoluna davam edirmiş.
***
Bəxtiyar Vahabzadənin ilk şeirini oxuyanda deyir: "Məndən yaxşı şairdir!" Və bu iki-üç kəlmə Bəxtiyar Vahabzadəyə qısa müddətdə inanılmaz şöhrət gətirir.
***
Xərçəngin ağırlaşdığı vaxt yataqda yatarkən səhər-səhər çöldən gur kişi səsi eşidir:
- Qatıııq!!!
Səməd Vurğun ah çəkir: 
- Kaş o qatıqsatanın saçında bir tel olaydım!   

Oxşar xəbərlər

Prezident Anatoli Torkunovu təbrik etdi
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT
Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"
YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı
“Ramiz Mehdiyevin orada oturmağa haqqı yoxdur” - Sensasion açıqlama
Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Bakıda sərxoş qadın polisləri hədələdi
Qusarın icra başçısı canını çox istəyirmiş..
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
AzTV-nin bədii rəhbəri Xalq artistini tənqid etdi: “Tünzalə qatıldığı tədbirlərdə hər şeyi diktə edir” - VİDEO
Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
"Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..
Azərbaycanlı diplomat vəfat etdi
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
Bu gün bürcünüz sizə nələr vəd edir
Fərhad Bədəlbəyli: "Məni telekanalların veriliş siyasəti çox narahat edir"
"Porsche Azərbaycan”dan şikayət var - “Maşını satmaq qərarına gəldim...”
Roza Zərgərli illər öncə ona sponsorluq edən şəxsin adını açıqladı - VİDEO
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"
9 Mayda Azərbaycanın payı: Faşizm necə davam edir? - TƏHLİL
Öz siyasətçilərini öldürən, zəhərləyən dövlət böyük ola bilməz
Bolşevik-daşnakların kabusu, Qarabağın xilaskarı və Əsgəran zəfəri
Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"
Tutuquşu ərin xəyanətindən arvada danışdı və şoka düşən qadın məhkəməyə üz tutdu...
Murad Köhnəqala da saxlanılıb
“Putin qorxur ki, Lukaşenkonun devrilməsi...”