Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı - Foto
23-06-2020, 15:01
280

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı - Foto

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.

Gündəlik Bakı xəbər verir ki, plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu gün rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib. 

Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur. 

"Report"un Qərb Mərkəzinin əməkdaşlarının əldə etdiyi məlumata görə, rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib. 

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.  /Report

Oxşar xəbərlər

İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu  və …
Qusarda bir tondan çox narkotik məhv edildi
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Sabunçuda qardaşlardan narkotik götürüldü
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Neftçalada 4 ton çətənə kolu məhv edildi
Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Axtarışda olan şəxslər saxlanılıblar
Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Bakıda qadın narkotacir saxlanılıb
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
Balakəndə narkotacir tutuldu - FOTO
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT
İsmayıllının meşəyə yaylağa çıxan icra başçısı narkoplantasiyanı görmür ?
Polis narkotiki təbliğ edən qadına qarşı əməliyyat keçirdi
Bakıda heroin alverçisi yaxalandı
“İnstagram”da narkotik təbliğ edən şəxs həbs edildi - Video