Azərbaycanlı şairin şeiri Amerikanın məşhur saytında yayımlanıb
27-08-2020, 11:55
529

Azərbaycanlı şairin şeiri Amerikanın məşhur saytında yayımlanıb

Azərbaycanlı şair-publisist Ümid Nəccarinin “Bir çətirlik Vətən” şeiri Amerikanın məşhur “Spillwords” ədəbiyyat və incəsənət saytının manşetində dərc edilib.
Şairin bir çox şeirləri bundan öncə də xarici mətbuatda işıq üzü görüb.
Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə şeirləri çap olunub: “İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraqİran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirlərim və yazılarım tərcümə olunaraq işıqlandırılıb. Əldə etdiyim məlumata görə, oxucular tərəfindən maraqla qarşılanıb. Yaradıcılığıma verilən qiymətə görə oxucularıma təşəkkür edirəm”.
Onun sözlərinə görə, yaxın zamanlarda şeirlərindən ibarət daha bir kitabını da oxuculara təqdim edəcək.
Sözügedən şeiri təqdim edirik:
Məni yuxunda gördün
Ayaqlarımı unutduğum gün.
Əllərimin sahibsizliyini bildiyim saatdan,
Mən payızın buruq buruq küçələrindən sənə danışıram.
Məni yuxunda gördün
Küləklər şəhərində kül olduğum gecələr.
Qurbəti gözlərimə yüklədiyim an,
Mən quru yarpaqlar radiosundan sənə danışıram,
Dinlə !
Sənsizliyə bir stansiya qalmışam mən,
Sənsizlik acı dərmandır toxdatmır dərdlərimi…
Məni yuxunda gördün
Bir qullab udduğum bulud da sənsizlikdir…
Güzgüdə görünən hər nə varsa
hisslərimin saçları ağarır yoxluğunda…
Hisslərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.
Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım,
Sənsiz darıxmadır hər addım.
Qürbətimə ağlayınca
mənə bir çətirlik vətən saxla yağmurda…

Oxşar xəbərlər

İki azərbaycanlı vitse-prezidentə BP-də daha yüksək vəzifə verildi - FOTO
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Toylarının 100 illiyini qeyd edən azərbaycanlı cütlük yubileyə özləri ad verib - Siyahı
Bu məşhur sevgilisi ilə Bodrumda GÖRÜNTÜLƏNDİ (FOTOLAR)
Dostluq qruplarına rəhbərlik edəcək deputatlar - TAM SİYAHI
Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
"Roma"dan yeni transfer
Ərdoğan sərt və güclü bir liderdir
"Xəstəxanadan çıxarkən bir daha başa düşdüm ki, Allahı güldürmək istəyirsinizsə..."
Kitabını özü satan yazarlar: - “Onlar Məhəmməd Hadidən artıq deyillər”
Məşhur vokalçı Bakıda dəfn ediləcək
Azərbaycanlı mühəndislər süni tənəffüs aparatı hazırladılar - VİDEO
Türkiyədə məşhur Çora məbədi məscidə çevriləcək - FOTO
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
Tarkan Əkrəm İmamoğluna tərif yağdırdı
Azərbaycanda dəhşət: Kişi hamilə arvadını zəncirlədi
Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal
Qonşu ölkədə vətəndaşlığın alınması qaydası sadələşdirildi
Çingiz Abdullayevin məqaləsi nüfuzlu İtaliya qəzetində
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
Hadisədən “Bahar hissləri” paylaşımı - FOTO
Lukaşenkonun rəqibi vətəndaşlara müraciət etdi
Rusiyanın son model raketləri bütün dünyanı lərzəyə gətirdi
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
İran Prezidenti Bakıya gəlir