Mədəniyyət Nazirliyi, eşidirsiniz: 8 min illik tarix məhv olur - Foto
5-09-2020, 09:36
544

Mədəniyyət Nazirliyi, eşidirsiniz: 8 min illik tarix məhv olur - Foto

Ekspedisiya rəhbəri: “Qanunda olan boşluqlar mədəni abidələrimizin dağılmasına səbəb olur”
Azərbaycanın Qarabağ bölgəsində e.ə. 6-cı minilliyə aid yaşayış məskəni aşkar edilib. Qazıntı işləri aparılıb, lakin yaşayış məskəninin qorunmasının necə olacağı sual altında qalıb.
AYNA xəbər verir ki, 2019-cu ildə Füzuli rayonu Horadiz qəsəbəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı e.ə. 6-cı minilliyə aid yaşayış məskənləri tapılıb. Qarabağ Neolit-Eneolit arxeoloji ekspedisiyası tərəfindən aşkarlanan “Lələtəpə Neolit dövrü yaşayış məskəni”ndə 2020-ci ilin 10 avqustundan arxeoloji tədqiqatlar başlayıb.
Sosial şəbəkədə paylaşılan məlumatda deyilir ki, qədim yaşayış məskəninin bundan sonrakı taleyi narahatlıq doğurur. Belə ki, qarşıdan payız-qış ayları gəlir və abidə müvafiq qurumlar tərəfindən nəzarətə götürülməsə, torpaq altında qalaraq itib-batmaq təhlükəsi ilə üz-üzə qalacaq.
Məsələ ilə bağlı ekipaj rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Xəqani Alməmmədov AYNA-ya deyib ki, abidənin qorunması Mədəniyyət Nazirliyinin səlahiyyəti daxilindədir: “Abidə 2019-cu ildə aşkar edilib, qazıntı işlərinə isə bu il başlamışıq. Tədqiqatı Arxeologiya Etnoqrafiya İnstitutu aparır. Biz elmi tədqiqatımızı aparırıq. Abidənin qorunması isə Mədəniyyət Nazirliyinin səlahiyyəti daxilindədir”.
X.Alməmmədov bildirib ki, qanunda boşluqlar var, elə bu da mədəni abidələrin dağılmasına səbəb olur: “Abidənin qorunması ümumxalq işidir, hər birimizin borcudur. Bu abidələri aşkarlamaq bir alim, tədqiqatçı kimi mənim borcumdur. Qorumaq da hamımızın. Bu, cənubda yeganə, unikal abidədir. Biz istəyirik, dağılmasın. Bu işləri erməni gülləsinin səsi altında edirik”.
Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən isə AYNA-ya açıqlama verildi ki, abidə ilə bağlı məsələ araşdırılacaq və cavab veriləcək. Lakin iki gün vaxt keçməsinə baxmayaraq, hələ də qurumdan dəqiq cavab ala bilməmişik...

Oxşar xəbərlər

Şabranda erkən tunc dövrünə aid saxsı qablar, əmək alətləri və qoç fiquru aşkarlanıb - Foto
Şabranda yeni tarixi tapıntılar aşkar olunub - Video
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakıda 14 əsrlik unudulmuş abidə ilə bağlı nazirlikdən RƏSMİ AÇIQLAMA
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Qazaxda yaşayış kompleksi inşa olunacaq
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Orta əsrlərə aid gəmi tapıldı
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Qədim məbəd dövlət nəzarətinə götürüldü
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
Güzəştli mənzillərlə bağlı yeni xəbər
Bu ərazilərdə qaz olmayacaq - SİYAHI
Tərtər rayonunda koronovirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Masallıda partlayış: 3 nəfər dağıntılar altında qaldı
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşdı
Bakıda XIV əsrin unudulan tarixi: Gizli tunel, şirin su quyusu, mayak...
Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - Video
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Ermənistanın daha bir PUA-sı məhv edildi
Azərbaycanda 16 nəfər yanaraq öldü