YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı
19-10-2019, 13:00
10 435

YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgi açılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sərgi XX əsrin əvvəllərindən II Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronikanı əks etdirən, dövrün mülahizəsini təqdim edir. 1900-1940-сı illər Azərbaycan tarixində siyasi, mədəni və sosial-iqtisadi cəhətdən zəngin etap kimi qalıb. Mürəkkəb geosiyasi mövqeyə malik Azərbaycanda gərgin siyasi mühit cəmiyyətin bütün sahələrinə təsirini göstərirdi. Əsrin əvvəlindən başlayan ictimai-siyasi proseslərin dərinləşməsi, 20-ci illərdən başlayaraq isə sovet rejiminin sosial idealizm nəzəriyyəsi dövlətçilik, milli demokratik və pantürkist simpatiyaları ilə gizli mübarizə aparırdı. Bu hadisələr fonunda ölkədə təsviri incəsənət ən mühüm və həlledici dövrünü yaşadı. Nəticədə incəsənət sahəsində forma və mövzular dəyişir, onun yeni növ və janrları yaranır. Ədəbiyyat və publisistika sahələrində cəmiyyətdə baş verən cüzi dəyişiklər əks-səda doğurur, zamanının aktual mövzularına dair şeir, poema, pyes və məqalələr yazılır. XX əsrə qədər mövcud olmuş dekorativ səciyyəli təsviri sənət indi realist məktəbinin ənənələri ilə yenilənir. Sovet rejiminin qurulmasından sonra rus rəssamlıq məktəbinin təhsili sayəsində qısa müddət ərzində Azərbaycan rəssamları səthi təsvirdən həcmliyə keçid edirlər. Yeni özünüifadə vasitələrinə yiyələndikcə, rəssamların müraciət etdikləri mövzuların dairəsi də dəyişir. Tərtibatçılıqdan sənədləşdirmə və süjet xəttinə keçid alaraq, yeni əsrin əsərləri tarixi əhəmiyyət kəsb edirlər. Burada milli mənsubiyyət, milli identifikasiya məzmunları əks olunur, cəmiyyətin inkişaf etməməsi və savadsızlığı kimi satirik forma ilə vurğulanır. Qadın azadlığı mövzusu xüsusi yer tutaraq, təsviri incəsənət və ədəbiyyatda milli ruhlu şeir və məqalələrlə birlikdə toxunulan mövzuya çevrilir.
"Danışır Bakı: 1900-1940-cı illər" sərgisi zamanın səsi olaraq siyasi, ictimai, mədəni-maarif və ədəbiyyat sahələrinin incəsənətə inikasını açıqlayır. Ekspozisiya rəssamlar İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov və şair(ə)lər Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiqin və Səməd Mənsurun əsərlərində mürəkkəb, dəyişkən, lakin çox parlaq bir dövrdən bəhs edir.
Sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, Azərbaycan Milli Kitabxanası, Azərbaycan Dövlət Teatr Muzeyi, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından təşkil olunub.
Sərgini Goethe Zentrum-un YARAT Müasir İncəsənət Məkanına hədiyyə verilmiş və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin qarşısında rəssam Marko Montiel-Sotonun (Berlin, Almaniya) tərəfindən yaradılmış "Villa Petrolia" instalyasiyasının açılışı müşayiət edəcək. "Villa Petrolia" əsəri rəssamın araşdırmalarına əsaslanıb və məşhur malikanənin şərəfinə adlandırılıb. Bu instalyasiyada Bakı neft bumu dövründə tikilmiş qüllədən ibarətdir və onun içərisində Bakının müasir neft həqiqətlərinə ehtiram olaraq, rəssam tərəfindən toplanmış posterlər və video nümayiş olunur.
Sərginin kuratorları: Suad Qarayeva-Maleki və Fərəh Ələkbərli
Araşdırma: Zəhra Məmmədova
Məkan: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi (YARAT Mərkəzinə yaxın)
Tarixlər: 16 oktyabr - 12 aprel
Sərginin iş rejimi: çərşənbə axşamı - bazar, 11:00 - 20:00
Giriş sərbəstdir.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
“BakuBuild 2019” sərgisi işə başladı
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Rusiyalı ekspert: Qoşulmama Hərəkatı qlobal problemlər fonunda beynəlxalq əməkdaşlıq üçün vacib məkana çevrilir
Dünya yeni düzəndə - Postpandemiya dünyası bizə nə vəd edir?
Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün “Açıq qapı günü” keçirildi
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
20 sentyabr “Neftçilər günü”dür - VİDEO
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Sosial Tədqiqatlar Mərkəzi ilk konfransını keçirdi
Prezident mətbuat günü ilə bağlı sərəncam imzaladı
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Qadınlarımız Cümhuriyyət mübarizəsində…
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Qərbi Azərbaycan (İrəvan) Respublikasının tanıdılması, təbliği hər bir azərbaycanlının şərəf borcudur
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Nəsimi Festivalının Təşkilat Komitəsi Azərbaycan Prezidentinə təşəkkür etdi
Bakıda şagird səkkiz fəndən “iki” aldı...
Milli mətbuatın yaranmasından 145 il ötür
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib