Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21-10-2019, 15:30
7 630

Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
gundelik-baku.com xəbər verir ki, gecənin aparıcısı Əməkdar mədəniyyət işçisi , yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb. O qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı. Diqqətə çatdırılıb ki, özünün muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb. Vurğulanıb ki,  Sara Qədimova "Şur dəsgahı", "Mahur-hindi", "Bayatı-şiraz", "Rast", "Segah", "Qatar", "Şahnaz" kimi mürəkkəb muğamları gözəl ifa edən xanəndələrdən biri idi. Həmin ifalar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır.Gecə boyunca unudulmaz xanəndənin Dövlət televiziyasında qorunan lent yazılarından fraqmentlər nümayiş olunub, xanəndə ilə bağlı xatirələr səsləndirilib.
Xatirə gecəsində tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" ansamblının müşayiətində  Əməkdar artist Ehtiram Hüseynov, Səbuhi İbayev, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifaları təqdim olunub.
Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Oxşar xəbərlər

Muğam mərkəzində pulsuz konsert olacaq - Bütün musiqisevərlər dəvətlidir
Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd edilir - VİDEO
Sabah teatr tariximizdə ilk olacaq - FOTOLAR
"Maşın Şou" - 18 nəfər mübarizəyə başladı - ADLAR
"Amalya Pənahovanı teatrdan incik saldılar"
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb
"Maşın"ın qalibi məlum oldu
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov
“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır”
Karantindən istifadə edib bıçaq altına yatdılar - FOTOLAR
Abşeronda müəllimlər günü qeyd edilib
Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Xalq artisti Canəli Əkbərovun görünüşü hamını təəccübləndirdi - Video
Azərbaycanlı xanəndə qəfildən öldü
Sabirabadda  qızıl  alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?
Universitetdə toplantı
Qadınlarımız Cümhuriyyət mübarizəsində…
Nazir xanımı ilə birgə konsertdə - Fotolar
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Prezident onlara “Xalq artisti” adı verdi