Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
12-11-2020, 16:40
93

Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır

Şuşa şəhərinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar.
Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub.
O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Hazırda Nazirlik tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.
Qeyd edək ki, Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Azərbaycandan bu siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
İranın Şuşa təbriki
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
Sami Yusifdən Şuşa ilə bağlı təbrik mesajı
Ermənilər Şuşanı itirdiklərin etiraf etdi
İlham Əliyevin Şuşadakı şəklinin tarixi - FOTO
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
"Şuşa mənim qəlbim və nəfəsimdir"
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
Şuşa-Laçın yolu bağlandı: Ermənilər açıqlama yaydı
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
Azərbaycanı əsgərləri Gövhər Ağa məscidini süpürüb təmizlədilər - VİDEO
“Erməni ordusu qəsdən Şuşa meşələrini yandırır”
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Tbilisidə Şuşanın azad edilməsi qeyd olunub
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Azərbaycan Şuşa və Xankəndini raket atəşinə tutmur
Ovannisyanın bir dostu məhv edildi, digəri yaralandı
Şuşa belə azad edilib: Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub
“Şuşa praktiki olaraq Azərbaycana  təslim edilib...”- “İzvestiya”nın İDDİASI
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması