Bəzi siyasi ekspertlər deyir ki, guya partiya yaşlı nəsillə vidalaşır.
Əslində problemin bu cür qoyuluşu kökündən səhvdir.
Çünki söhbət yaşlı, yaxud cavan olmaqdan getmir. Söhbət etimadı itirməkdən, səriştəsizlikdən gedə bilər. Bu kateqoriyaya yaşlı da aid ola bilər, lap 30 yaşlı növcavan da.
Məsələn, bugünkü qurultayda 36 yaşlı Seymur Orucov da YAP-dakı vəzifəsini itirdi.

Məlumdur ki, Seymur Orucov uzun müddət YAP Gənclər Təşkilatının sədri kimi partiyanın Siyasi Şurasının üzvü idi.
Ancaq bu gün o partiyanın sadəcə sıravi üzvüdür.
Məlumat üçün qeyd edək ki, Seymur Orucov 2 il öncə 34 yaşında Ağstafa rayonuna icra başçısı təyin olunmuşdur.
Ancaq 2 il müddətində ona göstərilən etimadı elə “rasxod” elədi ki, bugün qurultayda onu heç bir seçkili orqana seçmədilər.
Deməli, yuxarıda qeyd etdiyimiz kimi məsələ təkcə yaşla bağlı deyil.
Məlumat üçün qeyd edək ki, gundelik-baku.com olaraq hələ bir müddət əvvəl Seymur Orucova məxsus 350 min dəyəri olan avtomobildən, onun bağça müdirəsi olan həyat yoldaşı Çeşmə xanımın həyat tərzindən bəhs etmişdik.

Onu da bildirək ki, Seymur Orucov 2 gündür işini-gücünü atıb Bakıda dolaşırdı. Ki, bəlkə itirdiyi etimadı qaytara.
Ancaq məktub yetişmədi, cənab Seymur Orucov.
Məlumat üçün qeyd edək ki,baçşı rayonu tərk edib və son günlər onun səsi-sorağı Bakıda-Elmlər Akademiyasının yaxınlığında yerləşən mənzilindən gəir.
Cənab Başçı!
Ağstafa sakinləri SİZİ Bakıda Elmlər Akademiyasında axtarıre.....
Növbəti sayımızda Seymur Orucovun Bakı şəhəri,Elmlər Akademiyasına yaxın ərazidə baş verən rezonanslı,səs küylü mübahisələrindən faktlarla bəhs edəcəyik.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)