Bu günədək telekanallarda, saytlarda Bakı şəhərində fəaliyyət göstərən əxlaqsızlıq yuvaları ilə bağlı kifayət qədər video materiallar göstərilib, yazılar dərc olunub. Yəni artıq kimisə bu mövzu ilə heyrətləndirmək mümkün deyil.
Ancaq bu mövzuda sonuncu material hamının təəccübünə səbəb oldu.
Söhbət iki gün öncə barəsində xəbər yayılan “Pəhləvanlar” kafesindən gedir.
Təssəvvür edirsiniz, dəfələrlə televiziya verilişlərində, tədbirlərdə Ramazanov qardaşları pəhləvan kimi şoular göstəriblər, tamaşaçılar onları alqışlayıb.
Hətta qardaşların idmançı, pəhləvan kimi fəaliyyəti ilə bağlı “Youtube” kanalında xeyli sayda videogörüntülər də var. Yəni telekanallar bu qardaşları Azərbaycan cəmiyyətinə idmançı kimi təqdim ediblər. Qardaşlar da öz peşələrinə uyğun olaraq “Pəhləvan” kafesi açıblar. Olsun.
Amma indi bəlli olub ki, qardaşların açdığı kafenin idmana, güləşə, pəhləvanlığa zərrə qədər dəxli yoxdur. Düzdür, burda da döşəklər var, amma idman döşəkləri deyil, başqa döşəklərdir...
Kafenin 18 otağında cinsi əlaqə üçün şərait yaradılıb, yəni bura intim əlaqələr üçün yaradılıb və pul müqabilində görüşlər təşkil edilir. Hətta kafedə narkotik vasitələri də istifadə edilir.
Sözün qısası, qardaşlar idman, güləş, fizkultura adı altında fahişəxana açıblar. Elə bunun adını “PƏZƏVƏNG” qoyun dəə..
Qardaşlar hazırda məhkəmə qarşısında cavab verirlər.
Ancaq düşünməyin ki, bununla məsələ bitir.
Son günlər karantin dövründə SPA mərkəzində, Məşədi hamamında fəaliyyət göstərən saunalar, masajxanalar və daha nə-xanalar barədə Youtube kanalında videolar yayılıb.
Belə “yuva”lar nə qədər desən. Bir deyil, iki deyil...
Həm də bu “yuva”lar özlərinə elə dəbdəbəli adlar seçirlər ki, adam məəttəl qalır.
Amma ən maraqlısı odur ki, görəsən əsas işi bu “yuva”larla mübarizə olan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi niyə bu əxlaqsızlıq yuvalarından bu qədər gec xəbər tutur, xəbər tutanda isə “fakt içəridə olur”.
Bəs bu idarə hara baxır ?
Məsələn, görəsən, “Topqapı” kimi məşhur hamamın yanındakı oteldən, Xətai RPİ-nin 37-ci, ya da 36-cı Polis Bölməsinin xəbəri yoxdur ?
Bura oteldir, yoxsa “məşq salonu”..? Adını Seyid qoyanlar burada nə işlə məşğuldurlar ?
Görəsən bu “otel” ayda kimlərə nə qədər ödəyir ?
Salon dedik bir məsələ yada düşdü.
Deməli, Bakıda elə bahalı gözəllik salonları var ki, orada təkcə saç düzümü, manükür, pedikür məsələsi deyil, başqa qulluqlar da var. İçəri girən məsti-xumar olur.
Bunlar hələ bizim yadımıza düşənlərdir ee.
Əsas odur ki, İnsan Alverinə qarşı Mübarizə aparanların, Xətai polisinin yadına düşsün.
“Pəzəvəng” kafesi, “Məsti-xumar” gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi hara baxır ?
10
mart
13:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
49 qadının saxlanıldığı kafenin sahibini infarkt vurdu
Birgə döyüşüb, birgə yaralanan ata-anasız qardaşlar - VİDEO
"Şahmar" kafesi qanunsuz işləyirmiş
"Nataktari" kafesi qanunsuz fəaliyyət göstərirmiş
Vətən müharibəsində 10 medal alan əkiz qardaşlar - VİDEO
Azərbaycan kanalında ciddi nöqsan - Video
“MOYKA”lar gün ərzində nə qədər SU sərf edir?- “Azərsu”, Nəsimi Rayon İcra Hakimiyyəti hara baxır ?
Zülfüqarlı qardaşlarının vergidən 10 milyonlarla manat gizlətdikləri üzə çıxdı, cinayət işi açıldı - Qardaşlar ölkədən qaçmaq istəyirlər
“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”
Xəzərin icra başçısı görəsən, hara baxır? - Rəsmən özbaşınalıqdır...
22 yaşlı idmançı yarış zamanı öldü
Karantinə məhəl qoymayan “Məcnun“u 4 min manat cərimələdilər
“Zaman keçdikcə, uşaqlarımız ya rusca, ya da türkcə danışacaqlar...”
Bakıda gözəllik salonu qarət olundu
Ağsuda karantin qaydalarını pozan kafe aşkar edilib
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq
Daha 128 obyekt epidemiya əleyhinə rejimi pozub
Bakıda moda evində əməliyyat – VİDEO
“Yaşıl Bazar”da 8 martda od qiymətinə güllər- Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
MN Tibb Baş İdarəsinin rəisi Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu və …
Tarix müəllimi necə ticarət naziri, sonra ekonazir oldu ..?- Hüseynqulu Bağırov nazir olanda meşədə heyvanlar da məsti-xumar olurdu...
Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
"Ləzzət" kafesi qanunsuz işləyirmiş
Bərbərxana və gözəllik salonları da işləməyəcək - RƏSMİ
Bu ölkədə hotellər, restoranlar, gözəllik salonları ilə bağlı qərar verildi
28 müəssisə kobud pozuntulara yol verib
- Ayşvariya TANINMAZ HALDA - FOTO
- Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
- Təyyarənin ən çirkli 5 yeri
- Kaan ata oldu
- Oğlu ilə gəlini ayrı evə çıxıb
- Rusiyanın gücü ABŞ və Kiyevi danışıqlara məcbur edəcək
- Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb
- Premyer Liqa: “Kəpəz” “Qəbələ”ni sonuncu pilləyə göndərib
- Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb
- Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilir
- Maks Ferstappen sərxoş vəziyyətdə Qətər Qran-prisini qazanıb
- Şəkildə ilk hansı heyvanı gördünüz? – Zəka testi
- Qəhvəni gündəlik içməyin ziyanı və faydaları
- Bu yolla infarkt riskini azalda bilərsiniz
- Xərçəng hüceyrələrini məhv edən dərmanın adı AÇIQLANDI
- Mədəaltı vəzi məhv edən QİDALAR
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Bağırsaqlar üçün faydalı olan spirtli içkilər
- “Brent” markalı neft ucuzlaşdı
- Türkiyə vətəndaşlarının Qəzzadan təxliyəsinə başlayıb
- Bu yolda məhdudiyyət tətbiq edilib (FOTO)
- "Ukrayna ilə bağlı pis xəbərlərə hazır olmalıyıq" - Stoltenberq
- Sabahın havası açıqlandı
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi