
Müsahibə / Manşet
9-09-2020, 19:18
483
Əhəd Əbiyevi nə gözləyir: Həbs, yoxsa təzə başçı ?
Son vaxtlar Prezident İlham Əliyevin təşəbbüsü və iradəsi ilə korrupsiyaya qarşı başlanan mübarizə cəmiyyət tərəfindən təqdir olunur. Təkcə son bir neçə ayda neçə icra başçısı, müavinləri, nazir müavinləri, komitə sədrlərinin müavinləri və digər yüksək vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Komitəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunublar. Adı son vaxtlar medianın gündəmindən düşməyən vəzifəli şəxslərdən biri də Daşkəsənin icra başçısı Əhəd Əbiyevdir. Rayonda baş alıb gedən qanunsuzluqlar, rüşvətxorluq və korrupsiya halları, örüş yerlərinin satılması, Qarabağ müharibəsi veteranlarına qarşı haqsızlıq, maaş kartlarının məmurların cibində olması və digər məsələlər hər gün mediada müzakirə olunur. Digər tərəfdən Əhəd Əbiyevin media rəhbərlərinə qarşı heç bir əndazəyə sığmayan münasibəti ciddi müzakirə olunur. Məlumata görə, hüquq-mühafizə orqanlarının Daşkəsəndə əməliyyat keçirəcəyi gözlənilir. Əhəd Əbiyev isə dostlarına deyir ki, Bakının rayonlarından birinə başçı gedirəm. Əslində Əhəd Əbiyevi nə gözləyir ? Bizi izləyin...
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)