Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY
7-11-2020, 10:38
79

Göyçayda sakinləri dinləyən yoxdur - GİLEY

Göyçayın Çayarxı kəndində yaşayan Sevinc Hümbətovanın evi qəzalıdır. Deyir, 2 övladı və ürək xəstəsi olan həyat yoldaşı ilə birgə 7 ildir qəzalı vəziyyətdə olan evdə yaşayır. DİA.AZ-ın məlumatına görə, o, evlərinin təbii fəlakətdən qəzalı duruma düşdüyünü bildirir. Əlavə edir ki, dövlət yardım etməli olduğu halda, aidiyyatı qurumlar şikayətinə məhəl qoymur:

“2013-cü ildə dəfələrlə yağan dolu evimizin üstünü, təsərrüfatımızı pis günə qoydu. Ölmədik, birtəhər dolandıq, amma qızalı duruma düşən tavanımızı təmir etməyə imkanımız çatmadı. Nəticədə 7 ildir ki, tavanı daman, damı deşik-deşik olan evdə yaşayırıq”.

Sevinc Hümbətova deyir ki, dövlətdən çox şey tələb etmir. Sadəcə haqqı olanı istəyir: “Təbii fəlakət zamanı dəyən zərəri dövlət ödəyir. Mən yalan danışmıram, gəlib dəfələrlə baxıblar, özləri də bilir. Evimin tavanı qəzalıdır. Demirəm ki, mənə ev tikib verin. Təkcə tavanını düzəldin, bəsimizdir. Bir dəfə usta gəldi. Ölçdü-biçdi, dedi, “2000 manata yaxın pul tutacaq”. O pulu verməyə bizim gücümüz çatmır. İcra hakimiyyətinin də gücü çatmır? O qədər böyük məbləğ deyil axı“.

Şikayətçi əlavə edir ki, bir dəfə ona evinin tavanını təmir etmək üçün material veriblər. Ancaq həmin material tavandakı bütün deşikləri tutmağa bəs etməyib: “Bəs etmədi. Yenə yağışda-qarda evin içinə su damır. Əlimdən gələn tavana vedrə-vanna, qab-qacaq düzməkdir. 2013-cü ildən bu yana Göyçayda bir neçə dəfə icra başçısı dəyişib. Mən hamısının qəbulunda olmuşam. Heç biri də kömək etməyib. Anlamıram, Prezident bu insanları həmin vəzifəyə niyə təyin edir? Xalqa xidmət etmək üçün edirsə, bəs niyə kömək etmirlər? 2 min manat nədir ki, mən ondan ötrü 50 dəfə icra hakimiyyətinə getmişəm, bütün aidiyyatı qurumlara məktub yazmışam. Hələ də özüm deyib, özüm eşidirəm”.

Sevinc Hümbətova aidiyyatı qurumlara yazdığı şikayət məktublarının say-hesabını da itirib. Göyçay Rayon İcra Hakimiyyətinə, əvvəlki Ombudsman Elmira Süleymanovaya, indiki Ombudsman Sevinc Həsəynovaya – hamıya məktub göndərib. Deyir: “Baxan yoxdur. Heç soruşmurlar ki, vətəndaş, dərdin nədir?”

Sevinc Hümbətovanın böyük oğlu gələn il hərbi xidmətə yollanacaq. Deyir, oğlu vətənə xidmətə gedəcək, amma bu gün yağış yağanda yatağına su damır: “Onun böyüdüyü evə, yaşadığı şəraitə baxın. Vallah, imkanım olsa, özüm edərəm. Yoxdur. Özüm süpürgəçi işləyirəm, oğlum marketdə paketçidir. Yoldaşım isə ürək xəstəsidir, işləmir. Mənim tavanı təmir etdirmək üçün heç 100 manatım da yoxdur, qaldı, 2000 manat ola. Belə olan halda nə edim, bilmirəm”.



Oxşar xəbərlər

"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
İsmayıllının gənc başçısı nə işə yarayır ki?.. - "Gümanım ölkə başçısına, bir də Mehriban Əliyevayadır"
Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb - Video
“2000 manat ver, evini 2 günə təmir edək” – Füzulidə məcburi köçkündən “Qaçqınkom”a rüşvət ittihamı
Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO
Təzə başçı da köhnə üsullarla hərəkət edir - İmişlidə yenə narazılıq var...
Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...
"Təkcə iki dəfə 190 manatı ala bildim..." - Göyçayda bir ailə dramı...
Deputatın şirkətində əcaib qayda-qanun... - GİLEY
Gilan Orchards MMC qanunlara tabe olmur - GİLEY
“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə - GİLEY
Adil Vəliyevin buralardan xəbəri yoxdur... - GİLEY
Yol polisi deputatı saxladı — "Deputatsansa, sənəd göstər..." - Foto
“Torpağı əkmək üçün toxum almağa belə imkanları çatmır” – Kəndlinin çətin durumu
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO
Neftçala sakinləri çarəsiz durumda - GİLEY
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
“Kristal Abşeron-1”-dən narazılıq var - VİDEO
"Baku Electronics" "brak" mal satır, problem çıxanda da məsləhət verir... - GİLEY
Göyçayda kişi keçmiş arvadı və qızına xəsarət yetirib - FOTO
"Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ...
Masallıda partlayışda xəsarət alan 5 nəfərin 2-si xəstəxanada öldü
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
120 yaşlı qadın koronavirusa qalib gəldi
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
Şəhidin "qan pulu"na görə 8 qardaş və bacı üz-üzə gəldi: hamısı öz payını istəyir
Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
"Yalandan bəhanələr gətirir..." - GİLEY