“Ermənilər hər gün qayıqlarla Arpaçaydan balıq tutur, biz niyə tuta bilmirik?...” - KƏNDLİ HİDDƏTLƏNDİ, GENERALA ZƏNG VURMAQ İSTƏDİ
25-09-2020, 15:53
60

“Ermənilər hər gün qayıqlarla Arpaçaydan balıq tutur, biz niyə tuta bilmirik?...” - KƏNDLİ HİDDƏTLƏNDİ, GENERALA ZƏNG VURMAQ İSTƏDİ

Türkiyənin Ermənistanla sərhəd Qars vilayətinin Arpa çayı sahilində yerləşən 6 kəndinin sakinləri çaydan ticari məqsədlə balıq tutmaq qadağasına etiraz edir. Onlar deyirlər ki, bu qadağa nəyə görəsə Ermənistanda tətbiq edilmir, amma Türkiyə tərəfi öz sakinlərinə belə qadağa qoyub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində yerləşən Arpaçay su anbarında əvvəllər ticari məqsədlə balıqçılıqla məşğul oan Böyük Aüzüm, Yalçınlar, Yılanlı, Aslanhane, Küçük Aküzüm və Çetindurak kəndlərinin sakinlərinə bir neçə ildir balıq tutmaq qadağan edilib. Sakinlər deyirlər ki, ermənilər su anbarında sərbəst şəkildə balıq tuturlar, amma onlara icazə verilmir. Kəndlilər Qars valisi Türker Öksüzdən yardım tələb edir.

Aslanhane kəndinin sakinlərindən Nuri Geçgili deyir ki, qayıqlarla balıq tutmağa icazə verilmədiyinə görə, onlar qarmaqla balıq tutmağa çalışırlar. Ermənilər isə qayıqla balıq ovuna çıxır. “Ermənilər 4 qayıqla balıq ovuna çıxır, biz 2 qayıqla çıxa bilmirik. Ötən gün qarmaq atmağa gəlmişdim. Ermənilərin 4 qayıqla balıq ovuna çıxdıqlarını görəndə əsəbim pozuldu. Tabor komandanının və valinin telefonlarını tapa bilmədim ki, zəng vurum. Tapsaydım deyəcəkdim ki, ərazinin və suyun 90 faizi bizimdir, amma sudan faydalanan ermənilərdir, su bəndindən xeyir götürən onlardır. Bizim insanımızın ərazisi gedib, biz niyə balıq ovlaya bilmirik. Qadağandısa erməniyə niyə qadağan deyil? Erməni balıq ovuna çıxır, amma mən çıxa bilmirəm. Nə varmış, Ermənistanla Azərbaycan arasında düşmənçilik varmış. Varsa mənə nə? Biz buranın yüzlərlə ildir qoruqçusuyuq. Əsgər gəlir, bir neçə ay qalıb gedir, amma mən buranın daimi qoruqçusuyam, bizim babalarımız burada savaşdılar, qan tökdülər. Amma bizim insanımız sudan, balıqdan faydalana bilmir. Kəndimizin dolanışıq mənbəyi balıqçılıq idi, indi qadağan edilib deyə insanlar köç edir",-qəzəblənmiş kəndli deyir.

O əlavə edir ki, su bəndindən balıq tutmaq qadağasında əsgərin heç bir günahı yoxdur, əsgərə nə əmr edirlərsə onu edir. Bütün günah validədir. "Vali əmr versə insanlar sərbəst şəkildə balıq ovlaya bilər. Sərhədimiz var, sərhəd xəttimiz bəllidir, işarələr, dayaqlar var”,-kəndli deyib.

Oxşar xəbərlər

Su Polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Dövlət qurumlarından balıq tutanlara xəbərdarlıq
Ölkədə balıq ehtiyatları azalıb
Körpə nərə balıqları Kür çayına buraxılıb
Su Nəqliyyatında Polis İdarəsi: Möhürü vurulmadan dənizə çıxan balıqçılar sahilə qayıdanda cərimələnir
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Zirədə qanunsuz balıq ovlayan saxlanıldı
Qanunsuz balıq ovlayanlar 13 min cərimələndi
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
"Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib" - Prezident İlham Əliyev
DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı
İlham Əliyev və Birinci vitse-prezident Balaxanını gəzdi - VİDEO (Yenilənib)
Tramp Türkiyəni sanksiyalarla hədələyib
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
Topaz müflis olub? - GƏLİŞMƏ
“Çoxu Türkiyənin ABŞ-ın vacib ticarət tərəfdaşı olduğunu unudur” - Tramp
Ermənistan Türkiyə ordusu ilə döyüşə girir - TƏFƏRRÜAT
Türkiyədə terror: Polisləri daşıyan avtobus partladıldı
Azərbaycanın məşhur balıq məhsulları şirkəti müflis elan edilir
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Repetitorlara pis xəbər: icazə verilməyəcək
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
DSX-nın həbsdə olan vəzifəli şəxsləri məhkəməyə gətirilib
"Qaydalara biganəlik – həyatımıza təhlükədir!" - FHN çimərlikdən istifadə qaydalarını açıqladı
"Türkiyə Azərbaycana 11 milyard dollar pul qoyub"