Reporaj / Manşet
12-02-2021, 14:08
620
“Narodnu Kantrol” Rasim Məmmədov bu sözün arxasında dura bilərmi ?
“Qucaqda oturan xanım məktəb direktorları...”-Rasim Məmmədov(İNK sədri)
Bir neçə il əvvəl cəmiyyətdə tanınmayan Rasim Məmmədovun İctimai Nəzarət Koalisiyası (İNK) adlı qurumuna mətbuatda rast gələndə ilk yada düşən müdrik atalar sözü bu oldu:
Kasıb itinin adını Gümüş qoyar...
Və yada sovet dövründə bərk gedən Xalq Nəzarəti Komitəsi ( “Narodnıy Kontrol” ) düşdü.
Yaşlı nəslin yaxşı yadında olar “Narodnu Kantrol”. Hara gedirdisə, ocaqlar sönürdü, kimlərinsə papağı boş qalırdı. Həm də rüşvət yığmağın yaxşı yolu idi.
Ona görə də hamı üçün maraqlı idi ki, bu İNK-nın müdiri Rasim Məmmədov kimdir, nəçidir..?
Sözün düzü, ilkin məlumatlar ürəkaçan olmadı.
Amma ideyanı kim bunların beyninə salmışdısa, maraqlı idi.
Çünki Qərbin əsas fikirlərindən biri açıq cəmiyyət, ictimai nəzarətdir.
Axı, bu ideya əyalət adamı olan Rasimin ağlının məhsulu ola bilməz.
Sonradan Aygün Muradxanlının Rasim Məmmədovla bağlı VİDEO-məqaləsi ilə tanış olanda məsələ aydın oldu. Videonu təqdim edirik.
Adam haqqında nələr deyilmir.
Əsgərlikdə baş verənlər, Nadejdanın qaşıqlarını oğurlayıb satmaq, sonradan fərarilik etmək, restoranda çaxırı içib qaçarkən tutulub döyülmək ( adamın yadına “Ara, çaxırı içmisən, pulunu ver dəə düşür ) və daha nələr.
Bu adam necə İctimai Nəzarət ideyasını ortaya ata bilərdi axı ?
Axı, bunun beyni belə ideyalar üçün deyil...
Bütün bu suallara Aygün Muradxanlının videosunda cavab tapmaq olur ..
Deməli, vaxtilə özünü kürd sevdalısı kimi göstərən İrasim, sonradan FETÖ sevdalısı olub. Hətta İsveçdə Fətullah Gülənin sağ əli Hakan Sarı ilə görüşüb.
İndiki həssas məqamda, Qarabağ problemi həll olunan zamanda, Türkiyə ilə Azərbaycan tarixdə olmadığı qədər yaxın olduğu məqamda Rasimin Hakan Sarını Bakıya dəvət etməsi, onun Bakıya səfəri nə məqsəd daşıyır ?
Bu Türkiyə Azərbaycan münasibətlərini korlamaq deyilmi?
Axı, belə həssas məqamda Hakan Sarının Bakıya səfərinə kim icazə verib ?
Qarabağ qaziləri və şəhid ailələri üçün Rasimin Avropada ianə toplamasını kimlər təşkil edib?
Yığılan pullar kimlərin cibinə gedib?
Bunlara diplomatik pasportu kim verib?
Rasim Məmmədov Prezidentin adından necə kimlərəsə söz verə bilər?
Bütün bunları harasa yozmaq olar.
Bəs....
Bütün ölkənin siyasi təhlükəsizliyinə məsul olan qurumlar nə düşünür ?
Digər bir məqam.
Rasim Məmmədov məktəb direktoru olan bacısı ilə bağlı yayılan xəbərlərə görə jurnalistlərə deyir: “ Qucaqlarda oturan məktəb direktorlarından yazın, bacımdan yox”.
Xanım məktəb ditektorları kimlərinsə qucağında oturur?
Axı, ölkədə fəaliyyət göstərən 5 minə yaxın məktəbin bəlkə də yarısından çoxunun direktoru qadındır. Yəni minlərlə xanım məktəb direktorları var. Bunları bu sayaq təhqir etməyi Rasimə kim hüquq verib?
Axı, bu qədər xanım direktorun ailəsi, oğlu-qızı, qardaş-bacısı, atası-əmisi və s var.
Qoy həmin şəxslər də Rasim Məmmədovu məhkəməyə versin və aydınlıq gəlsin.
Onda aydın olar ki, Rasim Məmmədov dediyi sözün arxasında dura bilir, yoxsa yox ?
Bax, əsas sual budur.
Qalanı təfərrüatdır.