Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
18-02-2021, 13:02
379

Razim Məmmədovun “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7 başçını göz önünə gətir

 Təxminən 400 min əhalisi olan Xətai rayonunun sakinləri ozamankı  icra başçısı Razim Məmmədovun zülmündən bezmişdi. Gündə 2 kilo  dana əti yeyib sonra “Səkinə day qızı, naynay” mahnısına oynayan  Razim Məmmədov vəzifədən gedəndə sakinlər sevindilər ki, zülm bitdi. 
Ancaq  yeni icra başçısı Rafiq Quliyev  sakinlərin bu etimadını  doğrultmadı. Əslində  doğrulda da bilməzdi. Çünki Rafiq Quliyev Razim Məmmədovun idarəçilik məktəbini keçmişdi. 
Təsəvvür edin ki, indiki başçı Rafiq Quliyev 23 yaşından Razim Məmmədovdan dərs almışdı. 
1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışmışdır.
2012-ci ildən 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. 2019-cu ilin sonunda Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
İndi gördünüzmü bu adam 23 il Xətai RİH-də çalışıb, Razim Məmmədovun  yetişdirməsidir. 
Ona görə də  belə birindən yaxşı, mütərəqqi nəsə gözləmək özü mənasızdır. Axı, Xətai camaatına rəzaləti təkcə başçı Razim Məmmədov deyil, onun işçiləri olan Rafiq Quliyev kimilər də yaşadıb. Xətaidə kəsilən ağacların, məhv edilən yaşıllıqların, satılan obyektlərin, istirahət məkanlarının, küçə ticarətinin pullarını Razim Məmmədov gedib yığımırdı. Rafiq Quliyev kimi şöbə müdirləri, müavinlər bu işi icra edirdilər. Belə olan halda  yeni icra başçıdan nəsə gözləməyin yeri yox idi. Və həqiqətən də icra başçısı təyin olunandan qısa zaman sonra Rafiq Quliyevin  rayondakı qəssabxanaları, qoyun sürüsü və daha ekzotik işləri barədə mediada məlumatlar yayılmağa başladı. 
Və Razim Məmmədov Rafiq Quliyevin yanında yalan oldu. Hətta məsələ o qədər qəliz oldu ki, sakinlər Rafiq Quliyevin obyektlərindən gələn əcaib səslərdən bəhs etdilər. Bəli, təəccüblənməyin, əcaib səslər.
Sən demə başçının rayon ərazisində yerləşən və icarəyə verdiyi obyektlərdən gecələr elə səslər gəlir ki, sakinlər səhərəcən yata bilmir. Həmin obyektlərdə nə iş görülür, gecələr orda nəqayrılır, nə istehsal edilir, bunu  ancaq səlahiyyətli orqanlar araşdıra bilər.
Rafiq Quliyev də digər oliqarx məmurlar kimi obyektlərini öz adına deyil, qohum-əqrəbasının adına  sənədləşdirib. Belə obyektlərdən  bir neçəsini icra başçısı Rafiq Quliyevin kirvəsi İntiqam idarə edir.  
Rafiq Quliyevin Xətai ərazisində yerləşən bir neçə avtoyuma-moykası da əhalinin narazılığına səbəb olur. Bütün günü, gecə-gündüz  işləyən bu “moyka”lar  ətrafda  ciddi narahatlıq yaradır. Bu barədə sakinlər dəfələrlə dövlət orqanlarına şikayət ünvanlasalar da heç bir faydası olmayıb.

Daha öncə Gundelik-baku.com da videofaktlarla dərc etdiyimiz yazıdan açıq-aydın görünür ki, Rafiq Quliyev Xətai rayonunun mərkəzi küçələrini özünün ət dükanlarların yanında saxladığı mal-qara üçün ''otlaq'' yeri edib.
Bax, bütün bu sadaladıqlarımız onu bir daha sübut edir ki, Rafiq Quliyev kimi icra başçıları vətəndaşları hakimiyyətdən narazı salmaqla, öz şəxsi bizneslərini artırırlar. 
Ancaq Rafiq Quliyev yaxşı olar ki, həbs olunan 7 icra başçısının qəzasını göz önünə gətirsin


Oxşar xəbərlər

Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Qarabağ qazisinə vəzifə verildi
İcra başçısından yeni təyinat
İcra başçısının koronavirusdan sağalan müavini dünyasını dəyişdi
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
İcra başçısının müavini koronavirusdan öldü
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
İcra başçısına yeni müavin təyin edildi
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Prezident onlara fəxri adlar verdi
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Həbs edilən başçının kadrları eyni gündə öldü
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Biləsuvarda başçının həbsi heç nəyi dəyişməyib... - Köhnə hamam, köhnə tas...
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
“Sipark İnşaat” insanları evsiz qoyub, kirayə pullarını verməkdə də çətinlik çəkir - ŞİKAYƏT
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı