Qubanın “asfaltyeyən”  başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu-  Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi
24-02-2021, 14:11
583

Qubanın “asfaltyeyən” başçısı Ziyəddin Əliyevin Ukraynadakı 10 milyonluq zavodu- Başçının dostu Saleh Məmmədovla Avropadakı şərikli biznesi

İki gün öncə Qubanın  icra  başçısı Ziyəddin Əliyevin DTX tərəfindən saxlanılması  barədə sosial şəbəkədə  xəbər yayıldı. Düzdür, sonra  xəbər təsdiqini tapmadı. 
Sözün düzü,  bizim üçün kiminsə saxlanılması, həbs edilməsi maraqlı deyil. Bu günə qədər  dəstə-dəstə icra başçısı həbs olunub. Nəsə dəyişibmi ? 
Məsələ heç də həbsdə deyil…
Məsələ ondadır ki, uzun illər yol tikinti sahəsində, dövlət qurumlarında çalışan, yəni konkret miqdarda əmək haqqı alan Ziyəddin Əliyev  Ukraynadakı 10 milyon dəyəri olan  asfalt zavodunu hansı pulla alıb ? 
Birincisi, söhbət hansısa jurnalistin uydurmasından getmir. Ortada Ukraynanın dövlət orqanlarında  qeydiyyatdan keçmiş, nizamnamə kapitalı   8 milyon 999 min 425 dollar olan şirkətdən gedir. Bəli, Ziyəddin Əliyevin adına olan şirkət. 
İkincisi, dövlət məmuru, icra başçısı olan Ziyəddin Əliyev necə bizneslə məşğul olur..? 
Təsəvvür edirsiniz  Ukraynada Lvov vilayətində, Nikolayev şəhərində  Ziyəddin Əliyevə məxsus asfalt zavodunun açılışında Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev iştirak edir və xeyir-dua verir.  
Bəzi məlumatlara görə, Ziyəddin Əliyev zavodu yaxın dostu Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovla şərik işlədir.
İkisi də Allah qoymasa yol çəkən, əslində “asfaltyeyən”  məmurlar.
Bu dostların harada ortaq biznesləri yoxdur !
Avropada, Avstriyada, Vyana şəhərində, Çexiyada və digər ölkələrdə. Hamısındada  ticarət, əmlak alqı-satqısı, servis  və başqa sahələr.
Bütün bunlar azmış kimi Ziyəddin Əliyev təkcə ''asfaltyemir'', hətta koronavirusdan da pul qazanmağı bacarır.
Bu barədə gundelik-baku.com  saytı olaraq  bir neçə ay əvvəl yazmışdıq. 
Qubada pandemiya dövründə  hansı şirkətlərə fəaliyyət üçün icazə verməyi icra başçısı müəyyən edir və ayın axırında ''haqq-hesab'' çatır.
Bəli, belə məmurlar fəlakətdən, faciədən də  pul qazanırlar.
İndi söz Azərbaycan hüquq-mühafizə orqanlarınındır.
Ortada ƏLAHƏZRƏT  FAKT var ee, CƏNABLAR !

Oxşar xəbərlər

Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Qubada icra başçısı sakinləri niyə qəbul etmir? - GİLEY
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Ziyəddin Əliyev 7 milyon avronu necə qazanıb? - SƏNƏDLƏR
Quba icra başçısının başı dərddə - İTTİHAM
Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
Quba icra başçısının başı dərddə
“İcra başçısı 200 nəfərin kartını mənimsəyib” — VİDEO
Ramiz Mehdiyevin kürəkəni Novruz Novruzovla birləşərək iş adamının torpağını əlindən alıb - İTTİHAM
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
İcra başçısı ehtiyatda olan zabitə vəzifə verdi - FOTOLAR
İcra başçısının həbs müddəti artırılır
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Heydər Əliyevin adına ayrılan 4 milyonu yeyən icra başçısı
Fazil Məmmədov keçmiş icra başçısının oğluna vəzifə verdi
Vilyam Hacıyevin çökdürdüyü sahibkar DANIŞDI
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Həbs təhlükəsi olan İcra başçıları quda oldular
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Həbs edilən icra başçısının oğlu bu rayona müstəntiq təyin edildi
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Deputat da başçının həbsini tələb etmişdi, amma... - İndi də sakinlər imza toplayır
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir... - FAKT
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI