Kəndləri Kür  çayı basmır,  Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..
8-09-2020, 16:06
291

Kəndləri Kür çayı basmır, Əhmədzadə ilə Elman Nuriyevin adamları basır..

Prezident İlham Əliyev cənablarının son vaxtlar ən sərt tənqİd etdiyi sahələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Konkret olaraq suvarma sahəsində su itkisi adı altında dövlətin milyonlarla vəsaiti kimlərinsə cibinə gedir. Və nəticədə fermerlərin, kəndlilərin əkin sahələri susuz qalır və ciddi problemlər yaranır. Əslində ASC-nin sədri Əhməd Əhmədzadə və onun müavinləri istədikləri fermerlərə su satmaqla milyonlar qazanır. İclasda cənab Prezidentin verdiyi sualların qarşısında Əhməd Əhmədzadə söz tapa bilmirdi. Çünki günahkardır. ASC-nin əsas qurumlarından biri də Bəndatma İdarəsidir. Bir çox rayonlarda bu idarə fəaliyyət göstərir. Onlardan biri – Sabirabad Rayon Bəndatma İdarəsidir. Bu idarə haqqında yazacaqlarımız digər rayonlardakı idarələrə də aiddir. Bu idarənin rəisi Elman Nuriyev çilingərlikdən, sadə mühəndislikdən və s gələrək nəhayət Əhməd Əhmədzadənin sayəsində idarə rəisi olub. Elman Nuriyev dövlətin bu boyda idarəsini öz qohum-əqrəbasının ixtiyarına verib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu, adı çəkilən bu idarədə işlə təmin edib. İdarəyə məxsus texnikaların ehtiyat hissələrinin, əksər hallarda rayonun Heydər Əliyev prospektində bu şəxsin qardaşına məxsus mağazadan alındığı söylənilir. Büdcədən texnikaların ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsaitlər, məhz idarə rəisinin qardaşına məxsus mağaza vasitəsilə silindiyi söylənilir. Bundan başqa, idarəyə verilən yanacağın, sürtgü yağlarının müxtəlif vasitələrlə satılması faktları da mövcuddur. Bütün bunlar onu təsdiq edir ki, Elman Nuriyev rayonda böyük biznes imperiyası qurub və bu gün onun yaxınlarından başqa bir kimsə onun həndəvərində ola bilməz. Təsəvvür edirsiniz dövlət vəsaiti hesabına alınan texnikalar sıradan çıxardılır və öz şirkətlərinə məxsus texnikalar guya icarəyə götürülür...özü də görünməyən qiymətə. Və bircə texnikanın istifadəsinə görə ayda 8-10 min manat pul silinir. Yəni dövlətin ayırdığı vəsaitlər ayrı-ayrı şirkətlər vasitəsi ilə şəxsi ciblərə gedir. Sonra da deyirlərki, Kür sahilindəki kəndləri sel-su basdı. Bu adamlar anlamır ki, kəndləri sel-su basmır ee, Əhmədzadənin və Elman Nuriyevin dağıtdığı vəsaitlərin seli basır. Görəsən niyə müvafiq dövlət qurumları tədbir görmür ? Axı, xırda bir təhqiqatla, araşdırma ilə dövlətə nə qədər ziyan dəydiyini müəyyən etmək olar. Və ən dəhşətlisi odur ki, Elman Nuriyevin timsalında eyni vəziyyət bütün rayonlarda oxşardır. Növbəti yazıda digər rayonlardakı vəziyyəti təhlil edəcəyik. "GÜNDƏLİK BAKI"-nın ARAŞDIRMA QRUPU (Gundelik-baku.com)

Oxşar xəbərlər

Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
İlham Əliyev Şamaxıya pul ayırdı
Yol polisinin rəis müavini koronovirusdan dünyasını dəyişdi -Əhməd Əhmədzadənin kürəkəni idi.
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
Biləsuvarda özünü ağa kimi aparan məmur kimdir? – Yeni İcra başçısının diqqətinə
Elman Rüstəmovdan lombardlarla bağlı MÜHÜM AÇIQLAMA
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı (FOTOLAR)
Qaxın icra başçısından CƏNCƏLLİ AÇIQLAMALAR... - Səs yazısı...
Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır
Bələdiyyə sədrinə cinayət işi açıldı
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
AZAL-da təmizləmə əməliyyatı başladı
Talanan Azərbaycan: Əhmədzadənin müavini ərəb şeyxlərindən də varlıdır... - Fotofakt
AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı
Prezident 700 min ayırdı
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
Əhmədzadənin subartezian biznesi
İki qardaşdan 563 kiloqram narkotik götürüldü
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
"Beşiktaş"da yeni prezident
"Hakim partiya kadr islahatlarından kənarda qalmayıb” – YAP katibi aydınlıq gətirdi
İmişlidə məmur başını cəncələ salıb
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Prezident bu dövlət qurumuna pul ayırdı
Saatlıda ağır qəza: Ölən var