Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir
30-11-2020, 15:30
122

Antibiotiklərdən yalnız bu halda istifadə edilməlidir

"Pandemiya dövründə antibiotiklərdən yanlış istifadə aktuallıq kəsb edir. Təəssüf ki, ölkəmizdə də yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin bir çoxu evdə həkim məsləhəti olmadan həmin dərmanları qəbul edirlər. Virusla bağlı şikayətlərdə simptomların müddəti 5-7 gün, bəzən də üç həftəyədək davam edə bilər. Əlamətlərin şiddətli olması da antibiotik istifadəsi üçün səbəb deyil".
Bu barədə həkim-pediatr Nigar Mirzəyeva bildirib.
O qeyd edib ki, bəzən uşaqlarda xəstəliyin simptomları ağır olur, qızdırma yüksəlir, bu, bir neçə gün davam edir və valideynlər çıxış yolunu antibiotiklərdən istifadədə görürlər.
Həkim-pediatr Nigar Mirzəyevanın dediyinə görə, preparatın qəbulu zamanı valideynlər bəzi məqamlara diqqət yetirməlidirlər: “Antibiotiklərin verilmə dozası və müddəti böyük əhəmiyyət kəsb edir. Onların bəzisi 3, bəzisi 10 günə qədər istifadə edilə bilər və bu, onun növündən asılıdır. Bəzən antibiotiklər təyin ediləndən bir müddət sonra simptomlar aradan qalxan kimi onun dozasını azaldır və dayandırırlar. Əslində bu, ən böyük yanlışlardan biridir. Bu, çox vaxt orqanizmdə məhv olmayan mikrobun antibiotikə qarşı daha rezistent, yəni daha dayanıqlı hala gətirilməsinə səbəb olur. Antibiotiklərin ən ciddi əks təsirlərindən biri anafilaktik şokdur, həmçinin həmin preparatlardan uzunmüddətli istifadə ağciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də xəstəliklə əlaqədar hər hansı narahatlıq zamanı vaxtında həkimə müraciət edilməlidir".
Xəstədə koronavirusla yanaşı digər bakterial infeksiyaların baş qaldırdığını diqqətə çatdıran Mərkəzi Gömrük Hospitalı reanimasiya və anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov isə bildirib ki, həmin xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə tibbi göstəriş olur və onu təyin edirlər:
"Bundan əvvəl təyin olunan antibiotiklər həm immun sisteminin zəifləməsinə, həm də orqanizmdə şərti patogen bakteriyaların ona qarşı dözümlülüyünün yaranmasına aparıb çıxarır. Bu da xəstəliyin ağırlaşması zamanı həmin dərman preparatından istifadənin səmərəsizliyinə, nəticədə xəstəliyin daha da ağırlaşmasına səbəb olur”. (Azərtac)

Oxşar xəbərlər

Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
Baş infeksionistdən əhaliyə MÜRACİƏT
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
Məhəbbət Vəliyeva: "Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir"
Gələn həftədən xəstələrin sayı artacaq - Gün ərzində 40-50 nəfərin ölməsi halı adiləşəcək
Həkim baş redaktorla razılaşır: “Maskaların yerə atılması təhlükəlidir”
Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusa yoluxan həkim evdə öldü
“Mən metrodan istifadə etmirəm, heç açılmasın...” - Nadir Qafarzadə
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
Koronavirusa yoluxan deputatların vəziyyəti necədir…
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Azərbaycanda 36 nəfər dərmandan zəhərlənib
Vəkil Tofiq Yaqublu ilə görüşdü
“Qaydalara ciddi əməl etmək daha vacibdir, nəinki sistem köçürmək” - Kafedra müdiri
Yeni pandemiya riski barədə xəbərdarlıq
SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
“Buzlu şüşə” ilə bağlı daha bir açıqlama
Azərbaycanı payızda gözləyən təhlükə - “İcazə vermirlər ki, gətirsinlər...”