Bakının bu xəstəxanasında baş həkim dövlətin verdiyi dərmanları satır — VİDEO
24-01-2021, 20:39
415

Bakının bu xəstəxanasında baş həkim dövlətin verdiyi dərmanları satır — VİDEO

Bir neçə gün öncə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov  saxlanıldı. Məlumatlarda onların maliyyə yeyintisinə görə saxlanıldığı açıqlandı.

Lakin xəstəxanalardakı bu tip özbaşınalıqlar yetəri qədərdir. Belə ki, Reaksiya TV-nin efirində aparıcı Zaur Qəriboğlu Bakının Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası baş verən neqativ hallardan danışıb. Jurnalist Masallıda olan qanun pozuntularının eynilə Qaradağdakı səhiyyə ocağında da təkrarlandığını deyib:

"Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası var. Elçin Hüseynov baş həkimdi. Poliklinika şöbəsinin baş həkimi Sevda Hacıyevadı. Orada çox böyük bıabırçılıqdı, alver gedir. Dövlətin verdiyi dərmanları satırlar, qeydiyyatı olan-olmayan adamlara pulla arayış yazırlar. Bununla bağlı əlimdə faktlar var. Qaradağ rayonunda qeydiyyatda olduğumuz üçün oradan tez-tez istifadə edirik. Dövlətin verdiyi dərmanları Elçin Hüseynov camaata satır. Mən bir çox məsələləri açmayacam. Hər halda, dövlət özü araşdıracaq".

O, efir vasitəsilə Qaradağ rayonunun 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı araşdırmanın aparılması üçün hüquq-mühfizə orqanlarına müraciət edib:


"Baş Prokurorluğa Dövlət Təhlükəsizlik Xidmətinə buradan ictimaiyyət nümayəndəsi olaraq, jurnalist olaraq müraciət edirəm. Həmin o xəstəxanada araşdırmalara başlayın, görün orada nələr var. Lazım olsa, mən də sizə o faktları təqdim edəcəm. Dövlətin verdiyi dərmanları camaata pulla satırlar". 

Z.Qəriboğlu bildirib ki, əslində bu cür vəziyyətin yaranmasında maraqlı qüvvələr var və onlar məqsədli şəkildə insanları dövlətdən narazı salmaq istəyir:

"Başqa xəstəxanalarda da var. İcra başçıları tərəfindən tas qoyulur və həmin o taslar yığılır. Deməli, odur ki, bu həbslər heç bir nəticə vermir. Bunlar nəticə çıxarmırlar, kiməsə güvənirlər. 5-ci kolonun hansısa yerində qalan həmin adamlara güvənirlər. Bunların məqsədi Azərbaycanın insanını narazı salmaq, ölkədə süni şəkildə narazılıq yaratmaqdır".
Vaqif Hüseynli
Demokrat.az
 

Oxşar xəbərlər

Masallının baş həkimi rüşvət alarkən SAXLANILDI
Bura səhiyyə ocağı deyil, əsl bazardır... - GİLEY
Azərbaycanda baş həkim COVID-19-a yoluxub
Şəhid və qazilərimizin puluna göz dikən baş həkim - İTTİHAM
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Şirvanda biabırçılıq:Baş həkim dərman almağa gələn xəstəni döydü
"Astara rayon Baş həkimi dərmanları öz aptekində satır..." - hamı ayaq üstə dərman gözləyir...
Sabirabadda rəsmən DƏRƏBƏYLİKDİR... - GİLEY
Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!
Neftçilər xəstəxanasında Seyidbəyov, Yüzbaşı, Minbaşı.. -Neftçilər(in) xəstəxanasında neftçilərdən çox başqa xəstələr var
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”
47 yaşlı həkim də koronavirusun qurbanı oldu - FOTO
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Baş həkim koronavirusdan vəfat etdi
Azərbaycanda koronavirusdan daha bir həkim öldü - FOTO
Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Mərkəzi Klinika Gəncə Xəstəxanasının baş həkimi İTTİHAM OLUNUR - Şok telefon danışığı...
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Azərbaycanda bu xəstəxana odunla qızdırılır?
Tamerlan Qarayevə ağır itki
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Şirvan Diaqnostika Mərkəzinin Baş Həkimi Deputatın Görüşünə Tibbi Maskasız Gəldi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Qanunsuz ov edənlər saxlanıldı
Rüşvət üstündə tutulan məmur həbs olundu
20 Yanvar günü havaya fişəng atdı - Polis saxladı
Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU