Səhiyyə / Reporaj
12-02-2021, 19:56
96
Qarabağ əlilinin bacısı səhiyyə naziri Oqtay Şirəliyevlə görüşdü
İki gün öncə dərc etdiyimiz “Əlilin amputasiya olunmuş ayağı təzədən uzanmır, cənab Sahil Babayev. Abşeron səhiyyəsində Zakir Qaralovun qohumları at oynadır” başlıqlı yazıda Qarabağ əlili Firudin Fərəcovun bacısının fikirlərini vermişdik. Linkə baxın. https://gundelik-baku.com/sosial/16577-elilin-amputasiya-olunmush-ayagi-tezeden-uzanmir-cenab-sahil-babayev-absheron-sehiyyesinde-zakir-qaralovun-qohumlariat-oynadir.html
Qısa məlumat üçün qeyd edək ki, Firudin Fərəcov 1-ci Qarabağ savaşında yaralanıb və 27 ildir əlillik pensiyası alır. Sahil Babayev nazir təyin olunandan sonra əlili get-gələ salıblar. Bu məsələdə Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova və onun xalası oğlu, Abşeron rayon poliklinikasının müdiri Fariz Musayev əlilə qarşı çox aqressivdirlər. Məlumat üçün bildirək ki, Mehriban Qaralova keçmiş deputat Zahid Qaralovun qızı və üstəlik sabiq baş prokuror Zakir Qaralovun əmisi qızıdır.
Əlilin bacısı ''Gündəlik Bakı'' qəzetinin redaksiyasına zəng edərək bildirdi ki, bu gün 3 saylı poliklinikada səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb və bütün sənədləri cənab nazirə təqdim edib. Nazir söz verib ki, məsələ ciddi və obyektiv araşdırılacaq.