Gəncədə Abbas Səhhət adına  xəstəxanada  rüşvət piramidası- Koronavirus  həkimlər üçün əsl  qazanc mənbəyidir.
17-03-2021, 13:13
353

Gəncədə Abbas Səhhət adına xəstəxanada rüşvət piramidası- Koronavirus həkimlər üçün əsl qazanc mənbəyidir.

Xəstaxanada rüşvətin mühafizəçidən- baş həkimə uzanan yolu....

Haqqında  yazmaq istədiyimiz  Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxana özəl-filan  deyil, bir başa dövlət büdcəsindən  ayrılan vəsait hesabına fəaliyyət göstərir. 
Xəstəxananın ərazisi 3 hektardan çoxdur, bir neçə il əvvəl dövlətin hesabına tam təmir olunub və ən müasir tibb avadanlıqları ilə təmin edilib. 
Bəs onda nəyə görə, xəstələr  həkimlərə, tibb bacılarına pul-rüşvət verməli, üstəlik dərmanları  özləri almalıdırlar. Bura məgər özəl, şəxsi klinikadır ? 
Bütün bunlar azmış kimi, xəstəxana əsl virus yuvasıdır. Heç koronavirusa-zada ehtiyac yoxdur. Xəstəxananın həyəti əsl antisanitariya ocağıdır. Otaqlarda  təmizlikdən əsər-əlamət yoxdur. 
Bütün bunlarla bərabər indi əlavə problemlər də çıxıb. 
Dünyanı  bürüyən koronavirus pandemiyası  1 saylı xəstəxanada əməlli-başlı qazanc mənbəyinə, biznes sahəsinə çevrilib. 
Deməli, koronavirus xəstələrinə baş çəkmək, onlara lazım olan qida məhsullarını çatdırmaq üçün  xəstənin sahibi ən azı hər dəfə 10 manat verməlidir. 
Yəni əməlli-başlı  rüşvət piramidasl qurulub xəstəxanada. 
Qapıdan girəndə mütləq mühafizəçiyə verməlisən, sonra həkim, tibb bacıları, axırda baş həkimə verməlisən. 
Lap rəhmətlik Cəfər Cabbarlı demişkən, pristava ver, nəçənniyə ver, kəndxudaya ver, ver, ver...
Yazıq insanlar öz xəstələrininn hayına qalsınlar, yoxsa həkimlərə pul versinlər...
Yəqin ki, bu barədə Səhiyyə  Nazirliyi, Gəncə şəhər icra hakimiyyəti Səhiyyə idarəsinin yeni rəisi Nazim Əhmədov  öz mövqeyini  bildirəcək.

Oxşar xəbərlər

Baş həkim Bədhaş Nəbiyevin “bədxassəli” pul düşkünlüyü - və ölümə sövq edilən xəstələr
Bakıda bu xəstəxana müvəqqəti bağlandı - SƏBƏB
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ? - FOTOFAKT
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Samuxun qəsəbə sakinlərinin xəstəxana narazılığı - VİDEO
Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…
Rüşvət və koronavirus yuvasına çevrilən Respublika Klinik Xəstəxanası – Burda hərənin öz qiyməti var(ARAŞDIRMA)
Şaxta babanın şam ağacından hazırlanmış paltarı 43 nəfəri virusa yoluxdurdu
“Semaşko”da həkimlərin maaşları verilmir - ŞİKAYƏT
Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!
Pandemiya dönəmində CAN BAZARI – Zığdakı TİBB OCAĞI RÜŞVƏT OCAĞINA ÇEVRİLİB
Prezident və xanımı yeni xəstəxananın açılışında
"Koronavirus testi vermişəm, rəsmi cavabı indiyə qədər gəlməyib" - GİLEY
Doğum xərclərini ödəyə bilmədilər - Körpələrini xəstəxanaya satdılar
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Respublika Klinik Xəstəxanası adlı BAZAR... - İTTİHAM
‘Xəstə pul vermirsə ona baxmırlar’ - NARAZILIQ!
Gədəbəydə nə baş verir? - İTTİHAM
Tənəzzülə uğramış (uğradılmış) Gəncə səhiyyəsi - İTTİHAM
Gəncə səhiyyəsi acınacaqlı durumda - İTTİHAM
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
“AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib”
Oqtay Şirəliyevin balaca TENDER KRALI... - İTTİHAM
Özəl xəstəxanalarda çalışan həkim və könüllülərə mükafat ödənildi
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
İndi burdakı özbaşınalığa KİM CAVABDEHDİR? - İTTİHAM
Nazirlik buralara müdaxilə etməlidir - İTTİHAM
Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - VİDEO
Semaşko təmirə bağlanır? - İşçilər deyir "hə", TƏBİB deyir "yox"...