Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar  Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...
23-03-2021, 15:02
636

Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...

Son aylarda iki nazirimizin – Gənclər və İdman naziri Azad Rəhimovun və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin müalicə üçün xaricə getməsi ilə bağlı rəsmi xəbər yayıldı. 
Düzdür Əbülfəz Qarayevin ölkədən çıxmasına “stop” qoyulduğu üçün geri qayıtdı. 

Söhbət nədən gedir ? 

Nəinki yüksəkçinli, hətta orta ranqlı məmurlarımızın  qarnı ağrıyan kimi Almaniyaya, ABŞ-a, ən pis halda Türkiyəyə gedirlər.
Yaxşı öz ölkəmizdə normal səhiyyə yoxdurmu ? 
Rəsmi xəbərlərə inansaq guya allah qoymasa hər il müasir tibbi avadanlıqlar alırıq, hətta rayonlarda  müasir xəstəxanalar inşa edilir.
Bəs onda bu məmurlar niyə xaricə qaçırlar ? 
Bəs onda sağ ayağın əvəzinə  sol ayağı kəsən, kor bağırsağın əvəzinə  nazik bağırsağı kəsən  səhiyyəmizə nə ad verək ? 
Bir ölkədəki pandemiya dövründə səhiyyə naziri tapılmaya, nazir müavini Nigar xanım Əliyeva isə özünü “Qara Ledi” hesab edə, daha deməyə söz qalmır. 
Görəsən, 61 yaşlı bu qadın hansı savadına, hansı bacarığına, hansı keyfiyyətinə görə, ölkə səhiyyəsinə rəhbərlik edən şəxslrdən biridir. 
Təsəvvür edirsiniz, xəstaxanada əməliyyat zamanı işıqlar sönür, generatorlar işləmir. Generatorlar kimlərin bağlarındadır ? 
Yaxşı səhiyyə nazirimiz  bu gündədir, bəs onun şanlı müavinləri hara baxır ? 
Görəsən,  vətəndaşların qəbuluna məsul olan Nigar xanım, şikayətçiləri  vaxtlı-vaxtında qəbul edə bilməzmi ?
Görəsən Nigar xanımın başı hansı qara işlərə qarışıb ? 
Adamın “kliçkası”   “ Qara ledi” olanda noolar ? 
Nə vaxta  qədər qara-qura işlərlə məşğul olmaq olar ? 
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Nigar xanımın  adı son illər  ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib.
 Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb.

Nigar Əliyevanın oğlu Kamran Qurban oğlu Şahbazovun 777 nömrəli bahalı avtomobil kolleksiyaslndan, şəhərin mərkəzindəki obyektlərindən, apteklərindən və s söhbət açmaq isə başqa bir yazının mövzusudur.
Bizi izləyin.

Oxşar xəbərlər

Səhiyyəmizin  Nigarı, yoxsa “Qara ledi”si..?
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Azad Rəhimov danışdı
ABŞ-da müalicə olunan azərbaycanlı nazirin durumu necədir? - Müavini danışdı
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Əbülfəs Qarayev ölkədən çıxışına "stop" qoyulmasından DANIŞDI: "Səhvlərim olubsa..."
Nigar Arpadarainin əvəzinə YENİ TƏYİNAT
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
Əvvəl Elçibəyin müavini idi, indi Əli İnsanovu seçdi - FOTO
Müavini naziri ittiham etdi: “Bacarıqsızdır!“ - Qalmaqal
Ermənistanın səhiyyə naziri istefa verdi
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?
Ermənistanda daha bir nazir istefa verdi
Nazir iki idarə rəisi TƏYİN ETDİ
Britaniyalı nazir “Azad qadın”ın heykəlinə baş çəkdi - FOTO
Ermənistanda daha bir nazir istefa verdi
Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Türkmənistanda varis planı işə düşdü - Berdiməhəmmədov oğlunu yüksək posta gətirdi