Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?-  “Semaşko”da koronavirusla bağlı  həkimlərin əlavə maaşı niyə kəsilib ?
13-04-2021, 17:58
294

Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?- “Semaşko”da koronavirusla bağlı həkimlərin əlavə maaşı niyə kəsilib ?

 Bəşəriyyətin  tarixi ərzində xeyli sayda epidemiyalar, xəstəliklər tüğyan edib, vəba, taun kimi xəstəliklər minlərlə insanın həyatına son qoyub. 
Ancaq son bir ildə yayılan koronavirus, daha dəqiq desək COVİD virusu heç nə ilə müqayisə olunmur. 
Təsəvvür edirsiniz, müasir tibb elmi  ürəyi, qara ciyəri, hətta az qala beyni köçürə bilir. Amma balaca bir virusun qarşısında müasir tibb elmi aciz görünür. Ən müasir tibbi avadanlıqlar, laboratoriyalar bu virusdan baş aça bilmir, hərə bir fərziyyə danışır. 
Son bir ildə dünyanın elm mərkəzləri nə qədər  dioqnoz verib, bir ay sonra yalan çıxıb. Yəni bu adi epidemiya, pandemiya deyil, fəlakətdir. 
Və dünya bununla ciddi mübarizə aparır. 
Ancaq 1 ildir ki, bizim səhiyyə naziri Oqtay Şirəliyev tapılmır, deyirlər qeybə çəkilib.
Bu bilirsiniz nəyə oxşayır ?
Ölkədə dəhşətli müharibə gedir, Müdafiə Naziri, Baş qərargah rəisi gözə dəymir. 
Yaxşı Səhiyyə Naziri tapılmır. Bəs o biri qurumun rəhbəri hara qeyb olub. 
Söhbət Allah qoymasa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıdan gedir. 
Adama deyərlər ki, bu nə qurumdur. Səhiyyə naziri varsa, ( varmı ?) bu TƏBİB nədir. Yox, TƏBİB varsa, Səhiyyə Nazirliyi bizim nəyimizə lazımdır ? Bu nə oyundur. 
Yaxşı  Oqtay Şirəliyev  itkin düşüb, bütün cəmiyyət onu axtarır. Bəs Ramin Bayramlı niyə cəmiyyətin qarşısına çıxıb nəsə bir söz demir ?
Əslində Ramin Bayramlı bu gün nazirdən çox səlahiyyətlərə malikdir. Amma fəaliyyəti hiss olunmur. Daha doğrusu mənfi mənada  hiss olunur. 
Bu gün qeyri-özəl, yəni bütün dövlət tibb müəssisələri Ramin Bayramlıya tabedir.  
Ramin Bayramlı 7-8 ay əvvəl bir imzası ilə  Semaşko-nun, yəni 1 saylı “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlunu vəzifədən azad etdi. 
Ramin Bayramlının digər əmri ilə  Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edildi. 
Nə dəyişdi, Ramin Bayramlı..?  
Bu gün koronavirus  pandemiyası ilə bağlı həkimlərimiz öz həyatlarını təhlükəyə ataraq xəstəliklə mübarizə aparırlar. Yəni bu həkimlər də döyüşçü kimi vuruşurlar. 
Bəs verdiyiniz sözə niyə əməl etmədiniz ? 
Axı, həkimlər gecə-gündüz çalışır, hətta evlərinə getmir, uşaqlarına baş çəkmirlər. Qarşılığında əmək haqqının bir neçə mislini söz vermişdiniz.  Bəs nə oldu ?
İndi həkimlər  hay salıblar ki, hətta yanvar ayının maaşını ala bilmirik. Hətta bəzi həkimlərin maaşları azaldılıb, əlavələr kəsilib.  

Yeni təyin etdiyin direktorun dövlət xəstəxanasında kəsdiyi raconlardan xəbərin varmı?
Budur sənin islahatların, cənab Ramin Bayramlı ?

Növbəti yazımızda ''Semaşko''da baş verən qanunsuzluqlardan geniş bəhs edəcəyik.
Bizi izləyin

Oxşar xəbərlər

Oqtay Şirəliyev ölkənin koronavirusla bağlı vəziyyətindən DANIŞDI
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Kimlər gedir: 2 nazir yola salınır və... - İLGİNC
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı
“Şəhidlərin ailəsi bizdən dayanmamağı xahiş edir, təsəvvür edirsiniz?"
"COVİD xəstələrinə ağıllarına gələn dərmanı vururlar" - Həkim dərmanların adlarını açıqladı
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
İbn Sinanın mirası dünyanı COVID-19-dan necə qoruyur?
İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
Koronavirus da erməniləri məhv edir: Düşmən başını itirib
Səhiyyəmizin  Nigarı, yoxsa “Qara ledi”si..?
Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
Daha bir tibb işçisi koronavirusdan vəfat edib
Oqtay Şirəliyevdən peyvənddən sonra ilk açıqlama - VİDEO
Azərbaycanlı "həkimlər" və onların dəhşətli koronavirus "arqumentləri"
Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar  Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...
Koronavirusa yoluxanlar sağalandan sonra bu xəstəliyə tutulurlar
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
İmişlidə ən ucuz XƏSTƏLİK MƏNBƏYİ... - "Biz indi Ramiz Mehdiyevi hardan alaq ki?.."
“Bəzi şəxslər süni şəkildə dərman qıtlığı yaradırdlar”
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
Ramin Bayramlıya vurulan koronavirus peyvəndi deyil - TƏBİB-dən AÇIQLAMA
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...
Tibb bacısı koronavirus əleyhinə vaksin vurulduqdan sonra vəfat edib
Azərbaycanda vaksin ilk öncə onlara VURULACAQ