Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...-  Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
28-04-2021, 17:03
575

Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...- Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...

Sovet dönəmində Səhiyyə nazirliyi sözün həqiqi mənasında “dövlətin içində  dövlət” idi. Nazirliyin  şəhərlərdə, rayonlarda, qəsəbələrdə, hətta ucqar kəndlərdə olan əmlakını siyahıya almaq mümkün deyildi. Nə qədər xəstəxanalar, dərman bazaları, təcili yardım maşınları, avtomobil qarajları, şəhər mərkəzlərində min hektarlarla  torpaq sahələri və daha nələr. 
Müstəqillik illərində ilk səhiyyə nazirlərindən biri olan, sonra məhbus  həyatı yaşayan Əli İnsanov nə qədər satmağa, dağıtmağa çalışdısa da, bitib-tükənmək bilmədi. 
16 ildir ( 2005-2021-ci illər ) Oqtay Şirəliyevin dövründə Səhiyyə  nazirliyinə məxsus əmlak satılır, hərraca çıxarılır, amma yenə nəsə qalıb. 
Yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə nazirliyinin balansında yüzlərlə avtomobil, təcili yardım maşınları var idi. Bunların təchizatı üçün nazirliyin nəzdində Səhiyyə nazirliyinin Avtomobil qarajı var idi. 
Bu qaraj Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 8 ünvanda yerləşib. Və 2 hektar ərazini əhatə edir. Təkcə onu qeyd edək ki, bu torpağın qiyməti hazırda 3 milyon dollardır. 
Bir neçə il əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayevin həmin qarajı ələ keçirməsi ilə bağlı məlumat yayılmışdı. Hətta o məlumat da yayılmışdı ki, qarajı özəlləşdirmək istəyən Hikmət Məmmədov adlı birisi  Elsevər Ağayevin milyonlarını iş adamlarına  sələmə verir. 
Sözün qısası, Səhiyyə nazirliyinin avtomobil qarajı ilə bağlı söhbətlər neçə ildir davam edir. 
Oqtay Şirəliyevin nazir, Nigar Əliyevanın nazir müavini  olduğu illərdə avtomobil qarajında  bir salamat avtomobil qalmayıb. Ancaq Nigar xanımın az qala evinə benzin xətti çəkilib. 
Bu illər ərzində qarajda söz sahibi Oqtay Şirəliyevin sağ əli Yaqub adlı şəxs olub. Nazirliyə sürücü işə qəbul etmək, qarajda abtomobil “spisat” etmək, ehtiyyat hissələri, benzin, avtomobil yağları və s hamısı Yaqubun əlində olub. 
Son günlər, yəni Oqtay Şirəliyev nazir vəzifəsindən çıxandan sonra Yaqubun yuxusu ərşə çəkilib. Gecələr yata bilmir, oyanıb kimisə gözləyir. Bir sözlə, Yaqub yaman təlaş keçirir. Niyəsini növbəti yazıda yazacağıq.

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi: "Məişət əşyaları daşıyan təcili yardım avtomobili bizim deyil"
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 milyon manatlıq mal alır
Yeni səhiyyə naziri kim olacaq? - İDDİA
Oqtay Şirəliyevi əvəz edən nazir müavinindən İLK ƏMR
Səhiyyə Nazirliyinin Çağrı mərkəzi işləmir - XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyində müavinlərin sayı artırıldı - FƏRMAN
Fuad Oqtay peyvənd edildi
TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...
Koronavirusa yoluxan aparcı Səhiyyə Nazirliyini tənqid etdi
“Kovid”ə yoluxan biznesmen Türkiyəyə aparıldı
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
ÜST-dən təcili istifadə üçün icazəni ilk bu vaksin aldı
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
ÜST bu vaksinin istifadəsinə icazə verdi
Səhiyyəmizin  Nigarı, yoxsa “Qara ledi”si..?
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür!
TƏBİB və Nazirlik savaşır - Arada insanlar və ümidlər ölür
Səhiyyə Nazirliyi sevimli şirkətinə bu dəfə 48 min manat ödəyəcək
“Pişik” Günel TƏBİB-ə od püskürdü: “İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO
Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?
Səhiyyə Nazirliyində növbəti tender: Bu dəfə “Avromed"ə 5.5 milyonluq layihə verildi
Təcili yardım maşınları niyə gecikir? - Nazirlikdən AÇIQLAMA
Köhnə avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ
ÜST dünyaya səsləndi: “Yeni pandemiyaya hazırlaşın”
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu