Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər
11-05-2021, 11:15
87

Gəncə səhiyyəsində MÜDHİŞ ÖZBAŞINALIQ! - 2 yaşlı qızı 16 yaşlı oğlan yazıb iliyini çəkdilər

Gəncə səhiyyəsi adına növbəti biabırçılıq və özbaşınalıq halı qeydə alınıb. Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının həkimləri stasionar müalicə alan 2 yaşlı Zoduz Aynur Rəsul qızının sümüyünün iliyindən nümunələr götürüblər. Bunu edərkən də uşağın valideyinlərindən icazə almayıblar, niyyətlərini ata-anasından gizlədiblər.

Valideyinlərin "Demokratik.Az"-a bildirdiyinə görə, Gəncənin həkimləri ilk başdan uşağın müalicəsinə laqeyid yanaşır, adi diaqnozun təyin edilməsinə belə nail ola bilmirlər. Eləcə də ailənin maddi durumu yazılan reseptlərin-dərmanların alınmasına imkan vermir. Uşağın müalicəsi üçün isə Gəncə Səhiyyəsinin rəhbərliyi heç bir əməli addım atmır, əksinə, həkimlik andını unudaraq valideyinlərlə qeyri-etik rəftar edirlər.

Ananın söylədiyinə görə, qızcığaz 6 aya yaxındır ki, müalicələrə cəlb edilib. Lakin, gün keçdikcə sağalmaq əvəzinə səhhətində daha ciddi problemlər yaranıb. Valideyinləri hesab edir ki, qızları Aynur həkimlərin savadsızlığı və səhlənkarlıqları ucbatından sağlamlığını tamamilə itirib və bu üzdən həyatı təhlükədədir.

Onu xüsusi olaraq qeyd etmək lazımdır ki, sözügedən xəstəxananın həkimləri 2 yaşlı qıza dəqiq diaqnoz qoymaq məqsədilə onun sümüyünün iliyindən ilik nəql edərkən sənədləri də qəsdən saxtalaşdırıblar. Qızın cinsini kişi, yaşını isə 16 yaş kimi göstəriblər. Bu nöqsan xəstəxananın MRT müayinəsində də yer alıb. Sonradan isə özbaşınalıqlarına bəraət üçün valideyinlərə deyiblər ki, "Hara istəyirsiz şikayət edin, heç kimdən qorxmuruq!.." Belə anlaşılır ki, analiz və müayinələrdə saxtalaşdırma yaşa görə müvafiq qadağadan yayınmaq məqsədilə olub. 

"Demokratik.Az" saytı jurnalist Bəxtiyar Bağırovun xəstəxanadan lentə aldığı reportajı, valideyinlərin şikayətini VƏ faktı isbat edən sənəd nümunələrinin fotolarını sizlərə təqdim edir:   






Oxşar xəbərlər

14 yaşlı qız ana oldu - Körpənin atasının 17 yaşı var
Altı yaşlı qızının başqa kişidən olduğunu düşünən ata onu yandırdı - Video
Gəncədə iki qardaş bıçaqlandı
"Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır
Abbas Səhhət adına xəstəxanada Qazilərə düşmən münasibət! - BİABIRÇILIQ
Azərbaycanda yeni doğulan uşaq 1 gün sonra öldü
Baku Medikal Plaza ilə bağlı ŞOK İDDİA - NARAZILIQ!
Kürdən 5 yaşlı uşağın meyiti tapıldı
Hökumət iki azyaşlının əlilliyini ləğv edib... - əlillər dərmansız, ərzaqsız qalıb
Gəncədə gəlin qaynanasının çənəsini, ərinin qolunu sındırdı
Azərbaycanda taksi sürücüsü 8 yaşlı uşağın gözü önündə anasını ZORLADI
Gəncədə 28 yaşlı şəxsin boğazı kəsilmiş halda meyidi tapıldı
Baş həkim Bədhaş Nəbiyevin “bədxassəli” pul düşkünlüyü - və ölümə sövq edilən xəstələr
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı - FOTO
Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…
DSMF Gəncə sakinini niyə incidir? - GİLEY
12 yaşlı uşağın mədəsindən 54 maqnit çıxarıldı
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Gəncədə stasionar postda COVID-19 xəstəsi müəyyən edilib
Gəncədə əndrəbadi ÜSUL-İDARƏ... - İTTİHAM
Gəncədə Abbas Səhhət adına  xəstəxanada  rüşvət piramidası- Koronavirus  həkimlər üçün əsl  qazanc mənbəyidir.
Azərbaycanda spirtli içki içən şəxs görmə qabiliyyətini itirdi
Gəncə təhsilində nələr baş verir? - GİLEY
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAM
Azərbaycanda orta məktəb bağlandı
Adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
47 yaşlı həkim də koronavirusun qurbanı oldu - FOTO
Ata 16 yaşlı qızının küçədə boğazını kəsdi - FOTO
Gəncədə əməkdar müəllimlərə qarşı hörmətsizlik
Şamaxıda körpə doğuş zamanı ölüb