Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...
21-05-2021, 17:46
466

Əli İnsanovun dövründə SARA-lan və Oqtay Şirəliyevin dövründə NİGAR-an qalan Səhiyyəmiz...

Əli  İnsanovun  SARA-sı, Oqtay Şirəliyevin NİGAR-ı 

“Siçan-pişik idarəsi”  nə ilə məşğuldur ?

Sellər  Sara  xanımı aparmır ...

Sovet dövründə  camaatın loru dildə “Siçan-pişik idarəsi”  dediyi bir qurum var idi. Rəsmi adı Gigiyena və Epidemiologiya idarəsi idi. 
Bu idarə hətta ən ucqar kəndlərə gələr, zibillikləri, tövlələri və s yerləri  dərmanlayar  və zərərsiz edərdi. Yəni siçan, siçovul və digər zərərli həşəratları məhv edərdi. 
Bir daha deyirik ki, hətta ən ucqar kəndlərə gələrdilər. Amma bu gün...
Bəli, paytaxt Bakının Binəqədi rayonunun sakini gundelik-baku.com-a bildirib ki, evlərdə, binalarda, zirzəmilərdə  siçan-siçovul əlindən tərpənmək olmur. 
Bəs görəsən  bu məsələlərə məsul olan şəxslər hara baxır ?
Öncə ondan başlayaq ki,  sabiq səhiyyə naziri Əli İnsanovun  sevimli kadrı  Sara Həsənova var idi. Bu xanım hansı vəzifələrdə işləməyib ? 
Əvvəlcə Səbail  rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışan  bu qadın  rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları  vahiməli bir şəxslə hədələyərdi. Sara Həsənova bu vəzifədə işləyərkən milyonlara sahib oldu. Əli İnsanovun həbsindən sonra hamı düşünürdü ki, Saranı sellər aparacaq. Amma..
Səbaildən sonra Sara xanımın vəzifəsi daha da böyüdü və oldu Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi. 
Təsəvvür edirsiniz, ölkənin Baş sanitarı...
Və Əli İnsanovun sevimlisi Sara  xanım dönüb oldu yeni səhiyyə naziri Oqtay Şirəliyevin  “xatunça”sı. 
Yəni dövr dəyişir, zaman dəyişir, nazirlər dəyişir, amma Saralar  dəyişmir. 
Baş  Sanitar və Baş Müfəttiş olan Sara xanım  respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edərək  az vaxtda milyonçuya çevrildi. 
Onun övladı  Avropanın ən bahalı universitetində təhsil alır, Avropada neçə villası, mükləri və ən bahalı  avtomobillər. 
Bəli, vəzifə pilləsində irəliləyən Sara Həsənova bu gün Səhiyyə nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktorudur. Və Sara xanım içkidən sellərə qərq olur. 
Amma nə olsun ? 
Sara xanım  indi də səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerinə göz dikib, nazir müavini olmaq istəyir. 
Nigar Əliyeva da sabiq nazir Oqtay Şirəliyevin sevimli kadrıdır. 
İndi ən aktual bir sual var. Siçan-pişik idarəsi düzələcəkmi ? 
Yeni səhiyyə naziri  Teymur Musayev Əli İnsanovun Sarası və Oqtay Şirəliyevin Nigarı ilə vidalaşacaqmı ?

Oxşar xəbərlər

Otuz yaşı olacaq  müstəqil  Azərbaycanın 17 illik səhiyyə naziri  Oqtay Şirəliyev getdi-  GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Gigiyena və Epidemiologiya Mərkəzinin kuratoru Viktor Kerimoviç  kimdir ?-  Mərkəzin direktoru  Sara Həsənova niyə məhz içkiləri nəzarətə götürüb ?
Səhiyyəmizin  Nigarı, yoxsa “Qara ledi”si..?
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...-  Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
Dron səsini eşitdiyi an Paşinyan siçan kimi sığınacağa qaçdı – Qabrelyanov
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub?
Kamaləddin Qafarov baş həkimlərin həbsindən niyə narahat olub? – İzlər onu ələ verə bilər
Öküz ili ən çox kimi sevindirəcək?
Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar  Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
Bakıda müəllim direktordan nazirliyə şikayət etdi, ara qarışdı - QALMAQAL
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
Əvvəl Elçibəyin müavini idi, indi Əli İnsanovu seçdi - FOTO
Daha 3 məktəb distant təhsilə keçdi
Azərbaycanda daha 2 məktəb koronavirusa görə bağlandı
“TƏBİB-dəki uşağın bütün səlahiyyətləri əlindən alınmalıdır“ - Hafiz Hacıyev
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?
Virus Binqədidə niyə “tüğyan edir”? - Mərkəz direktoru da bilmir
Əli İnsanovun köməkçisi saxlanılıb
"Abşeron” Gənclər Şəhərciyinin problemləri: - nə sənəd var, nə də...
“Pəzəvəng”  kafesi, “Məsti-xumar”  gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi  hara baxır ?
Müharibə vaxtı Arutyunyanın iqamətgahı niyə vurulmadı? - Koçaryan ondan şübhələnir
Daha bir rayonda iki məktəb koronavirusa görə BAĞLANDI
Səhiyyəmizin  “Qara ledi”si  Nigar xanımın oğlu Fərhad  nəyə mübtəladır ?- Məmur oğlunun OLİQARXİYASI
Avtomobillə qəza törətdi, piyada xəstəxanada öldü
Azərbaycanda əyani dərslər bərpa olunur
İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...