100 min dolları necə qazanmısan, cənab  Cəlal İsayev ?-  ATU-nun dosenti olan və 5 il maaşsız işləyən Baş infeksionistdə  bu pullar haradandır ?
24-05-2021, 17:00
242

100 min dolları necə qazanmısan, cənab Cəlal İsayev ?- ATU-nun dosenti olan və 5 il maaşsız işləyən Baş infeksionistdə bu pullar haradandır ?

Məlumdur ki,  bütün dünya  dəhşətli bəla olan koronavirusa qarşı mübarizəyə səfərbər olub, başda ölkə başçıları olmaqla, alimlər, mütəxəssislər gecə-gündüz çalışır. 
Bu məsələdə  öndə tibb alimləri, səhiyyə sistemi olmalıdır. 
Təəssüf ki, səhiyyəmizin  “qlava”sı  Əli İnsanov  təzə həbsxanadan çıxıb və radikal müxalifət olmaq eşqinə düşüb. Onu uzun  illər  əvəz edən səhiyyə naziri Oqtay Şirəliyev isə  qeybə çəkilmişdi. Həm Əli İnsanov, həm də Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini elə günə qoyublar ki, bu vəziyyətdən çıxmaq üçün  xeyli zaman lazım olacaq. 
Başqa bir “qəhrəman”ımız isə uzun illər ÖLKƏNİN BAŞ İNFEKSİONİSTİ işləmiş Cəlal İsayevdir. 
Yəni virusla mübarizədə bu adam bir başa məsuliyyət daşıyır, özü də Operativ  Qərargahın üzvüdür. 
Ölkə COVİD virusu ilə vuruşur, bu adam, yəni ölkənin baş infeksionisti  gedib oturub Qubada  dincəlirdi. Hansı ki, rayonlara getmək qadağan idi. Və təbii ki, vəzifəsindən uzaqlaşdırıldı. 
Bu adamdan soruşurlar ki, nə baş verdi ? 
Deyir ki, 5 ildir ki, tutmuş olduğum bu vəzifədə işləməkdən çox yorulmuşdum və əlavə edir ki, bu  İCTİMAİ  VƏZİFƏDİR. 
Bu bilirsiniz nəyə oxşayır ?  
Müharibə gedən zamanda elə bil müdafiə naziri deyir ki, yaman yorulmuşam, gedirəm..
İkincisi, ən maraqlısı  odur ki, Cəlal İsayev deyir ki, bu ictimai vəzifədir, yəni MAAŞ-sız, PUL-suz...
Aha, indi gələk mətləb üstünə. 
Ötən həftə yayılan rəsmi xəbərlərdən bəlli oldu ki,  Bakıda  oğrular  Cəlal İsayevin evindən  72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.
Yəni söhbət ən azı  100 min dollardan gedir. 
Görəsən,  5 il maaşsız ölkənin Baş infeksionisti olan, böyük vəzifəsi Azərbaycan Tibb Universitetində  “İnfeksion xəstəliklər” kafedrasının dosenti olan adam bu 100 min dolları haradan və necə qazanıb ? 
Yəni bu adam rektor, hətta dekan-zad da olmayıb. Bəs bu pulların mənbəyi nədir ? 
Axı, siz ATU-nun  müəllimi olaraq  dövlətdən orta məbləğdə maaş alırsınız,  cənab Cəlal İsayev ? 
Başqa nə gəliriniz var ? Bəlkə dünya səviyyəli kəşfiniz olub ? 
Əli İnsanov o vaxt deyirdi, MAZ düzəldib pul qazanmışam. 
Bəs sən nə qayırmısan ?
Metro Tağıdan soruşanda ki, 3 milyon rüşvəti necə verdin ? 
Deyirdi başımı islədib qazanmışam ? 
Sən haranı işlətmisən, cənab Baş infeksionist..?

Oxşar xəbərlər

Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
Otuz yaşı olacaq  müstəqil  Azərbaycanın 17 illik səhiyyə naziri  Oqtay Şirəliyev getdi-  GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
Qoca Oqtay Şirəliyevlə cavan Ramin Bayramlının nə fərqi ?-  “Semaşko”da koronavirusla bağlı  həkimlərin əlavə maaşı niyə kəsilib ?
Oqtay Şirəliyev ölkənin koronavirusla bağlı vəziyyətindən DANIŞDI
Kimlər gedir: 2 nazir yola salınır və... - İLGİNC
Oqtay Şirəliyevdən peyvənddən sonra ilk açıqlama - VİDEO
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - RƏSMİ AÇIQLAMA
Oqtay Şirəliyevi əvəz edən nazir müavinindən İLK ƏMR
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?
"ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb" - İlham Əliyev
Oqtay Şirəliyevdən sonra Yaqubun yuxusu ərşə çəkilib...-  Səhiyyə nazirliyinin avtomobil qarajında baş verən qanunsuzluqlar...
Səhiyyəmizin  Nigarı, yoxsa “Qara ledi”si..?
Oqtay Şirəliyevdən yeni QƏRAR
İki  baş  həkim  getdi “qazamata“- İndi səni deyirlər, Kəmaləddin  Qafarov
“Metronu, təhsil müəssisələrini, ticarət mərkəzlərini açmaq olmaz”
Vüqar Səfərlinin istintaqı çox müşfiqləri aparacaq-  KİVDF-nin üzvü Müşfiq Ələsgərli niyə məsuliyyətə cəlb olunmur ?
Oqtay Güləliyevin vəziyyəti ağırlaşdı - Təcili klinikaya yerləşdirildi
Koronavirusun qarşısını bu üsulla almaq mümkündür - Alimlər AÇIQLADI
Ən axsaq yerimiz səhiyyə sistemidir - NƏ VAXTA QƏDƏR...
“Alpinist”in oğurluq etdiyi evlərdən biri görün kimin imiş: 158 min manat... - VİDEO
“Sobsan Boya”  və  Səhiyyə naziri   Oqtay  Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
Səhiyyəmizin  “Qara ledi”si  Nigar xanımın oğlu Fərhad  nəyə mübtəladır ?- Məmur oğlunun OLİQARXİYASI
3 ili tamam olan nazir İnam Kərimov bu müddətdə aqrar sahədə heç bir ciddi addım ata bilmədi- İnam Kərimovun ailəsinə Əli İnsanovun maddi-mənəvi dəstəyi çox olub...
Azərbaycan-İran sərhədində görüş keçirildi
Yeni səhiyyə naziri kim olacaq? - İDDİA