Qara yara, brüselyoz xəstəlikləri  COVİD  virusundan daha qorxuludur...-  Baytarlıq  və Fitosanitar  Nəzarəti  niyə ləğv olundu ?
1-06-2021, 19:30
174

Qara yara, brüselyoz xəstəlikləri COVİD virusundan daha qorxuludur...- Baytarlıq və Fitosanitar Nəzarəti niyə ləğv olundu ?

Bazarlarda heç bir laboratoriya yoxdur ... 


Vaxtilə, Kənd Təsərrüfatı nazirliyinin tabeçiliyində Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidməti fəaliyyət göstərirdi. 
Məlumat üçün qeyd edək ki, baytarlıq xidməti heyvan mənşəli ( ət, süt, qatıq, pendir, balıq, ov quşları və s ), fitosanitar xidməti isə bitki mənşəli məhsullara nəzarət edirdi. 
Təsəvvür edirsiniz,  fitosanitar xidmətinin icazəsi olmadan 1 ədəd gül-çiçək  gül köşkündə satıla bilməzdi. Nəinki gül , hətta ölkəmizə idxal olunan taxta materiallarına da nəzarət olunurdu ki, taxtanın üstündə  zərərli bitki həşəratı olmasın.
Bunu detallı yazmaqda məqsədimiz odur ki, insanların sağlamlığı  hər mənada qorunurdu. 
Axı, bazarda satılan xəstə heyvan əti, bir neçə günün ərzində insanlarda ağır qara yara, brüsülyoz  kimi ağır xəstəliklər yarada bilər. Bu gün çoxları covid  virusundan qorxur, amma bilmirlər ki, qara yara, brüselyoz xəstəlikləri covid  virusundan daha qorxuludur. 
Bəs onda kimin təklifi ilə bu qurumlar ləğv olundu. Və bütün səlahiyyətlər  Qoşqar Təhməzlinin QİDA agentliyinə verildi. Olsun, bizim nə Qoşqarla, nə də QİDA ilə davamız yoxdur. Davamız millətin gələcəyi, insanlarımızın sağlamlığıdır. 
Baxın, küçələrdə satılan ətə, heyvan cəmdəklərinə, şora, pendirə baxın, səkinin üstündə. XXI əsrdə bunu görənlər bizim gorumuza söyər e. Gələcək nəsil bu küçə nemətlərini yeyib xəstəlik tapacaq. Yaxud  səkilərin üstündə satılan meyvə-tərəvəzə baxın. 
Dönərxanalarda satılan  at-eşşək ətinə baxın. Ona kimlər nəzarət edir ? 
Bəs  o boyda nəzarət xidmətlərini ləğv edəndə nə fikirləşirdiniz?
Axı, cənab Prezident İlham Əliyev cənabları hər məsələyə vaxt ayıra bilməz. Bu fiziki cəhətdən mümkün deyil. 
Bəs siz hara baxırsınız, ey aqrar sahənin alimləri, hara baxırsınız, Aqrar Universitetin professorları, hara baxırsınız  cənab keçmiş və indiki nazirlər ? 
Deyəsən, gec də olsa, sağlam qüvvələr problemi başa düşdü. Və son məlumata görə, Kənd Təsərrüfatı nazirliyinin nəzdində Aqrar Xidmətlər Agentliyi yaradılıb. Və yuxarıda qeyd etdiyimiz  sahəni əhatə edən qurumlar yaradılır. 
Hətta hər rayonda AQX-nin rayon, ərazi qurumları olacaq. 
Bizdə media olaraq  bu məsələni gündəmdə saxlamağa çalışacağıq. 
Biz iddia etmirik ki, Baytarlıq və Fitosanitar Xidmətləri fəaliyyət göstərəndə hər şey əla idi. Yox. Sadəcə, bu sahəyə görə məsuliyyət  daşıyan qurumlar var idi. Yəni yaxasından yapışmağa qurum var.

Oxşar xəbərlər

Bazarlarda mənşəyi məlum olmayan ət, iylənmiş balıq, göyərmiş şor satılır- Yediklərimizə isə  Qoşqar Təhməzli və Seymur Mövlayev nəzarət edir...
Rusiyanın qoyduğu qadağa araşdırılır - AQTA
Qoşqar  Təhməzlinin  QİDA-sı  öz işinin öhdəsindən gələ bilmir-  Belə davam eləsə, qara yara, brüselyoz kimi xəstəliklər yayılacaq...
Azərbaycan Rusiya ilə danışıqlara başlayır - pomidor ixracı bərpa olunur
Rusiya Azərbaycandan alma və pomidor idxalına QADAĞA QOYDU
Daha 13 müəssisəsi Rusiyaya pomidor və alma ixrac edəcək
Rusiya Azərbaycanın 12 müəssiəsindən pomidor idxalına İCAZƏ VERDİ
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bir sıra müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verildi
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Rusiya 50 ton pomidorumuzu geri qaytardı
Rusiyadan yenə pomidor qadağası
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Yevlax bazarında nehrə yağı adı ilə bitki yağları satılır - FOTO
“Rosselxoznadzor” Azərbaycanın daha 4 istehsalçısından pomidor idxalına icazə verdi
Bu məhsulların ölkəyə idxalı mümkün olmayacaq
Ağdamda müasir heyvan kəsimi məntəqəsinin inşasına start verildi - VİDEO
“Yaşıl Bazar”da  8 martda od qiymətinə güllər-  Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
AQTA quşçuluq məhsullarının satışı ilə sahibkarlara müraciət etdi
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
COVID-19 əleyhinə bitki mənşəli peyvənd hazırlanıb
Canavarlar 17 qoyunu parçaladı - Bərdədə
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Bu məhsulların Azərbaycana gətirilməsinə qadağa qoyuldu
Bərdədə canavar sürüsü kəndə hücum çəkdi - VİDEO
Xocavənddə 15 min hektar əkin sahəsi Azərbaycanın nəzarətinə keçib
Virusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO