Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
7-09-2020, 14:30
142

Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib

Sentyabrın 7-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsinə kömək məqsədilə 129 oksigen konsentratoru və 60 pulsoksimetr Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

Bu tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-ün Avropa Regional Ofisi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla təmin edilən oksigen, aşağı qan oksigen səviyyəsi olan COVID-19-lu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritet olmalıdır.

Pulsoksimetrlər isə xəstələrdə qanda oksigen səviyyəsini ölçərək izləməyə kömək edəcək.

“Avropa Komandasının təşəbbüsü ilə, Aİ-nin “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsinin ilk təcili cavab tədbiri kimi fərdi qoruyucu vasitələrin ölkəyə gətirilməsi yolu ilə Azərbaycanda səhiyyə sistemini dəstəklədi. İndi isə biz tibbi ləvazimatların tədarükü, tibb işçilərinin potensialın inkişafına yardım, ictimaiyyətin maarifləndirilməsi və cəlb olunması, digər qeyri-fövqəladə fəaliyyətləri özündə birləşdirən bu proqramın 2-ci mərhələsini həyata keçiririk”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib.

"Sağlamlıq üçün həmrəylik təşəbbüsü” ilə yerli səviyyədə aparılan mübarizə tədbirlərinə töhfə verdiyimiz üçün çox şadıq və ümid edirəm ki, bununla da Azərbaycanda fərq yarada biləcəyik", - deyə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. “Bu cür ləvazimatlar oksigen müalicəsinə ehtiyacı olan insanlarda ciddi xəstəliklərin və ölüm hallarının qarşını almaq üçün çox önəmlidirlər. Xəstəliyin cəmiyyət arasında yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edərkən xəstəxanalara müvafiq qayğının göstərilməsi son dərəcə önəmlidir”.

"Yüksək keyfiyyətli oksigen konsentratoru və pulsoksimetr tibbi ləvazimatlarının təchizatı üçün tərəfdaşlarımıza minnətdarıq. Aİ və ÜST-nin Azərbaycana verdiyi bu dəstək COVID19-a yoluxmuş xəstələrin müalicəsi üçün istifadə ediləcək", - deyə Səhiyyə nazirin müavini Rahim Əliyev qeyd edib.

Layihənin birinci mərhələsində, Azərbaycanda səhiyyə işçilərinin COVID-19 pandemiyasına effektiv və təhlükəsiz şəkildə mübarizə tədbirlərinə dəstək məqsədilə Bakı və regionlarda 86 səhiyyə müəssisəsinə fərdi qoruyucu vasitələri paylanıb. Aİ və ÜST, həmçinin səhiyyə işçiləri üçün 8 canlı və 7 onlayn təlimçilər üçün təlim sessiyası təşkil ediblər. Bu da öz növbəsində daha çox tibb işçisinə COVID-19 xəstələrinin idarə edilməsində və dəstəklənməsində ən son metodlar haqqında təlim verməyə kömək edəcək.

Böyük əhəmiyyət daşıyan ləvazimatların ianəsi hal-hazırda 216-dan çox ölkəni və ərazini əhatə edən COVID-19-un pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. Avropa İttifaqı 2020-ci il martın 27-də Şərqi Avropa və Qafqazın altı ölkəsində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması, aşkarlanması və ona qarşı cavab tədbirinin görülməsi məqsədilə 30 milyon avroluq yardım paketi ayırdığını elan edib.

Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması və tibb işçiləri, virusa qarşı ön cəbhədə mübarizə aparan şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.

Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Oxşar xəbərlər

Almaniyadan Aİ-yə dəstək: “Xəstələri qəbul etməyə hazırıq”
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
Heyvanın bimədiyimiz faydaları - 1001 dərdin dərmanıdır
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”
Tramp qadağanı ləğv edir - Avropa Birliyindən olan tələbələr ABŞ-a gedə biləcəklər
Səhiyyə böhranı yaxınlaşır: Bu ölkədə koronavirus xəstələri ölümə tərk ediləcək
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Karantini pozaraq toplantıda iştirak edən avrokomissar istefa verdi
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
TƏBİB rəsmisi: “Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur”
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı
262 nəfərdə COVID-19 aşkarlandı, 2 nəfər vəfat etdi
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
Sahibkarlara 5 əsas istiqamətlər üzrə güzəştlər ediləcək - Nazir AÇIQLADI
XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər
Azərbaycanın Rusiyadakı Səfirliyi koronavirusla bağlı çağırış edib
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Aİ Aleksey Navalnı ilə bağlı vəziyyətin araşdırılmasını istəyir
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ