ÜST-dən Azərbaycana növbəti dəstək
7-09-2020, 15:56
164

ÜST-dən Azərbaycana növbəti dəstək

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 129 ədəd oksigen konsentratoru və 60 ədəd pulsoksimetri Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.
ÜST-ün Azərbaycan nümayəndəliyindən HİT.Az-a verilən məlumata görə, bu tibbi ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla təmin edilən oksigen, aşağı qan oksigen səviyyəsi olan COVID-19-lu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritet olmalıdır.
Ölkəyə gətirilmiş pulsoksimetrlər isə xəstələrdə qanda oksigen səviyyəsini ölçməyə kömək edəcək.
““Team Europe”-un təşəbbüsü olan, Aİ-nin “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi tərəfdaşımız Azərbaycanda birinci mərhələdə fərdi qoruyucu vasitələrlə, indi isə həyatları xilas etməyə yardım edəcək zəruri tibbi avadanlıqlarla səhiyyə sistemini dəstəkləməyə davam edir”, - Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
 
"Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü ilə yerli səviyyədə aparılan mübarizə tədbirlərinə töhfə verdiyimiz üçün çox şadıq və ümid edirəm ki, bununla da Azərbaycanda fərq yarada biləcəyik", - deyə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. “Bu ləvazimatlar oksigen müalicəsinə ehtiyacı olan insanlarda ciddi xəstəliklərin və ölümlərin qarşısının alınması üçün vacibdir. Virusun cəmiyyətdə yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edərkən xəstəxanalara müvafiq diqqətin göstərilməsi son dərəcə önəmlidir”.
"Yüksək keyfiyyətli oksigen konsentratoru və pulsoksimetr tibbi ləvazimatlarının təchizatı üçün tərəfdaşlarımıza minnətdarıq. Aİ və ÜST-nin Azərbaycana gətirdiyi bu ləvazimatlar COVID-19-lu ağır xəstələrin müalicəsi üçün istifadə ediləcək"- Səhiyyə Nazirliyinin müavini Rahim Əliyev qeyd edib.
Layihənin birinci mərhələsində, Azərbaycanda tibb işçilərinin COVID-19 pandemiyasına effektiv və təhlükəsiz şəkildə cavab tədbirlərinə dəstək məqsədilə Bakı və regionlardakı 86 səhiyyə müəssisəsinə fərdi qoruyucu vasitələr paylanıb. Aİ və ÜST, həmçinin tibb işçiləri üçün 8 canlı və 7 onlayn “Təlimçilər üçün təlim” sessiyası təşkil edib. Bu da öz növbəsində gələcəkdə daha çox tibb işçisinə COVID-19-lu xəstələrin idarə edilməsində ən son metodlar haqqında təlim keçməyə kömək edəcək.
Bu böyük əhəmiyyət daşıyan ləvazimatların ianəsi hal-hazırda 216-dan çox ölkəni və ərazini əhatə edən COVID-19 pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. Avropa İttifaqı, 27 mart 2020-ci ildə, Şərqi Avropa və Qafqazın altı ölkəsində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması, virusun aşkarlanması və ona qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə 30 milyon avroluq yardım paketi ayırdığını elan edib.
Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması və tibb işçiləri, virusa qarşı ön cəbhədə mübarizə aparan şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə ediləcək. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.
Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Oxşar xəbərlər

Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
ABŞ-da koronavirus üçün bu dərmanın istifadəsi təsdiq olundu
Almaniyadan Aİ-yə dəstək: “Xəstələri qəbul etməyə hazırıq”
Koronavirus xəstələrində ölüm hallarını azaldan dərmanların adları AÇIQLANDI
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
Karantini pozaraq toplantıda iştirak edən avrokomissar istefa verdi
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Ceyhun Bayramov Azərbaycanın COVID-19-la mübarizədə gördüyü işləri açıqladı
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
Dializ xəstələrindən baş həkimə qarşı SƏRT İTTİHAM: - “Bu, bizim üçün ölümə bərabərdir”
Tramp qadağanı ləğv edir - Avropa Birliyindən olan tələbələr ABŞ-a gedə biləcəklər
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?
Heyvanın bimədiyimiz faydaları - 1001 dərdin dərmanıdır
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
Xəstəxanadan qaçan koronavirus xəstəsi öldü
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Sahibkarlara 5 əsas istiqamətlər üzrə güzəştlər ediləcək - Nazir AÇIQLADI
Səbinə Əzimova Avropa birinciliyində bürünc qazandı