Avropada koronavirusun ən yüksək yayılma tempi qeydə alınır
28-10-2020, 19:06
99

Avropada koronavirusun ən yüksək yayılma tempi qeydə alınır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yayımladığı statistikaya əsasən, Avropa koronavirus infeksiyasının yayılma tempi baxımından dünyada birinci yerə çıxıb.
“Report” TASS-a istinadən xəbər verir ki, son bir həftə ərzində bölgədə 1,33 milyondan çox yeni yoluxma hadisəsi aşkarlanıb. Eyni dövrdə Şimali və Cənubi Amerika ölkələrində 884 min, Cənub-Şərqi Asiyada isə 445 min yoluxma qeydə alınıb.
Avropa ölkələri arasında ən yüksək yoluxma göstəriciləri Fransa, İspaniya, Böyük Britaniya və İtaliyada müşahidə olunur. Virusun yazda yayılması ilə müqayisədə bu dəfə Çexiya və Polşada epidemioloji vəziyyət daha ağırdır, yoluxma sürəti iki dəfə artıb.
Eyni zamanda Qərbi Avropa dövlətləri hələ ki koronavirus səbəbi ilə ölüm səviyyəsinin artmasının qarşısını ala bilir, yazdakı maksimumlardan xeyli aşağı göstəricilər qeydə alınır. Şərqi Avropa ölkələrində isə əksinə, vəziyyət qat-qat psidir, yoluxma bir neçə dəfə artıb.
Şərqi Avropada xəstələnmədəki artımla yanaşı, ölüm hallarında da kəskin artım müşahidə olunur. Məsələn, Çexiyada apreldə hər gün orta hesabla 18 ölüm qeydə alınırdısa, oktyabrda bu rəqəm 180-ə yüksəlib. Polşada ölüm nisbəti 4,5 dəfə, Rumıniya və Bolqarıstanda üç dəfədən çox artıb.
Qərbi Avropa ölkələrində bu günə qədər ən çox ölüm faktı Britaniyada (45,3 mindən çox, dünyada 5-ci yer), İtaliyada (37,7 min, 6-cı yer), Fransada (35,5 mindən çox, 7-ci yer) və İspaniyada (təxminən 35,3 min, 8-ci yer) qeydə alınıb.
Bir milyon əhaliyə düşən ölüm halları baxımından Avropa ölkələri arasında lider Belçikadır – 951 nəfər. İspaniya (755), İngiltərə (667), İtaliya (624), İsveç (585) və Fransada (544) bu baxımdan göstərici yüksəkdir.

Oxşar xəbərlər

Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
Avropa təkrar karantin rejiminə qayıdır - Yoluxmalar kəskin artıb
ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Çexiyada rekord sayda yoluxma qeydə alındı
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi - STATİSTİKA
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Dünyada koronavirusdan ölənlərin sayı 160 mini keçib
Koronavirusla bağlı SON STATİSTİKA
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
Avropa koronavirusun ikinci dalğasını məhdudlaşdırmağa çalışır
Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb
ÜST-dən koronavirusun “ocağı” olan Avropaya xəbərdarlıq
Azərbaycanda daha 76 yeni yoluxma faktı qeydə alınıb
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər
Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyonu ötüb
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı - Ölən yoxdur
Britaniyada oktyabrın ortalarında günlük koronavirusa yoluxma 49 minə çata bilər
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma - FOTO
Dünən dünyada rekord sayda koronavirusa yoluxma qeydə alındı
Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
ÜST: Oktyabr və noyabr aylarında koronavirusdan daha çox ölüm halları görəcəyik
Avropa Parlamenti Belarusdakı seçkilərin nəticələrini tanımadı