Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
30-10-2020, 13:40
76

Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA

29 oktyabrda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1015  yeni yoluxma faktı qeydə alınıb ki, bu da indiyəqədək ölkədə virusa yoluxmada rekord göstəricidir.
Gündəlik Bakı xəbər verir ki, artımın səbəblərilə bağlı danışan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib ki, əsas səbəb insanların sadə gigiyenik qaydalara riayət etməməsidir:
“İndiki yoluxmalarda artımın bir neçə səbəbi var. Hələ bir müddət əvvəl soyuq aylarda yoluxma sayında artım gözlənildiyini açıqlamışdıq. Çünki payız-qış mövsümü bütün respirator infeksiyaların aktivləşdiyi dövrdür. Bunun da səbəbi odur ki, soyuq hava yuxarı tənəffüs yollarının müqavimət qabiliyyətini zəiflədir. Ona görə hava soyuduqca, bütün tənəffüs infeksiyaları-qrip, qripəbənzər xəstəliklər, o cümlədən, COVID-19 aktivləşir. Düzdür bizdə güclü soyuqlar müşahidə olunmur. Amma bütün dünyada soyuqlar düşdükcə, yoluxma artır. Bu baxımdan qarşıdakı soyuq günlərdə bizdə də yoluxma sayının artımı istisna edilmir”.
Professor Modern.az-a açıqlamasında deyib ki, artımın digər səbəbi biz özümüzük:
“Hazırda ölkəmizdə müharibə gedir, ordumuz irəliləyir. İnsnalar qələbələrə köklənib, bu fonda sanki psixolojik olaraq koronavirus ikinci plana keçib. Bundan qaynaqlanaraq, bəzən qorunma tədbirlərinə riayət etmədik, kütləvi toplaşmalarda maska taxmadıq, sosial məsafəni nəzərə almadıq. Bu da indiki nəticələrə gətirib çıxardı. Hələ də insanların koronavirusa laqeyd münasibətini görürük”.
Elmi Komitənin sədri qeyd edib ki, metro bağlı olduğundan avtobuslarda sıxlıq müşahidə edilir ki, bu da əlavə problemlər yaradır:
“İnsanların toplaşdığı ictimai nəqliyyat elə bir yerdir ki, orada sosial məsafənin gözlənilməsi mümkün olmur. Buna görə də insanlar maskadan mütləq istifadə etməlidirlər. Özü də maskadan düzgün istifadə etmək lazımdır. Maska gəzdirmək yox, maskanı ağzı və burnu örtəcək şəkildə taxmaq laızmdır.  Deyirik maska taxmaq lazımdır, bəziləri çənəsində saxlayır. Maska tənəffüs yollarını örtməkdən ötrüdür, çənədə saxlamaqdan ötrü deyil. Yaxud soruşanda maska haradadır, deyir cibimdədir. Elə bilir ki, maska cibdədirsə, təhlükədən qorunur. Təəssüf edirik ki, bu cür səhv yanaşmalar mövcuddur. İnsanlar bilməlidir ki, maska düzgün istifadə edilmədiyi halda, yuxarı tənəffüs yolları ilə təmas edirsə, bu özü də yoluxmaya səbəb ola bilər. Əl gigiyenası, lüzumsuz təmaslardan, lüzumsuz görüşlərdən qaçınmaq, vacib olmadıqca evdən çıxamamaq lazımdır”.
Həkim tövsiyə edib ki, adi qrip halları müşahidə edildikdə belə, vətəndaşlar özünütəcrid qaydalarına riayət etsinlər:
“Bəzən insanlarda adi qripin əlamətləri hərarət, öskürək olu. İnsanlar belə əlamələtlərdə özünütəcrid etməlidirlər. O vaxta qədər ki, bunun adi qrip yaxud COVID-19 olduğunu dəqiqləşdirsinlər. Bəzi hallarda insanlar COVID-19-a yoluxur, amma düşünürlər ki, sadəcə soyuqlayıblar. Heç nəyə fikir verməyərək, adi qaydada işlərini davam etdirirlər. Beləcə onlarla insanın yoluxmasına səbəb olurlar. Ona görə də adi soyuqlama əlamətləri 3 gündən artıq davam edirsə, həkimlə məsləhətləşmə aparıb COVID-19 testi verməlidirlər”.

Oxşar xəbərlər

ÜST: Dünyada son bir həftədə koronavirusa yoluxmada rekord artım qeydə alınıb
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Hindistanda koronavirusa rekord yoluxma qeydə alınıb
Azərbaycanda yoluxma sayı mini keçdi - 9 nəfər vəfat etdi
TƏBİB rəsmisi xəbərdarlıq etdi: “Karantin sərtləşdirilə bilər” - Video
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqladı
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Yoluxanların sayı yenə 100-ü keçdi, 2 nəfər öldü
Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı - TƏBİB
Reanimasiyada olan xəstələrin sayı açıqlanıb
Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı
Azərbaycanda daha 76 yeni yoluxma faktı qeydə alınıb
Professora TƏBİB-də vəzifə verildi - Foto
Pandemiya bəlası nə zaman səngiyəcək? - GƏLİŞMƏ
Azərbaycanda koronavirusa yoluxanların sayı artır - ölən də var
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
Azərbaycanda daha 139 yoluxma qeydə alınıb, 1 nəfər ölüb
İkinci dalğa gələrsə: - Azərbaycanda koronavirus xəstəxanalarında boş yer var?
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - Ölənlər də var
161 koronavirus xəstəsi reanimasiyadadır - RƏSMİ
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Çexiyada rekord sayda yoluxma qeydə alındı